Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-26/2023 21.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-15 avqust 1968-ci il tarixdə Culfa rayonunun Xoşkeşin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, fərdi təsərrüfatla məşğul olan, Culfa rayonunun Xoşkeşin kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 07 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə 009480 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, İ.Xəlilov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan mülki silahı əldə etmiş, saxlamış və başqa şəxsə vermişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından (AR Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Xoşkeşin kəndində yaşayır, fərdi təsərrüfatla məşğul olur, xırdabuynuzlu heyvanları var. Ozünə məxsus, xüsusi icazə alınmış ov silahı var. Tarixini dəqiq xatırlamır, 2022-ci ilin oktyabr ayında kəndin heyvan sürüsünü “vəng” adlanan ərazidə otaran zaman paslanmış vəziyyətdə ov silahı tapmış, özü ilə “Paradaş” adlanan ərzaidə olan fermaya aparmışdır. Silahı 2-3 ay fermada gizlətmişdir. Həmkəndlisi Şahid ona yaşadığı evin dağlıq ərazidə olduğunu vəhşi heyvanların ona zərər verdiyi bildirmiş, ov silahını müvəqqəti olaraq ona verməsini xahiş etmişdir. Ov silahını çölə apardığını, əlavə bir silahının olduğunu, bir neçə günlük oan verə biləcəyini bildirmiş, birlikdə fermaya getmişlər. Tapdığı ov silahını Rəfailə vermişdir. Bir neçə gün sonra tanımadığı bir şəxs ondan satmaq istədiyi silahının olubolmamasını soruşmuş, həmin vaxt pula ehtiyacı olduğundan sənədsiz silahı olduğunu, 100 manata satmaq istədiyini bildirmişdir. Həmin şəxslə razılaşmış və birlikdə Rəfailin yaşadığı evə getmişlər. Yardımçı tikildə olan Qaq 53 markalı nəqliyyat vasitəsinə aid olan oturacağın arxasından çılahı çıxarmış, həmin şəxsə göstərmiş, şəxs silahı sonra ondan götürəcəyini bildirmiş və getmiş, özü yaşadığı evə qayıtmışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmiş, birlikdə Rəfailin yaşadığı evə getmiş, Rəfailə verdiyi silahı Qaz 53 markalı nəqliyyat vasitəsinin oturacağının arxasından götürmüşlər. Şəxs izahatında onu da bildirmişdir ki, xüsusi icazə almadan ov silahını saxlamağın, başqa şəxslərə verməyin düzgün olmadığını bilir. Hərəkətlərindən çox peşmandır, ona kömklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid izahatında bildirmişdir ki, Culfa rayonunun Xoşkeşin kəndində haşayır, tam orta məktəbdə gözətçi işləyir, həmçinin fərdi təsərrüfatla məşğul olur. Yaşadığı evə kəndin kənarında yerləşir. Təsərrüfatında olan toyuq və cücələri tez-tez tülkü, çaqqal yeyir. Vəhşi heyvanları evindən uzaq tutması üçün həmkəndlisi İslamdan sənədli ov silahını müvəqqəti olaraq ona verməsini xahiş etmiş, İslam sənədli silahı özü ilə çölə apardığını, lakin başqa sənədsiz bir silahının olduğunu, həmin silahı fermada saxladığını bildrimişdir. Həmin gün Paradaş adlana yerdə olan fermaya getmiş, İslam ağ rəngli un kisəsinə bükülü halda ona bir ədəd təklüləli ov silahını və 1 ədəd 28 kalibrli patron vermişdir. Kəndə qayıtmış və silahı evinə bitişik yarımtikilidə olan Qaz 53 markalı avtomobilin oturacağının arxasında gizlətmişdir. Bir gün sonra İslamın verdiyi bir ədəd patronu saat təxminən 17 radələrində vəkşi heyvanları qorxutmaq üçün atmış və silahı oruracağın arxasına qoymuşdur. 22 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində İslam ona zəng etmiş, “amanatı çölə çıxart, gəlirik” demiş, bir az sonra İslam və tanımadığı bir şəxs onun yaşadığı evin həyətinə gəlmişlər. Silahı gizlətdiyi yerdən götürmüş və həmin şəxsə göstərmiş, şəxs silaha baxmış, İslama xəbər edəcəyini demiş və getmişdir. İslam ona silahı 100 manata satmaq istədiyini demiş və getmişdir. Bir neçə dəqiqədən sonra İslam polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə gəlmiş, onun iştirakı ilə yardımçı tikilidə olan Qaz 53 markalı avtomobilin oturacağının arxasından silahı götürmüş, bu barədə sənəd tərtib edilmiş, sənədi imzalamışlar. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün səmimi etirafı, şahidin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 22 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid məxsus olan yardımçı tikiliyə baxış keçirilmiş, yardımçı tikilidə olan işlək vəziyyət olmayan Qaz 53 markalı nəqliyyat vasitəsinin kabinində, oturacağın altında gizlədilmiş bir ədəd Rusiya istehsalı olan İj 18 markalı, 28 kalibrli, “E 79605" nömrəli, qundaq və tutacaq hissəsi taxtadan olan tək lüləli ov silahı aşkar edilərək götürülmüşdür. 06 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarda qeyd edilmişdir ki, bir ədəd silahın hazırlanma üsulunu, təyinatını və silahın hansı növünə aid olmasını müəyyən etmək üçün məhkəmə-ballistik ekspertizası təyin edilmiş, ekspert rəyi xx.xx.2023-cü il tarixdə Culfa Rayon Polis Şöbəsinə daxil olmuş, xx.xx.2023cü il tarixli, 22 nömrəli ekspert rəyindən tədqiqata təqdim edilmiş silahın İjevsk mexanika zavodunda (keçmiş SSRİ, hazırda Rusiya Federasiyası) 1962-ci ildə zavod üsulu ilə istehsal olunduğu, “E 79605" seriya və nömrəli, “ИжК” modelli, “28” kalibrli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, təklüləli, yivsiz (hamarlüləli) ov tüfəngi olduğu, odlu silah hesab edildiyi, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olduğu, çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab olunan qüvvənin (2,0-2,1 kQ) sərf olunduğu, həmin silahın tətiyini çəkmədən ondan öz-özünə atəşin açılmasının mümkün olmadığı, üzərində təyinatını dəyişdirəcək əlavə və dəyişikliklərin aşkar edilmədiyi müəyyən edilmişdir. 06 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Culfa Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İjevsk mexanika zavodunda (keçmiş SSRİ, hazırda Rusiya Federasiyası) 1962-ci ildə zavod üsulu ilə istehsal olunduğu, “E 79605" seriya və nömrəli, “ИжК” modelli, “28” kalibrli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, təklüləli, yivsiz (hamarlüləli) ov tüfəngini əldə edərək saxlamış, başqa şəxsə vermiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi özünün səmini etiraşı, şahidin izahatı və inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan ov silahı müsadirə edilməli və 80 manat məbləğində cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Şəxs hərəkətlərindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa rayon Polis Şöbəsində saxlanılan bir ədəd İjevsk mexanika zavodunda (keçmiş SSRİ, hazırda Rusiya Federasiyası) 1962-ci ildə zavod üsulu ilə istehsal olunmuş, “E 79605" seriya və nömrəli, “ИжК” modelli, “28” kalibrli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, təklüləli, yivsiz (hamarlüləli) ov silahı müsadirə edilsin. Şəxs 80 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №3(089)-26/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-26/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver