Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-29/2023 27.03.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs-26 avqust 1985-ci il tarixdə Culfa rayonunun Kırna kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, müvəqqəti işsiz, Culfa rayonunun Kırna kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 13 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə 009530 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan mülki silahı əldə etmiş, saxlamışdır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından (AR Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Kırna kəndində yaşayır, müvəqqəti işsizdir. Təxminən 2022-ci ilin payız aylarında Culfa rayonun Ərəfsə kəndində yemişan yığmağa getmiş, Ərəfsə kəndində çayın kənarından bir ədəd 12 kalbirli, “Huğlu” markalı 167867 №-li iki lüləli ov silahını tapmış, Kırna kəndinə gətirmiş, yaşadığı evin həyətindəki yardımçıq tikili olan samanlıqda gizlətmiş, silahdan istifadə etməmişdir. Bir neçə dəfə polisə təhvil vermək istəmiş, lakin qorxmuş və fikirindən daşınmışdır. Həmin silahın sənədlşdirilməsinin mümkün olmadığını öyrənmişdir. 13 fevral 2023-cü il tarixdə Culfa Rayon Polis Şöbəsinin əməkdaşları onu çağırmış, yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış keçirmək istədiklərini bildirmiş və ondan icazə istəmişlər. O, polis əməkdaşlarına ona məxsus olan yardımçı tikiliyə baxış keçirilməsi üçün icazə vermişdir. Polis əməkdaşları onun iştirakı ilə ona məxsus yardımçı tikiliyə baxış keçirmiş, saman presləri arasında gizlətdiyi bir ədəd 12 kalbirli, “Huğlu” markalı 167867 №-li iki lüləli ov silah aşkar edilmişdir. Şəxs izahatında onu da bildirmişdir ki, xüsusi icazə almadan ov silahını saxlamağın düzgün olmadığını bilir. Hərəkətlərindən çox peşmandır, ona kömklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, Culfa rayonunun Kırna kəndində yaşayır, təqaüdçüdür. 13 fevral 2023-cü il tarixdə saat 09:50 radələrində kənd mərkəzinin qarşısında həmkəndlisi X4 ilə söhbət edən zaman polis əməkdaşı onlara yaxınlaşmış, həmkəndliləri Şəxs evinə baxış keçirəcəklərini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Polis əməkdaşı ilə Şəxs məxsus olan fərdi yaşayış evinin həyətinə getmişlər. Onlara hüquq və vəzifələrini izah etmişdir. Saat 10:00-da Kırna kəndində Şəxs yaşadığı evin həyətindəki yardımçıq tikiliyə baxış keçirilmiş, baxış zamanı ot preslərinin arasından ağ rəngli un kisəsinə bükülmüş halda olan əşya aşkar edilmiş, un kisəsi açılmış, un kisəsinin içərisində iki lüləli ov silahı olduğu müəyyən edilmiş, götürülmüş və bu barədə sənəd tərtib edilmiş, sənədi imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 13 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs məxsus yardımçı tikili olan samanlığa baxış keçirilmiş, baxış zamanı samanlıqda ot preslərinin arasında ağ rəngli un kisəsinə bükülmüş halda gizlədilmiş bir ədəd 12 kalbirli, “Huğlu” markalı 167867 №-li iki lüləli ov silahı aşkar edilərək götürülmüşdür. 07 mart 2023-cü il tarixli məhkəmə-ballistik ekspertizasının rəyində qeyd edilmişdir ki, təqdim edilmiş silah Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 12 kalbirli, 167867 №-li “HUGLU” markalı, daxili çaxmaqlı, qoşalüləli tüfəngidir- yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişəcək hər hansı bir konstruktiv əlavə və dəyişikliklər edilməmişdir. 11 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Culfa Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Əliyev X3 Respublikasında zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 12 kalbirli, 167867 №-li “HUGLU” daxili çaxmaqlı, təklüləli, yivsiz odlu ov tüfəngini əldə edərək saxlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı və inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan ov silahı müsadirə edilməli və 80 manat məbləğində cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Şəxs hərəkətlərindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Rayon Polis Şöbəsində saxlanılan bir ədəd Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 12 kalbirli, 167867 №-li “HUĞLU” daxili çaxmaqlı, ikilüləli yivsiz odlu ov silahı müsadirə edilsin. Şəxs 80 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №3(089)-29/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-29/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver