Məhkəmə qərarları › İş №3(089)-33/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-33/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-33/2022 22.11.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxx 1984-cü il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, müvəqqəti işsiz, Culfa rayonunun Yaycı kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 504-cü maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 01 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə DGK-A 119085 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs malların Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malları əldə etmiş, saxlamış və daşımışdır. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati işin materiallarından müəyyən edilmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə, saat 21:23 radələrində Culfa gömrük postu vasitəsilə Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası ərazisindən keçməklə, Bakı şəhərinə gedən 85AE355 nömrəli avtobusun sərnişini, Azərbaycan Respublikasının vətəndaşı, Culfa rayonunun Yaycı kənd sakini Şəxs ölkədən çıxış istiqamətində gömrük nəzarətindən keçərkən, öz şəxsi əşyaları ilə birlikdə 1 ədəd işlənmiş “SAMSUNG” markalı mobil telefonu və 1 ədəd qırmızı rəngli telefon qabı ilə birlikdə tünd bənövşəyi rəngli 256 GB yaddaşlı “İPHONE 14 PRO” markalı, seria nömrəsi C6CWV6WNX0, İMEİ kodu- **********82504 olan mobil telefonu gömrük nəzarətinə təqdim etmiş, təqdim edilən mobil telfonun yeni olması, işlənmiş olmaması müəyyənləşdirilmiş, telefonun ölkəyə gətirildiyi zaman gömrük rəsmiləşdirilməsinə dair sənədin olmadığı aşkar edilmiş, “İPHONE 14 PRO” markalı telfon ptotokol tərtib edilməklə götürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsi X9 böyük inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmüşdur. Saat 21:23 radələrində Culfa gömrük postu vasitəsilə Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası ərazisindən keçməklə, Bakı şəhərinə gedən 85AE355 nömrəli avtobusun sərnişini, Culfa rayonunun Yaycı kənd sakini Şəxs ölkədən çıxış istiqamətində gömrük nəzarətindən keçərkən, öz şəxsi əşyaları ilə birlikdə 1 ədəd işlənmiş “SAMSUNG” markalı mobil telefonu və 1 ədəd qırmızı rəngli telefon qabı ilə birlikdə tünd bənövşəyi rəngli 256 GB yaddaşlı “İPHONE 14 PRO” markalı (seria nömrəsi: C6CWV6WNX0, İMEİ kodu- **********82504) mobil telefonu gömrük nəzarətinə təqdim etmiş, təqdim edilən mobil telfonun yeni olması, işlənmiş olmaması müəyyənləşdirilmişdir. Şəxs “İPHONE 14 PRO” markalı telfonun özündə yeni olduğunu və Rusiya Federasiyasının Moskva şəhərindən təyyarə ilə qardaşı tərəfindən atasına göndərildiyini bildirmişdir. Şəxs “İPHONE 14 PRO” markalı telefonun ölkəyə gətirildiyi zaman gömrük rəsmiləşdirilməsi aparılması barədə sənədi təqdim etməsini təklif etmiş, Şəxs gömrük rəsmiləşdirilməsi barədə sənədi təqdim edə bilməmiş və əksinə “hansı əsasa görə mənə pay gələn 1 ədəd telefona görə rüsum ödəməliyəm” demiş, səs-küy salmışdır. Həmin vaxt Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli, 305 saylı qərarına əsasən vətəndaşın gətirdiyi malların ölkəyə giriş zamanı mütləq bəyan olunmasını və gətirilən əşyanın dəyəri 800 ABŞ dollarını keçərsə, gömrük rəsmiləşdirilməsinə cəlb olunmalı olduğu bildirilmişdir. Şahid2 izahatında onu da bildirmişdir ki, həmin gün Şəxslə bir avtobusda Bakıya gedən sərnişin X3 məxsus əl yükünün içərisindən “İPHONE” markalı mobil telefonlara məxsus qutular aşkarlanmış, həmin qutulardan birinin üzərindəki İMEİ kodu ilə Şəxs məxsus “İPHONE 14 PRO” markalı mobil telefonun İMEİ kodunun eyni olması müəyyənləşdirilmişdir. Şəxs ona məxsus mobil telefonun qutusunun hansı səbəbə görə X3 məxsus əl yükün içərisində olması soruşulmuş, Şəxs cavab verməkdən yayınmış və xəbərinin olmadığını bildirmişdir. Gömrük rəsmiləşmə sənədi olmadığı üçün “İPHONE 14 PRO” markalı mobil telefonu Şəxs araşdırma aparılası üçün müvəqqəti saxlanca götürülmüş və ona müvəqqəti saxlanca dair sənəd təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X5 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş- 02 noyabr 2022-cı il tarixli **********00001 nömrəli aktdan görünür ki, C02929370 nömrəli pasportun sahibi, xx xxxx 1984-cü il tarixdə doğulmuş Culfa rayonunun Yaycı kənd sakini Şəxs 1 ədəd qırmızı rəngli telefon qabı 1ədəd “İPHONE 14 PRO” markalı (seria nömrəsi: C6CWV6WNX0, İMEİ kodu- **********82504) mobil telefon saxlanca götürülmüşdür. Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsindən verilmiş məlumatda qeyd edilmişdir ki, İMEİ kodu-**********82504 olan mobil telefonun idxalı haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı bir məlumat yoxdur. 31 oktyabr 2022-ci il tarixli, 295 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd tünd bənövşəyi rəngli, 256 GB yaddaşlı “İphone 14 Pro” markalı mobil telefon istifadəyə yararlıdır. Təqdim olunmuş 01 ədəd tünd bənövşəyi rəngli, 256 GB yaddaşlı “İphone 14 Pro” markalı mobil telefonun topdansatış qiyməti 2730 manat həcmində müəyyən olunur. 01 oktyabr 2022-ci il tarxli yoxlama haqqında protokolun surətindən görünür ki, 01 oktyabr 2022-ci il tarixdə saat 21:18-də X1 çamadan tipli əl yükü Hİ-Scan rentgen qurğusundan keçirilərkən şübhəli təsvirlər olduğudan baxış keçirilmiş, əl yükünün içərisində olan selefon torbanın içərisindən 12 ədəd İphone 14 pro 256 GB markalı (İMEİ: **********00836, **********01995, **********06252, **********66345, **********18857, **********60991, **********98467, **********041653, **********38635, **********94615, **********45270, **********82504), 1 ədəd İphone 14 pro max 256 GB markalı (İMEİ: **********73846) mobil telefonların qutuları aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarının 2.1-ci bəndinin, 2.1.2-ci yarımbəndində qeyd edilmişdir ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan malları hər təqvim ayı ərzində bir dəfə güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir. Məhkəmə şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Quliyev X4 Respublikası gömrük ərazisinə gömrük qaydaları pozmaqla gətirilməsini bilə-bilə 1ədəd “İPHONE 14 PRO” markalı (seria nömrəsi: C6CWV6WNX0, İMEİ kodu- **********82504) mobil telefonu əldə etmiş, saxlamış və daşımışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 504-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsində malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 2730 manat dəyərində olan 1 ədəd tünd bənövşəyi rəngli 256 GB yaddaşlı “İPHONE 14 PRO” markalı (seria nömrəsi:C6CWV6WNX0, İMEİ kodu- **********82504) mobil telefonun dəyəri olan 2730 manatın 40 faizi məbləğində, 1092 manat cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd tünd bənövşəyi rəngli 256 GB yaddaşlı “İPHONE 14 PRO” markalı (seria nömrəsi:C6CWV6WNX0, İMEİ kodu- **********82504) mobil telefon gömrük rəsmiləşdirilməsi aparılmaqla Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs inzibati xətanın bilavasitə obyekti olan 256 GB yaddaşlı “İPHONE 14 PRO” markalı (seria nömrəsi:C6CWV6WNX0, İMEİ kodu- **********82504) mobil telefonun dəyərinin, 2730 manatın qırx faizi məbləğində, 1092 manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd tünd bənövşəyi rəngli 256 GB yaddaşlı “İPHONE 14 PRO” markalı (seria nömrəsi:C6CWV6WNX0, İMEİ kodu- **********82504) mobil telefon gömrük rəsmiləşdirilməsi aparılmaqla Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar