Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 3(089)-3/2021 09.02.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsindən daxil olmuş inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı müəyyən etdim Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğundan, işə baxılarkən tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.3-cü maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Maddədə “şəxs haqqında məlumat” deyiləndə ancaq şəxsin soyadı, adı və atasının adı və yaşadığı ünvan nəzərdə tutulmur, şəxsin barəsində olan inzibati xəta haqqında işə baxmağa imkan verən, o cümlədən həmin şəxsin şəxsiyyəti nəzərə alınmaqla ona təyin olunacaq inzibati tənbehi fərdiləşdirməyə imkan verən məlumatlar nəzərdə tutulur. İXM-nin 100.1-ci maddəsində ifadə olunmuş hüquq norması göstərişin xarakterinə görə məcburedici, göstərişin ifadə olunma formasına görə isə imperativ normadır. Ona görə də protokolu tərtib edən şəxs protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatları göstərməyə borcludur. Lakin hazırkı protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yalnız soyadı, adı və atasının adı, doğulduğu tarix və yer göstərilmiş, həmin şəxs işləyirsə iş yeri, vəzifəsi və əmək haqqının miqdarı, əgər işləmirsə bu barədə məlumat və digər zəruri məlumatlar göstərilməmişdir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır ki, inzibati xəta haqında protokol onu tərtib edən şəxs tərəfindən də imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 125.2.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh vermə haqqında qərar kağız daşıyıcıda çap olunaraq rəsmi qaydada verilməsi üçün 2 gün ərzində barəsində qərar qəbul edilmiş şəxsə poçtla göndərilir. Şəxs həmin qərarı aldıqdan 20 gün sonra qərar qüvvəyə minir və həmin tarixdən başlayaraq 3 ay müddətində cəriməni ödəmədikdə İXM-in 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb oluna və məhkəmə qərarı ilə nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırıla bilər. Lakin Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1, 327.2-ci maddələri ilə təqsirli bilinərək qəbul edilmiş inzibati tətbiq etmə haqqında qərarın surəti, həmin qərarın Şəxs rəsmi qaydada 3 ay əvvəl göndərilməsini təsdiq edən sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Lakin iş materiallarından müəyyən olunur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilənədək məlumatlandırılmamışdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşı tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən, natamam şəkildə məhkəməyə verilmişdir, yəni protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs haqqında məlumatlar tam göstərilməmiş, inzibati xəta haqında protokol onu tərtib edən şəxs tərəfindən imzalanmamış, Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.2-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarın surəti, həmin qərarın ona təqdim edilməsi barədə məhkəməyə sənəd təqdim edilməmiş, həmçinin inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxs məlumatlandırılmadan tərtib edilmişdir. Hesab edirəm ki, göstərilənlərə əsasən, inzibati xəta haqqında protokol Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsindən qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-3/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №3(089)-3/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver