Məhkəmə qərarları › İş №3(089)-30/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-30/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-30/2024 12.06.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs:- xx.xx.1996-cı ildə Naxçıvan şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan subay, orta təhsilli, Azərbaycanlı - barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 12 iyun 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Culfa Rayon Dövlət Notariat Ofisinin 8İ-738 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1996-cı ildə Naxçıvan şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs 282.11 manat, Culfa Rayon Dövlət Notariat Ofisinin 8İ- 739 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 794.42 manat məbləğində pul vəsaitləri tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və həmin icra sənədlərinə görə yaranmış 19.75 manat və 55.61 manat məbləğində icra ödənişi borcları Culfa Rayon İcra və X2 Muxtar Respublikası Maliyyə Nazirliyində olan xüsusi fonduna köçürülməlidir. icra sənədləri xx.xx.2022-ci il tarixdə Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə borclu Şəxs göndərilmiş və tələblərin könüllü təmin edilməsi xahiş olunmuşdur. Borclu Şəxs tələblər təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və bölməyə dəvət olunmuşdur. Lakin bugünkü tarixədək borclu Şəxs tələbləri təmin etməmiş, bölməyə gəlməkdən yayınmış və yaşayış yeri barədə bölməyə məlumat verməmişdir. Tələblərin təmin edilməsi üçün borclu Şəxs adına əmlak və son yaşayış yeri müəyyən edilməmişdir. İcra sənədləri üzrə borclu Şəxs tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 282.11 manat və 794.42 manat məbləğində pul borcu və tələblər könüllü icra müddəti ərzində ödənilmədiyindən 19.75 manat və 55.61 manat məbləğində icra ödənişi borcu qalmaqdadır. Borclu Şəxs tələblərin təmin olunması və bölməyə gəlməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs tələbləri təmin etməmiş, bölməyə gəlməkdən yayınmış, barəsində Culfa rayon Məhkəməsi tərəfindən 24 iyul 2023-cü il tarixli qərarla borclunun axtarışı barədə qərar qəbul edilmiş, Şəxs 12 iyun 2024-cü il tarixdə Culfa rayon İcra və Probasiya bölməsinə gətirlmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.1996-cı ildə Naxçıvan şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Culfa Rayon Dövlət Notariat Ofisinin 8İ-738 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cəmi 282.11 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, Culfa Rayon Dövlət Notariat Ofisinin8İ-739 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cəmi 794.42 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdaı Cəmiyyətinin xeyrinə ödənilməli, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)- 175/2023-01C nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cəmi 4726.27 manat məbləğində pul vəsait tutularaq tələbkar "X5" ASC-nin xeyrinə ödənilməli və Bakı Şəhəri 54 sayl Notariat Ofisinin 8İ-18433 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cəmi 135 mana məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair qərar və tələbin könüllü icrası barədə bildirişlə müvafiq qaydada mənə təqdim edilmişdir. Həmin qərar və bildirişlərdə məndən tələblərin könülli təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Pul borclarını ödəmədiyindən xx.xx.2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməs tərəfindən barəsində axtarış qərarı qəbul edilərək Culfa Rayon Polis Şöbəsinə göndərilmişdir. Culf; Rayon Polis Şöbəsinin əməkaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılaraq həmin tarixdi Culfa Rayon İcra və Probasiya Bölməsinə təhvil verilmişəm.Halhazırda həmin məbləği ödəyə bilmər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında həmçinin işləmədiyini, işləyib borcunu ödəyəcəyini, icra sənədini icra etməməsinə görə peşiman olduğunu bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 izahatında, xx.xx.1996-cı ildə Naxçıvan şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Culfa Rayon Dövlət Notariat Ofisinin 8İ-738 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cəmi 282.11 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, Culfa Rayon Dövlət Notariat Ofisinin8İ-739 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cəmi 794.42 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdaı Cəmiyyətinin xeyrinə ödənilməli, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-175/2023-01C nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cəmi 4726.27 manat məbləğində pul vəsait tutularaq tələbkar "X5" ASC-nin xeyrinə ödənilməli və Bakı Şəhəri 54 sayl Notariat Ofisinin 8İ-18433 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cəmi 135 mana məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair qərar və tələbin könüllü icrası barədə bildirişlə müvafiq qaydada mənə təqdim edilmişdir. Həmin qərar və bildirişlərdə məndən tələblərin könülli təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Pul borclarını ödəmədiyindən xx.xx.2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməs tərəfindən barəsində axtarış qərarı qəbul edilərək Culfa Rayon Polis Şöbəsinə göndərilmişdir. Culfa Rayon Polis Şöbəsinin əməkaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılaraq həmin tarixdi Culfa Rayon İcra və Probasiya Bölməsinə təhvil verilmişəm.Hal-hazırda həmin məbləği ödəyə bilmər.Şəxs üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra sənədlərindəki tələbləri icra etmədiyini bildirmiş, Şəxs barəsində qanuna uyğun olaraq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs pul borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 10 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 10 (on ) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 12 iyun 2024-cü il, saat 18:00-dan hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim əvəzi :Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar