Məhkəmə qərarları › İş №3(089)-3/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-3/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-3/2023 19.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-17 avqust 1978-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, Lənkaran şəhəri, M.Maqomayev küçəsi, ev 4 ünvanında yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 26 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə DGK-A 119125 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 05 dekabr 2022-ci il tarixdə, saat 10:10 radələrində X6 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən əl yükləri Hİ-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvirlər olduğundan yoxlanılmış, yoxlama zamanı əl yüklərinə daxil olan orta həcmli çantaların içərisində qarşıq ərzaq yüklərinin yanında gömrük nəzarətinə bəyan olunmayan, sadələşdirilmiş elektron bəyannamədə göstərilməyən 100 ədəd üzərində “Cortam” yazısı olan mazlar (məlhəm) aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasınının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, X5 böyük inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə sərnişin giriş zalında xidmətdə olmüşdur. Saat 10:10 radələrində Bakı-Naxçıvan maşrutu ilə hərəkət edən avtobusda sərnişin qismində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs özü ilə gətirdiyi əl yüklərini “Hi scan” markalı rentgen yük yoxlama qurğusundan keçirdiyi zaman qurğunun müşahidə monitorunda dərman preparatlarının təsvirini görmüş, əl yüklərinə gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, iki nəfər hal şahidi dəvət etmiş, hal şahidlərinin iştirakı ilə Şəxs əl çantasına yoxlama keçirməyə başlamışdır. Yoxlama zamanı Şəxs məxsus əl yüklərinə daxil olan orta həcmli çantanın içərisində-qarışıq ərzaq yüklərinin yanından gömrük nəzarətinə bəyan olunmayan, sadələşdirilmiş elektron bəyannamədə göstərilməyən 100 ədəd üzərində “Cortam 0.05%” yazısı olan mazlar (məlhəm) aşkar edilmişdir. Mazlar Şəxs, hal şahidləri Şahid3 və Şahid2 iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, Şəxs, hal şahidləri və özü protokolu imzalamışlar. Şahid1 izahatında onu da bildirmişdir ki, Şəxs 100 ədəd mazı satmaq üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, hazırda işsizdir. Culfa Gömrüyünün ərazisində Ülkər ilə birlikdə təmizlik işləri görür. 05 dekabr 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində olmuşdur. Səidə adlı gömrük əməkdaşı onları çağırmış və X6 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn bir neçə vətəndaşın əl yüklərinə yoxlama keçirəcəyini və onların da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişlər. Səidə xanım Şəxs onlara təqdim etmiş, əl yüklərinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Səidə xanım onlara hüquq və vəzifələrini izah etmiş və əl yüklərinin yoxlamağa başlamışdır. Yoxlama zamanı əl yüklərinə daxil olan orta həcmli çantanın içərisində-qarışıq ərzaq yüklərinin yanından mazlar aşkar edilmişdir. Aşkar olunmuş mazlar barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 05 dekabr 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:10 radələrində X6 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Azərbayacan Respublikası vətəndaşı, xx.xx.2020-ci il tarixdə DİN tərəfindən verilmiş CO3046162 nömrəli pasportun sahibi, xx.xx.1978-ci il təvəllüdlü Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvir olduğu üçün əl yüklərinə baxış keçirilmiş, baxış zamanı əl yüklərinə daxil olan orta həcmli çantanın içərisində qarşıq ərzaq yüklərinin yanında gömrük nəzarətinə bəyan olunmayan, sadələşdirilmiş elektron bəyannamədə göstərilməyən 100 ədəd üzərində “Cortam” yazısı olan mazlar (məlhəm) aşkarlanmışdır. 19 dekabr 2022-ci il tarixli, 399 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş üzərində kağızda “Şəxs” yazısı olan əl çantasından götürülmüş, adı 1 saylı cədvəldə qeyd olunan mazlar (məlhəm) və təsiredici maddəsinə əsasən qablaşdırmaları üzərindəki adlarına uyğundurlar. Bu preparatlar təsiredici maddələrinə görə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin”, habelə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” na daxil deyildir. O cümlədən 20 dekabr 2022-ci il tarixli, 384 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki ekspertiza tədqiqatına təqdim edilmiş 1 adda İran İslanı Respublikası istehsalı. üzərində “Cortam 0.05%” yazıları olan mazların (məlhəm) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120,00 (bir yüz iyirmi) manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.7-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrini gömrük sərhədindən keçirilə bilər. Həmin qaydaların 3.1-ci maddəsinə əsasən fziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl kanal“ və “Qırmızı kanal“ buraxılış sistemləri tətbiq olunur. Qaydaların 3.3-cü bəndinə əsasən isə “Qırmızı kanal“ buraxılış sistemi gömrük orqanlarına bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən mallara dair bəyannamə təqdim edilməklə, onların gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunması üçün nəzərdə tutulur. İnzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X6 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn zaman əl yüklərində olan 100 ədəd üzərində “Cortam” yazısı olan mazları (məlhəm) bəyan etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyənnamədən müəyyən edilmişdir ki, Şəxs 200 ədəd siqareti, 5 ədəd yuyucu vasitəni, 15 kq qarışıq ərzaq məsullarını bəyan etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Naxçıvan Baş Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan gömrük nəzarətinə bəyan olunmayan, sadələşdirilmiş elektron bəyannamədə göstərilməyən 100 ədəd üzərində “Cortam 0.05%” yazısı olan mazlar (məlhəm) müsadirə edilməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin-3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Baş Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 100 ədəd üzərində “Cortam 0.05%” yazısı olan mazlar (bir ədədinin qiyməti 1.20 manat) (məlhəm) müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar