Məhkəmə qərarları › İş №3(089)-29/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-29/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-29/2022 26.10.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2-01 avqust 1962-ci il tarixdə Şərur rayonunun Tənənəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, sürücü işləyən, Şərur rayonunun Tənənəm kəndində yaşayan. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 barəsində 13 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119069 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 08 oktyabr 2022-ci il tarixdə saat 1300 radələrində X19 vasitəsilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən, idarə etdiyi 99BO585 dövlət nömrə nişanlı, “DAF TE 105 XF” markalı (2006-cı il buraxılışlı, sarı rəngli, şassi nömrəsi XLRTE47MS0E711829, qoşqu nömrəsi 99ZC341 olan, “BERGER” markalı, 2006-cı il buraxılışlı, VA9USLAKT6FZT0318 şassi nömrəsi) yük nəqliyyat vasitəsinin dartıcının yataq hissəsinin altında olan soyuducunun sağ tərəfindən 40 qutu (800 ədəd) qara rəngdə “Kent" markalı, sol tərəfindən 40 qutu (800 ədəd) qara rəngdə “Kent” markalı və alt hissənindən 20 qutu (400 ədəd) qara rəngdə “Kent’ markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasınının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs N.Cabarova işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsi X15 inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmüşdur. Saat 1300 radələrində X19 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikasına məxsus 99BO585 dövlət nömrə nişanlı, “Daf TE 105 XF” markalı, 2006-cı il buraxılışlı, sarı rəngli, (qoşqu nömrəsi 99ZC341) yük nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğundan gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, həmkarı X15 böyük inspektoru gömrük xidmət kapitanı X9 və gömrük ərazisində olan X3 və Şahid2 hal şahidi kimi dəvət etmiş, hal şahidlərinə X2 nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Əvvəlcə hal şahidlərinə X6 təqdim etmiş, nəqliyyat vasitəsinin onun olduğunu bildirmişdir. N.Cabbarovdan nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuş, o, nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış, yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcının yataq hissəsinin altında olan soyuducunun sağ tərəfindən 4 blok (800 ədəd) qara rəngdə “Kent” markalı, sol tərəfindən 4 blok (800 ədəd) qara rəngdə “Kent” markalı və alt hissənindən isə 2 blok (400 ədəd) qara rəngdə “Kent” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanmış, aşkar olunmuş siqaretlər onun, gömrük əməkdaşı X9, sürücü X10 və 2 hal şahidinin iştirakı ilə götürülmüş qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, gömrük əməkdaşı X9, sürücü Cabbarov Nazim və 2 hal şahidi ilə birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 izahatında bildirmişdir ki, hazırda işsizdir. X13 ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 08 oktyabr 2022-ci il tarixdə Culfa Gömrük idarəsində yük boşaltdığı zaman Domrul adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn bir nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, o da etiraz etməmişdir. Daha sonra onla birlikdə fəhləlik edən Mahir adlı şəxsi də oraya hal şahidi qismində çağırmış, Domrul müəllimlə nəqliyyat vasitəsinə yoxlama keçiriləcək yerə gemişlər. Domrul müəllim X6 təqdim etmiş, nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl onlara hüquq və vəzifələri izah edilmiş və nəqliyyat vasitəsini yoxlanılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının yataq hissəsinin altında olan soyuducunun sağ tərəfindən 4 blok qara rəngdə “Kent” markalı, sol tərəfindən 4 blok qara rəngdə “Kent” markalı və alt hissənindən 2 blok qara rəngdə “Kent” markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. X10 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 08 oktyabr 2022-cı il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 1300 radələrində X19 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş C03189514 nömrəli pasportun sahibi, xx.xx.1962-ci il təvəllüdlü X2 idarə etdiyi 99BO585 dövlət nömrə nişanlı, “DAF TE 105 XF” markalı, 2006-cı il buraxılışlı, sarı rəngli, şassi nömrəsi XLRTE47MS0E711829 olan (qoşqu nömrəsi 99ZC341 olan, “BERGER” markalı, 2006-cı il buraxılışlı, VA9USLAKT6FZT0318 şassi nömrəsi) yük nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin dartıcının yataq hissəsinin altında olan soyuducunun sağ tərəfindən 40 qutu (800 ədəd) qara rəngdə “Kent" markalı, sol tərəfindən 40 qutu (800 ədəd) qara rəngdə “Kent” markalı və alt hissənindən 20 qutu (400 ədəd) qara rəngdə “Kent’ markalı siqaretlər aşkarlanmışdır İş materiallarına əlavə edilmiş 13 oktyabr 2022-ci il tarixli, 290 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı bir qutu 100 qutu (2000 ədəd) “Kent” markalı siqaretlərin topdansatış qiyməti 225,00 (iki yüz iyirmi beş) manat, 1 qutunun qiyməti isə 2,25 (iki manat, iyirmi beş qəpik) müəyyən edilir. Tədqiqata 1 qutu Kent markalı siqaret sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 99 qutu (1980 ədəd) qara rəngdə “Kent’ markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə X7 inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, X2 şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 99 qutu (1980 ədəd) qara rəngli “Kent” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar