Məhkəmə qərarları › İş №3(089)-30/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-30/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-30/2025 02.06.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Fərzəliyeva Günel Həsən qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn nümayəndəsi X18 və X4, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X10 iştirakı ilə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətindən daxil olmuş Şəxsn (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxsndə 6 nəfər işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə xitam verilməsinin aradan qaldırılması ilə bağlı DƏMX tərəfindən Şəxsnə məcburi göstəriş verilmiş, lakin göstəriş Şəxs tərəfindən icra edilməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X19 izahatında bildirmişdir ki, 10 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən Şəxsndə əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçilərin əmək müqavilələrinə xitam verilməsi halları aşkar olunmuşdur. Bununla bağlı Şəxsn direktoru X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, lakin Culfa Rayon Məhkəməsi tərəfindən sözügedən qərar ləğv edilmişdir. Daha sonra X15 Xidməti tərəfindən bu pozuntuların aradan qaldırılması ilə bağlı Şəxsnə məcburi göstəriş verilmiş, lakin həmin məcburi göstəriş icra edilməmiş, İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, Şəxsn barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda həmin pozuntular aradan qaldırılmamışdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxsn nümayəndəsi X4 tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz etmiş, izahatında bildirmişdir ki, X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən Şəxsnə 6 nəfər işçinin əmək müqaviləsinə əmək qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsinin aradan qaldırılması ilə bağlı göstəriş verilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən həmin göstərişin icra edilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilməsi əsassızdır, qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti 10 oktyabr 2024-cü il tarixli akta əsasən iddia etdiyi eyni pozuntu ilə bağlı 29 noyabr və 06 dekabr 2024-cü il tarixlərdə araşdırma aparmış və həmin akta əsasən aparılmış araşdırmanın nəticəsi olaraq inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 16 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul etmiş və həmin qərar məhkəmə tərəfindən ləğv edilmişdir. Yəni, hazırda yenidən mübahisələndirilən məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Aktda göstərilmiş eyni pozuntunun təkrar olaraq mübahisələndirilməsi yolverilməzdir, tərəflər arasında (işəgötürənlə işçi arasında) hazırda əmək münasibətləri mövcud deyil və hər hansı bir şikayət yoxdur, pozuntuların aradan qaldırılması Şəxsn səlahiyyətləri xaricindədir. X16 Respublikası Ali Məclisi Sədrinin 28 iyun 2011-ci il tarixli, 20-İV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti haqqında Əsasnamənin 4.1.2-ci bəndinə əsasən X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırımasını tələb edə bilər. Əlavə olaraq bildirir ki, eyni xətanın törədilməsi ilə bağlı hazırda X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətində eyni inzibati xəta haqqında işə baxılır və vəzifəli şəxs kimi Şəxsn direktoru X20 barəsində 14 may 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Yuxarıda qeyd olunanların nəzərə alınmasını, inzibati xəta haqqında iş üzrə icraatın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Şəxsn nümayəndəsi X18 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxsn əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər və işdə iştirak edən şəxslərin izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəxs PHŞ-yə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-9-5/2-930/2025 nömrəli məktubundan görünür ki, Şəxsndə aparılmış araşdırma zamanı pozuntular müəyyənləşdirilmişdir. Belə ki, araşdırma zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinin pozularaq müddətsiz əmək müqavilələrinin müddətli əmək müqaviləsi ilə əvəz edildiyi, 1 iyul 2024-cü il tarixdə əmək müqavilələrinə kütləvi xitam verildiyi, bir sıra hallarda işdən çıxma əmrlərinin düzgün tərtib edilmədiyi, mama X11, tibb bacısı (qardaşı) X5, tibb bacısı (qardaşı) X1, tibb bacısı (qardaşı) X2, tibb bacısı (qardaşı) X3 və laborant X6 əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verildiyi aşkar olunmuş, pozuntuların müəssisənin əvvəlki işəgötürənləri tərəfindən törədildiyi müəyyən edilmiş, qeyd olunan pozuntuları aradan qaldıraraq görülmüş tədbirlər barədə 15 iş günü müddətində Xidmətə məlumat verilməsi tələb olunmuşudur. Şəxsn Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli 18-1-92-10/137/2025 nömrəli məktubundan görünür ki, 10 oktyabr 2024-cü il tarixdə X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin əməkdaşları tərəfindən Şəxsndə çalışan əməkdaşların əmək hüquqlarının təmin olunması ilə bağlı araşdırma aparılmış və nöqsanlar aşkar edilərək 10 oktyabr 2024-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmiş, iddia edilən müddətsiz əmək müqavilələrinin müddətli əmək müqavilələri ilə əvəz edilməsi, 01 iyul 2024-cü il tarixdə əmək müqavilələrinə kütləvi şəkildə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi və bir sıra hallarda işdən çıxma əmrlərinin düzgün tərtib edilməməsi barədə məsələ ilə bağlı qeyd edilir ki, struktur dəyişikliyi ilə əlaqədar olaraq işçilər öz ərizələri əsasında işdən azad edilmiş və yeni yaradılan müəssisədə yenidən işə qəbul edilmişlər. Müddətli əmək müqavilələri isə sonradan müddətsiz əmək müqavilələri ilə əvəz edilmişdir. İddia edilən həmin pozuntular müəssisənin əvvəlki işəgötürənləri dövründə baş vermişdir. Hazırda iddia edilən həmin pozuntular mövcud deyil və əvvəlki dövrdə törədilmiş pozuntuların aradan qaldırılması qeyri-mümkündür. X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 07 aprel 2025-ci il tarixli, 3-17-9-5/2-930/2025 nömrəli məktubunda qeyd olunmuş mübahisələndirilən digər məsələ Ordubad Rayon Mərkəzi Xəstəxanasının Qəbul bölməsinin tibb bacısı X13, Ordubad Rayon Uşaq Xəstəxanasının Uşaq şöbəsinin tibb bacısı X7, Ordubad Rayon Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin tibb bacısı X8, Pəzməri kənd FMM-nin məntəqə müdiri X21, Ordubad Rayon Mərkəzi Xəstəxanasının Laboratoriya şöbəsinin laborantı X14 və Ordubad Rayon Mərkəzi Xəstəxanasının Sterilizəsiyə bölməsinin tibb bacısı X1 əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsidir ki, həmin mübahisə ilə bağlı X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin qərarından verilmiş şikayətə Culfa Rayon Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış, X12 inzibati xətanın törədilməsi ilə bağlı təqsirliliyi sübuta yetirilməyərək şikayəti təmin edilmiş, X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin qərarı əsassız olduğundan ləğv edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxsn əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, İXM-in 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. İXM-in 18.3-cü maddəsinə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə görə İXM-in 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Şəxsn əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən yuxarıda qeyd olunan halları və madənin sanksiyasında göstərilən tənbehin növünü nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxsn barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114115, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar