Məhkəmə qərarları › İş №3(089)-27/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-27/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-27/2023 09.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxx 1989-cu il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş, Culfa rayonunun Bənəniyar kəndində yaşayanbarəsində Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 fevral 2023cü il tarixdə, saat 20 radələrində Culfa rayonunun Bənəniyar kəndində yaşadığı fərdi yaşayış evində sərxoş halda söyüşlər söymüş, evin pəncərəsini qırmış, hadisə yerinə gələn ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 09 fevral 2023-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında 009483 nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilir. 08 fevral 2023-cü il tarixdə səhər saatlarında Naxçıvan şəhərinə getmiş, saat təxminən 18 radələrində Bənəniyar kəndinə qayıtmış, yaşadığı evin həyətində aldığı bir litr spirtli içkinin yarısını içmiş, sərxoş halda anası ilə mübahisə etmiş, söyüş söymüş. Hadisə yerinə gəlmiş polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Şəxs izahatında onu da bildirmişdir ki, 7 və 12 yaşlarında uşaqları var, hərəkətlərindən səmimi peşimandır. İki azyaşlı uşağının olmasını, peşiman olmasını nəzərə almağı, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 08 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Culfa rayonunun Bənəniyar kəndində yaşadığı evdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında dindirilmiş Şahid1 izahatı ilə də öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş- 0554 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şahid1 08 fevral 2023-cü il tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şahid1 08 fevral 2023-cü il tarixdə, saat 22:00 dəqiqədə sərxoşluq vəziyyəti yoxlanılmış, onun qanında alkoqolun konsentrasiyasının 0.39 promil olması müəyyən edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şahid1 09 yanvar 2023-cü il tarixdə, saat 09:15 dəqiqədə sərxoşluq vəziyyəti yoxlanılmış, onun qanında alkoqolun konsentrasiyasının 0.00 promil olması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidin ifadələrini dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında 009483 nömrəli protokolla, özünün və şahidin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı inzibati qaydada həbs edilməlidir. Məhkəmə Şəxs peşman olması, iki yetkinlik yaşına çatmayan uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi, sərxoş halda inzibati xəta törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Şəxs inzibati xətanı sərxoş halda törətdiyindən, inzibati qaydada tutulduğundan, ona təyin edilmiş inzibati həbsin əvvəli M.Seydiov ayıldığı vaxtdan, yəni 09 fevral 2023-cü il tarixdə saat 09:15-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 09 fevral 2023-cü il, saat 09:15 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar