Məhkəmə qərarları › İş №3(089)-31/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-31/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-31/2022 05.11.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X9 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs və tərcüməçi X10 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxx 1979-cu il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində doğulmuş, İİR-nın vətəndaşı, evli, orta təhsilli, İran İslam Respublikasının Mərənd şəhərində yaşayan- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 24 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə DGK-A 119073 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 1112 radələrində idarə etdiyi ** AA *** (qoşqu nömrəsi ** AA ***) dövlət nömrə nişanlı “Howo Faraz 3238” markalı, 2010 buraxılışlı, ağ rəngli, şassi nömrəsi NAB374505AA000346 yük nəqliyyat vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikasına gedərkən yük nəqliyyat vasitəsi və Şəxs şəxsi yoxlanılmış, şəxsi yoxlama zamanı Şəxs əyninə geyindiyi şalvarın sol cibindən gömrük orqanına əvvəlcədən şifahi, yazılı va ya elektron şəkildə bəyan edilməyən 90 ədəd hər biri 100 (yüz) ABŞ dolları əskinas olmaqla 9000 (doqquz min) ABŞ dolları, yük nəqliyyat vasitəsinin yoxlaması zamanı nəqliyyat vasitəsinin dartıcısının içərisindəki üst yatağın üzərində olan gödəkcənin sağ döş cibindən gömrük orqanına əvvəlcədən şifahi, yazılı və ya elektron şəkildə bəyan edilməyən 100 ədəd hər biri 100 (yüz) ABŞ dolları əskinas olmaqla 10000 (on min) ABŞ dolları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, İİR-nin Mərənd şəhərində yaşayır, uzun müddətdir ki, idarə etdiyi yük nəqliyat vasitəsi ilə İran-Naxçıvana marşrutu ilə yük daşıyır. Tarixini dəqiq xatırlamır, 2022-ci ilin oktyabr ayının əvvəlində Naxçıvanda yerləşən “Şahənşah MMC” adlı müəsisəyə yük gətirmişdir. 18 oktyabr 2022-ci il tarixdə yenidən Naxçıvana yük gətirmiş, geri qayıdarkən “Şahənşah MMC”-nin nümayəndəsi Əsəd adlı şəxs əvvəlcədən ona gətirmiş olduğu yükün pulunu, 9000 ABŞ dollarını ona vermiş, İranda yük aldıqları şəxsə çatdırmasını bildirmişdir. 10000 ABŞ dolları isə özünə məxsus olmuşdur. xx.xx.2022-ci il tarixdə X24 vasitəsi ilə İrana qayıdarkən gömrük əməkdaşları ondan üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində bəyan etməli olduğu hər hansı bir əşya və ya valyuta olub-olmadığını soruşmuş, o, bəyan ediləcək heçnə olmadığını bildirmişdir. Culfa Gömrük yoxlama otağına getmişlər, gömrük əməkdaşı tanımadığı iki şəxsin iştirakı ilə üzərinə şəxsi yoxlama keçirmiş və yoxlama zamanı əyninə geyindiyi şalvarın sol cibindən 9000 ABŞ dolları aşkarlanmışdır. Üzəri yoxlandıqdan sonra idarə etdiyi 35AA291/35AA292 nömrə nişanlı yük nəqliyyat vasitəsi yoxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının içərisindəki üst yatağın üzərində olan gödəkcəsinin sağ döş cibindən 10000 ABŞ dolları aşkar edilib götürülmüş, yoxlama barədə protokollar tərtib edilmiş, protokoları imzalamışlar. Şəxs izahatında onu da bildirmişdir ki, Azərbaycan ərazisindən 10000 ABŞ dollarından artıq dolların aparılmasına icazə verilmədiyindən, üzərində və nəqliyyat vasitəsində cəmi 19000 ABŞ dolları olmasını bəyan etməmiş, hərəkətlərindən peşmandır. Məhkəmə iclasında iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, müvəqqəti işsizdir. Culfa Gömrük İdarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 20 oktyabr 2022-ci il tarixdə Culfa Gömrük İdarəsinin ərazisində olmuşdur. Yük boşaltdığı zaman İlkin adlı gömrük əməkdaşı ona yaxınlaşmış, İrana gedən bir yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Onunla birlikdə fəhləlik edən Səfər adlı şəxs də hal şahidi qismində dəvət edilmişdir. İlkin müəllimlə Culfa gömrük idarəsində yerləşən şəxsi yoxlama otağına getmişlər. Gömrük əməkdaşı İİR vətəndaşı Şəxs onlara təqdim etmiş, onlara hüquq və vəzifələrini izah etmiş, şəxsi yoxlamağa başlamışdır. Yoxlama zamanı Şəxs Seifoilah ğlunun əyninə geyindiyi şalvarın sol cibindən 90 ədəd hər biri 100 (yüz) ABŞ dolları əskinas olmaqla 9000 (doqquz min) ABŞ dolları aşkar olunmuş, daha sonra nəqliyyat vasitəsinə yoxlama keçirəcəyi yerə getmişlər. İlkin müəllim Şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsini təklif etmiş, lakin sürücü gömrük nəzarətinə təqdim etməli əşya olmadığını bildirmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının içərisindəki üst yatağın üzərində olan gödəkcənin sağ döş cibindən 100 ədəd hər biri 100 (yüz) ABŞ dolları əskinas olmaqla 10000 (on min) ABŞ dolları aşkar edilmiş, götürülmüş, yoxlamalar zamanı aşkar olunmuş 19000 (on doqquz min) ABŞ dolları barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu izahat vermişlər. Məhkəmə iclasında izahatı elan edilmiş şahid X18 izahatında qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmuşdur. Saat 11:12 radələrində X24 vasitəsilə Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikasına gedən, İİR məxsus ** AA *** dövlət nömrə nişanlı, “Howo Faraz 3238” markalı, 2010 buraxılışlı, ağ rəngli, (qoşqu nömrəsi ** AA ***) yük nəqliyyat vasitəsinin sürücüsü X3 şübhəli davranmış, sürücünün üzərinə şəxsi yoxlama və idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirməyi qərara almış, həmkarı X21 böyük inspektoru gömrük xidməti baş leytenantı Şahid1 və gömrük ərazisində olan Şahid2, Şahid3 hal şahidi kimi dəvət etmiş, hal şahidlərinə X2 üzərinə şəxsi yoxlama və nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Birlikdə Culfa gömrük idarəsində yerləşən şəxsi yoxlama otağında hal şahidlərinə Şəxs təqdim etmiş, şəxsi yoxlama edəcəyi şəxs olduğunu bildirmiş, X1 qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmamasını soruşmuş, o, da üzərində və nəqliyyat vasitəsində qadağan olunmuş heçnə olmadığını bildirmişdir. Şəxsi yoxlama zamanı Şəxs əyninə geyindiyi şalvarın sol cibindən gömrük orqanına əvvəlcədən şifahi, yazılı, va ya elektion şəkildə bəyan etməmiş, 90 ədəd hər biri 100 (yüz) ABŞ dolları əskinas olmaqla 9000 (doqquz min) ABŞ dolları açkar edilmişdir. Yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini bildirdirmiş və sürücüyə idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmamasını soruşmuş. O, heçnə olmadığını obildirmişdir. Nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının içərisindəki üst yatağın üzərində olan gödəkcəsinn sağ döş cibindən gömrük orqanına əvvəlcədən şifahi, yazılı, va ya elektron şəkildə bəyan edilməyən 100 ədəd hər biri 100 (yüz) ABŞ dolları əskinas olmaqla 10000 (on min) ABŞ dolları, ümumilikdə 190 ədəd hər biri 100 (yüz) ABŞ dolları əskinas olmaqla 19000 ABŞ dolları aşkar edilmişdir. Saxta və ya həqiqiliyin müəyyən edilməsi üçün “JET COM 420” markalı valyuta yoxlanma aparatında sayılmış, tək-tək hər bir əskinas yoxlanılmış və heç bir saxta əskinas aşkar edilməmişdir. Aşkar olunmuş 190 ədəd hər biri 100 (yüz) ABŞ dolları əskinas olmaqla, 19000 ABŞ dolları onun, gömrük əməkdaşı Şahid1, sürücü və 2 hal şahidinin iştirakları ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, gömrük əməkdaşı Şahid1, sürücü Şəxs və 2 hal şahidi ilə birgə imzalamışlar. İş materiallarına əlavə edilmiş şəxsi və nəqliyyat vasitəsinin yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Şəxs əyninə geyindiyi şavların sol cibindən 90 ədəd hər biri 100 (yüz) ABŞ dolları əskinas olmaqla 9000 (doqquz min) ABŞ dolları və idarə etdiyi 35AA291 (qoşqu nömrəsi 35AA292) dövlət nömrə nişanlı “Howo Faraz 3238” markalı, 2010 buraxılışlı, ağ rəngli, şassi nömrəsi NAB374505AA000346 olan yük nəqliyyat vasitəsinin dartıcısının içərisindəki üst yatağın üzərində olan gödəkcəsinin sağ döş cibindən 100 ədəd, hər biri 100 ABŞ dolları əskinas olmaqla 10000 ABŞ dolları aşkar edilmişdir. İş materiallarından görünür ki, yoxlama zamanı aşkar edilmiş 19000 ABŞ dolların saxta və ya həqiqiliyinin müəyyən edilməsi üçün “JET COM 420” markalı valyuta yoxlanma aparatında sayılmış, tək-tək hər bir əskinas yoxlanılmış, saxta əskinas aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 1 nömrəli əlavənin 6-cı bəndində qeyd edilmişdir ki, 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində Azərbaycan Respublikasının gömrük nəzarətindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Yasinzadeh X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Yasinzadeh X16 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Yasinzadeh X16 Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə edilməli, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş xarici valyutanın rəsmi məzənnəsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mərkəzi X22 Respublikası idarəsindən təqdim edilmiş 05 noyabr 2022-ci il tarixli, 01/350 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 05 noyabr 2022-ci il tarixə təsdiq edilmiş xarici valyutanın rəsmi məzənnəsinə əsasən 1 ABŞ dolları 1.7000 AZN dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Yasinzadeh X12 inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Yasinzadeh X8 hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Culfa Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 190 ədəd hər biri 100 (yüz) ABŞ dolları əskinası olmaqla 19000 (on doqquz min) ABŞ dolları Yasinzadeh X12 qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Yasinzadeh X16 19000 (on doqquz min) ABŞ dollarının 40 (qırx) faizi məbləğində, 7600 ABŞ dolları, 05 noyabr 2022-ci il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş xarici valyutanın rəsmi məzənnəsi nəzərə alınmaqla 12920 manat cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan Culfa Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 190 ədəd hər biri 100 (yüz) ABŞ dolları əskinası olmaqla 19000 (on doqquz min) ABŞ dolları Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar