Məhkəmə qərarları › İş №3(089)-32/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-32/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-32/2025 20.05.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X3 iştirakı ilə, Şəxs:-05 avqust 1963-cü il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, 2 uşaq atası, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2baycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3384/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası üzrə icra məmurunun icra sənədi üzrə tələbini təmin etmədiyinə və 3764.48 manat pul borcunu ödəmədiyinə görə Culfa Rayon İcra və Probasiya bölməsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə 20 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3384/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 5000 ABŞ dolları (ödəmə günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla) məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmişdir. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədini tam icra etməmişdir. Borclunun hazırda 3764.48 manat borcu yaranmışdır. Borclu işləmədiyini, bir dəfəyə borcun ödənilməsini təmin edə bilməyəcəyini bildirmişdir. Tələbkar hazırda şikayətçidir. Göstərilənlərin nəzərə alınmasını, Şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3384/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən məlumatlıdır və icra sənədinin icrasından boyun qaçırmır. İcra sənədi üzrə borcu olduğunu qəbul edir. 2024-cü ilin oktyabr ayınadək hər ay əməkhaqqından ödəniş etmiş, hazırda işsizdir, borcu hissə-hissə ödəyə bilər. Son olaraq xx.xx.2025-ci il tarixdə borcundan 300 manat ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3384/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 5000 ABŞ dolları (ödəmə günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla) məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3384/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə həmin icra sənədi üzrə yaranmış borcundan xx.xx.2025-ci il tarixdə 300 manat ödəməsi və borcun ödənilməsi ilə bağlı icra məmurunun tələbinin icra edilməməsində hər hansı qərəzli mövqenin olmaması müəyyən edilmişdir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin və borclunun izahatları ilə yanaşı, borclunun məhkəmədə təqdim etdiyi 20 may 2025-ci il tarixli, 11180 nömrəli ödəniş qəbzi ilə də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1 -ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xəta tərkibinin olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar