Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-27/2022 19.10.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxx 1980-ci il tarixdə Babək rayonunun Şəkərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, sürücü işləyən, Babək rayonunun Şəkərabad kəndində yaşayan. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 04 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119063 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 18 sentyabr 2022-ci il tarixdə, saat 11:58 radələrində X9 vasitəsilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən, idarə etdiyi 99GN233 dövlət qeydiyyat nişanlı, “Daf FT95XF” markalı, 2003-cü il buraxılışlı, qırmızı rəngli, şassi nömrəsi XLRTE47XS0E602851 olan, qoşqu nömrəsi: 99ZB031, “SAMRO ST39WH” markalı, 2005-ci il buraxılışlı, şassi nömrəsi VK1ST39WGRE500221 yük nəqliyat vastəsi yoxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcının yataq hissəsinin altında kustar üsulla hazırlanmış gizli saxlanc yerindən aksiz markaları ilə markalanmayan 66 blok (13200 ədəd) ağ rəngdə “Milano tech lock” markalı siqaret və dartıcının tavanının ön hissəsindəki panelin içərisindən 4 blok (80 ədəd) ağ rəngdə “Milano tech lock” markalı siqaretlər, qoşqunun sağ tərəfində olan yan yeşikdən avtomatik qapı sisteminin 1 ədəd "kanat Controls-DC-200” markalı, 1 ədəd “Kormas” markalı qapı matoru, avtomatik diyircəkli qapıya məxsus 20 ədəd bolt, 20 ədəd diyircək və sol tərəfdə yan yeşikdən avtomatik qapı sistemini uzaqdan idarə etmək üçün 5 ədəd “Peak” markalı pultlar aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, Babək rayonunun Şəkərabad kəndində yaşayır. Uzun müddətdir ki, ölkə daxili və ölkə xarici yük daşımaları ilə məşğul olur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində idarə etdiyi yük nəqliyyat vasitəsinə yükü yükləmiş, xx.xx.2022-ci il tarixində Baki şəhərindən Naxçıvana gəlmək üçün Biləsuvar gömrük məntəqəsindən İİRnın ərazisinə keçmiş, İİR-nın Culfa şəhərində əvvəlcədən tanıdığı İran vətəndaşı Məhərrəm adlı şəxslə əlaqə saxlamış, dükanından ona 70 blok (14000 ədəd) milano siqareti gətirməsini xahiş etmişdir. Məhərrəm onun istədiyi sayda siqareti ona gətirmiş və 1 blokunun 8 manat olduğunu bildirmiş, ona 560 manat pul vermişdir. Siqaretlərin 66 blokunu idarə etdiyi nəqliyyat vasitəsinin kabinində olan yataq yerinin altında əvvəlcədən hazırladığı gizli saxlanc yerində, qalan 4 blokunu isə dartıcının tavanının ön hissəsindəki panelin içərisində gizlətmişdir. İranın Culfa gömrüyündə olarkən nəqliyyat vasitələrinə blomp taxan gömrük əməkdaşı ona avtomatik qapı sisteminin 1 ədəd "Kanat Controls-DC- 200” markalı idarə etmə paneli, 1 ədəd “Kormas” markalı qapı motoru, avtomatik diyircəkli qapıya məxsus 20 ədəd bolt, 20 ədəd isə diyircəklər və avtomatik qapı sistemi üçün uzaqdan idarə etmək üçün 5 ədəd “Peak” markalı pultlar vermiş, bunları sürücü yoldaşı Niyazın olduğunu və Naxçıvanda götürəcəyini bildirmişdir. Həmin əşyaları nəqliyyat vasitəsinin qoşqusunun yan yeşiklərində olan əşyalarının arasında gizlətmişdir. Siqareti və digər əşiyaları gizlətməsinə səbəb gömrük nəzarətindən bəyan etmədən keçirmək olmuşdur. xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına gələrkən Culfa gömrüyündə idarə etdiyi nəqliyyat vasitəsinə Gömrük yoxlaması zamanı siqaretlər və avtomatik qapı sistemi üçün əşyalar aşkar edilmiş, hal şahidlərinin iştirakı ilə gizlətdiyi yerdən götürülmüş, sayılmış, sənədləşdirilmiş, sənədi imzalamışlar. Şəxs izahatında onu da bildirmişdir ki, malların gömrük nəzarətindən gizlədilməklə keçirməyin qadağan olduğunu bilmiş, 70 blok milano siqaretləri və 1 ədəd "Kanat Controls-DC-200” markalı idarə etmə paneli, 1 ədəd “Kormas” markalı qapı motoru, avtomatik diyircəkli qapıya məxsus 20 ədəd bolt, 20 ədəd diyircəklər və avtomatik qapı sistemi üçün uzaqdan idarə etmək üçün 5 ədəd “Peak” markalı pultları gömrük nəzarətindən keçirmək üçün nəqliyyat vasitəsində gizlətmiş, əvvəllər gömrük nəzarətindən gizli heçnə keçirməmişdir. Hərəkətindən çox peşimandır, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 izahatında bildirmişdir ki, Culfa Gömrük inespektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmuş, saat 11:58 radələrində X9 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikasına məxsus 99GN233 dövlət qeydiyyat nişanlı, “Daf FT95XF” markalı, qırmızı rəngli (qoşqu nömrəsi: 99ZB031) yük nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğundan gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, həmkarı X6 böyük inspektoru gömrük xidməti leytenantı X3 və gömrük ərazisində olan Şahid1 və Şahid2 hal şahidi kimi dəvət etmiş, hal şahidlərinə Şəxs nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Əvvəlcə hal şahidlərinə Şəxs təqdim etmiş, nəqliyyat vasitəsinin onun olduğunu bildirmişdir. N.Cəliovdan nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmamasını soruşmuş, o, nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcının yataq hissəsinin altında kustar üsulla hazırlanmış gizli saxlanc yerindən aksiz markaları ilə markalanmayan 66 blok (13200 ədəd) ağ rəngdə “Milano tech lock” markalı, dartıcının tavanının ön hissəsindəki panelin içərisindən 4 blok (800 ədəd) ağ rəngdə “Milano tech lock” markalı siqaretlər aşkarlanmışdır. Daha sonra nəqliyyat vasitəsinin qoşqusunda olan yan yeşikləri yoxlamış, sağ tərəfində olan yan yeşikdən avtomatik qapı sisteminə aid 1 ədəd “Kanat Controls-DC-200 ” markalı idarə etmə paneli, 1 ədəd “Kormas” markalı qapı motoru, avtomatik diyircəkli qapıya məxsus 20 ədəd bolt, 20 ədəd diyircək və sol tərəfdə olan yan yeşikdən avtomatik qapı sistemi üçün uzaqdan idarə etmək üçün 5 ədəd “Peak” markalı pult aşkar edilmişdir. Siqaretlər və əşyalar hal şahidlərinin və sürücünün iştirakı ilə qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib edilmiş, gömrük əməkdaşı Səfərli Samiq, sürücü və 2 hal şahidləri ilə birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, hazırda işsizdir. X5 ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 18 sentyabr 2022-ci il tarixdə Culfa Gömrük idarəsində yük boşaltdığı zaman Domrul adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn bir nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, o da etiraz etməmişdir. Daha sonra onunla birlikdə fəhləlik edən Qüdrət adlı şəxsi də oraya hal şahidi qismində çağırmış, nəqliyyat vasitəsinə yoxlama keçiriləcək yerə gemişlər. Domrul müəllim Şəxs təqdim etmiş, nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Domrul müəllim onlara hüquq və vəzifələrini izah etmiş və nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcının yataq hissəsinin altında hazırlanmış gizli saxlanc yerindən aksiz markaları ilə markalanmayan 66 blok (13200 ədəd) ağ rəngdə “Milano tech lock” markalı, dartıcının tavanının ön hissəsindəki panelin içərisindən 4 blok (800 ədəd) ağ rəngdə “Milano tech lock” markalı siqaretlər aşkar edilmişdir. Həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yan yeşiklər yoxlanan zaman sağ tərəfində olan yan yeşikdən avtomatik qapı sisteminin 1 ədəd “Kanat Controls-DC-200 ” markalı idarə etmə paneli, 1 ədəd “Kormas” markalı qapı motoru, avtomatik diyircəkli qapıya məxsus 20 ədəd bolt, 20 ədəd diyircək və sol tərəfdə olan yan yeşikdən avtomatik qapı sistemi üçün uzaqdan idarə etmək üçün 5 ədəd “Peak” markalı pultlar aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər və avtomatik qapı sisteminə məxsus olduğu əşyalar barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 18 sentyabr 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:58 radələrində X9 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2021-ci il tarixdə verilmiş C02941316 nömrəli pasportun sahibi, xx.xx.1980-ci il təvəllüdlü Şəxs idarə etdiyi 99GN233 dövlət nömrə nişanlı, “Daf FT95XF” markalı, 2003-cü il buraxılışlı, qırmızı rəngli, şassi nömrəsi XLRTE47XS0E602851 olan, qoşqu nömrəsi: 99ZB031, “SAMRO ST39WH” markalı, 2005-ci il buraxılışlı, şassi nömrəsi VK1ST39WGRE500221 yük nəqliyya vasitəsinin dartıcının yataq hissəsinin altında kustar üsulla hazırlanmış gizli saxlanc yerindən aksiz markaları ilə markalanmayan 66 blok (13200 ədəd) ağ rəngdə “Milano tech lock” markalı siqaret və dartıcının tavanının ön hissəsindəki panelin içərisindən 4 blok (80 ədəd) ağ rəngdə “Milano tech lock” markalı siqaretlər, qoşqunun sağ tərəfində olan yan yeşikdən avtomatik qapı sisteminin 1 ədəd "kanat Controls-DC-200” markalı, 1 ədəd “Kormas” markalı, qapı matoru avtomatik diyircəkli qapıya məxsus 20 ədəd bolt, 20 ədəd isə diyircəklər və sol tərəfdə yan yeşikdən avtomatik qapı sistemini uzaqdan idarə etmək üçün 5 ədəd “Peak” markalı pultlar aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 30 sentyabr 2022-ci il tarixli, 270 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı 70 qutu “Milano tech lock” markalı siqaretlərin ümumi dəyəri 1225,00 manat, avtomatik qapı sisteminin “Kanat Controls-DC-200” markalı idarəetmə paneli 1 ədəd 140,00 manat, Türkiyə istehsalı olan “Kormas” markalı redüktorlu qapı motoru (24 V) 1 ədəd 200,00 manat, avtomatik qapıya məxsus bolt (qara rəngli kəpənək formasında plastmas) 10 ədəd 40,00 manat, avtomatik qapıya məxsus bolt 10 ədəd 50,00 manat, avtomatik qapıya məxsus alt diyircək 43 mm (qara rəngli) 10 ədəd 50,00 manat, Avtomatik qapıya məxsus üst diyircək 56 mm (qara rəngli) 10 ədəd 60,00 manat və Avtomatik qapı sistemini uzaqdan idarə etmək üçün Çin istehsalı olan “Peak” markalı pult 5 ədəd 200,00 manat olmaqla ümumilikdə 1965,00 manat müəyyən edilir. 1 qutu “Milano tech lock” markalı siqar olmaqla ümumilikdə 02 qutu (40 ədəd) tədqiqata sərf olundu tədqiqata sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübutlar: aksiz markası ilə markalanmayan 69 blok 8 qutu (13960 ədəd) ağ rəngdə “Milano tech lock” markalı siqaretlər, avtomatik qapı sisteminin 1 ədəd “Kanat Controls-DC-200 ” markalı idarə etmə paneli, 1 ədəd “Kormas” markalı qapı motoru, avtomatik qapıya məxsus 10 ədəd bolt (qara rəngli kəpənək formasında plastmas), 10 ədəd avtomatik qapıya məxsus bolt, 10 ədəd avtomatik qapıya məxsus qara rəngli alt diyircək (43 mm), 10 ədəd avtomatik qapıya məxsus üst diyircək (56 mm), avtomatik qapı sistemini idarə etmək üçün Çin istehsalı olan 5 ədəd “Peak” markalı pult müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 69 blok 8 qutu (13960 ədəd) ağ rəngdə “Milano tech lock” markalı siqaretlər (bir qutunun qiyməti 1.75 manat), 140 manat dəyərində avtomatik qapı sisteminin 1 ədəd “Kanat Controls-DC-200” markalı idarə etmə paneli, 200 manat dəyərində 1 ədəd “Kormas” markalı redüktorlu qapı motoru (24V), 40 manat dəyərində avtomatik qapıya məxsus 10 ədəd bolt (qara rəngli kəpənək formasında plastmas), 50 manat dəyərində 10 ədəd avtomatik qapıya məxsus qara rəngli alt diyircək (43 mm), 60 manat dəyərində 10 ədəd avtomatik qapıya məxsus üst diyircək (56 mm), 200 manat dəyərində avtomatik qapı sistemini idarə etmək üçün Çin istehsalı olan 5 ədəd “Peak” markalı pult müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №3(089)-27/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-27/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver