Məhkəmə qərarları › İş №3(089)-31/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №3(089)-31/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 3(089)-31/2024 24.07.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov X2 Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 may 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması ilə əlaqədar şikayəti, şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 15 may 2024-cü il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı tərəfindən MN-1779347 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, o, 600 manat məbləğində cərimə edilmişdir. X1 nümayəndəsi Cəfərov X3 Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 may 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermiş, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 3(089)-31/2024 nömrəli qərardadı ilə X1 nümayəndəsi Nümayəndə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 may 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti rədd edilmişdir. X1 nümayəndəsi Nümayəndə Culfa Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 3(089)-31/2024 nömrəli qərardadından şikayət vermiş, Naxçıvan MR Ali Məhkəməsi Cinayət Kollegiyasının 3(108)-26/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 130.2-ci bəndinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X1 nümayəndəsi Nümayəndə Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 may 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti rədd edildiyindən, həmin qərardan verilmiş şikayətə baxıla bilməz, şikayət və şikayətə əlavə edilmiş sənədlər X1 nümayəndəsi Nümayəndə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq qərar verdi: Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 may 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və şikayətə əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar