Məhkəmə qərarları › İş №3(089)-30/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-30/2022

28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-30/2022 28.10.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxx 1983-cü il tarixdə Babək rayonunun Çeşməbasar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, sürücü işləyən, Babək rayonunun Çeşməbasar kəndində yaşayanbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 18 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119071 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 09 oktyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində X10 vasitəsilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən, idarə etdiyi 99ZM574 dövlət nömrə nişanlı, “VOLVO FH” markalı, 2008-ci il buraxılışlı, göy rəngli, şassi nömrəsi YV2ASW0A99B533448 olan (qoşqu nömrəsi 99ZF574 olan, “SCHWARZMULLER” markalı, 2007-ci il buraxılışlı, şassi nömrəsi VAVSAP3387H248264 olan) yük nəqliyyat vasitəsinin dartıcısının yataq hissəsinin altında olan siyirtmənin alt hissəsində aksiz markaları ilə markalanmayan 20 qutu (400 ədəd) ağ rəngdə ”Oskar” markalı, 10 qutu (200 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-in 480ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildrimişdir ki, Babək rayonunun Çeşməbasar kəndində yaşayır. Bir müddətdir ki, Naxçıvan-Bakı və əks istiqamətdə yük daşıyır. 09 oktyabr 2022-ci il tarixdə idarə etdiyi 99ZM574/99ZF574 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Bakı şəhərindən Naxçıvana gəlmək üçün Biləsuvar GKM-dən İİR-ə keçmiş, İranın Culfa şəhərində 2 blok Oscar, 1 blok Kent, 1 blok Milano markalı siqaret almış, 1 blok Milano siqaretini aşkara qoymuş və gömrükdə bəyan etmiş, 2 blok Oscar, 1 blok Kent markalı siqaretləri isə dartıcının yataq hissəsinin altında olan siyirtmənin alt hissəsində gizlətmiş, 09 oktyabr 2022- ci il tarixdə Naxçıvan MR Culfa GKM-də nəqliyyat vasitəsi yoxlanılmış, siqaretlər aşkar edilmiş və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsi X8 inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmüşdur. Saat 22:00 radələrində X10 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikasına məxsus 99ZM574 dövlət nömrə nişanlı, “VOLVO FH” markalı, 2008-ci il buraxılışlı, göy rəngli, (qoşqu nömrəsi 99ZF574,) yük nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğundan gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, həmkarı X8 böyük inspektoru gömrük xidməti baş leytenantı X2 və gömrük ərazisində olan Şahid2 və Şahid3 hal şahidi kimi dəvət etmiş, hal şahidlərinə Şəxs nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Əvvəlcə hal şahidlərinə Şəxs təqdim etmiş, nəqliyyat vasitəsinin onun olduğunu bildirmişdir. Şəxs nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuş, o, nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında yataq hissəsinin altında olan siyirtmənin alt hissəsində aksiz markaları ilə markalanmayan 2 blok (400 ədəd) ağ rəngdə “Oscar”, 1 blok (200 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər aşkarlanmış, aşkar olunmuş siqaretlər onun, gömrük əməkdaşı X2, sürücü X5 və 2 hal şahidinin iştirakı ilə götürülmüş qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, gömrük əməkdaşı Vüqar Heydərov, sürücü Emil İsmayılov və 2 hal şahidi ilə birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, hazırda işsizdir. X7 ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 09 oktyabr 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində olmuşdur. Saat təxminən 22:00 radələrində Domrul adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn bir nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, o da etiraz etməmişdir. Daha sonra onunla birlikdə fəhləlik edən Şahid3 adlı şəxsi də oraya hal şahidi qismində çağırmış, nəqliyyat vasitəsinə yoxlama keçiriləcək yerə getmişlər. Domrul müəllim Şəxs təqdim etmiş, nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Domrul müəllim onlara hüquq və vəzifələrini izah etmiş və nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında , yataq hissəsinin altında olan siyirtmənin alt hissəsində aksiz markaları ilə markalanmayan 2 blok (400 ədəd) ağ rəngdə “Oscar”, 1 blok (200 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 09 oktyabr 2022-cı il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində X10 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş C03153259 nömrəli pasportun sahibi, xx.xx.1983-cü il təvəllüdlü X3 idarə etdiyi 99ZM574 dövlət nömrə nişanlı, “VOLVO FH” markalı, 2008-ci il buraxılışlı, göy rəngli, şassi nömrəsi YV2ASW0A99B533448 olan (qoşqu nömrəsi 99ZF574 olan, “SCHWARZMULLER” markalı, 2007-ci il buraxılışlı, şassi nömrəsi VAVSAP3387H248264 olan) yük nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı dartıcısında olan yataq hissəsinin altında olan siyirtmənin alt hissəsində aksiz markaları ilə markalanmayan 2 blok (400 ədəd) ağ rəngdə “Oscar”, 1 blok (200 ədəd) boz rəngdə “Kent” markalı markalı siqaretlər aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2022-ci il tarixli, 291 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmi, üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı vəziyyətdə (daşıma, saxlanma zamanı fiziki aşınmaya məruz qalmamış, səthləri bütöv və əzilmə, kəsilmə halları müşahidə olunmamış) siqaretlərin topdan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 22,5 manat 50 qəpik müəyyən edilir. Bir qutu (20 ədəd) boz rəngli “Kent” markalı nazik siqaretin topdansatış qiyməti- 2,25 manat, 10 qutu - 2,25x10 = 22 (iyirmi iki ) manat 50 qəpik; Təqdim edilmiş İran İslam Respublikasının aksiz markası ilə markalanmayan 01 adda “Oscar” silver markalı nazik siqaretlərin və 01 adda “Oscar white” markalı qalın siqaretlərin mülki dövriyyədə satışı olmadığından qiymətləndirmə aparılmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 20 qutu (400 ədəd) ağ rəngli “Oscar” markalı, 10 qutu (200 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 20 qutu (400 ədəd) ağ rəngdə ”Oscar” markalı, 10 qutu (200 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar