Məhkəmə qərarları › İş №3(089)-33/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-33/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-33/2023 28.03.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəxs qanuni nümayəndəsi X4, Culfa rayon prokuroru X3, zərər çəkmiş şəxs X2 iştirakı ilə, Şəxs-xx xxxxxx 2006-cı il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan müsiqi kollecinin ikinci kurs tələbəsi, ünvan 1 ünvanında yaşayan- barəsində Culfa rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 15 fevral 2023-cü il tarixdə Culfa şəhəri, məhəllə 1, döngə 1 ünvanında yerləşən “Qapıcıq-Culfa” yeməkxanasının həyətindən, Zərərçəkmiş şəxs məxsus bir ədəd dəmir qapını oğurlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin, özünün izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etmiş, izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır. Naxçıvan Musiqi kollecində xanəndəlik ixtisası üzrə təhsil alır. Həftənin beş günü səhər saat 8-də evdən çıxır, axşan saat 18-də yaşadığı evə qayıdır. 15 fevral 2023-cü il tarixdə saat 18 radələrində kollecə getmək üçün yol xərcini təmin etmək məqsədilə Culfa şəhərində yerləşən, yeni istifadəyə verilmiş “Qapıcıq-Culfa” yeməkxanasında işə düzəlmək üçün yeməkxanaya getmiş, tanımadığı şəxslə görüşmüş, yeməkxanada işə düzəlmək istədiyini bildirmişdir. 18 yaşı tamam olmadığı üçün onu işə qəbul etməmişlər. Yeməkxanadan çıxan zaman həyətin çöl divarına çöl tərəfdən söykənmiş vəziyyətdə olan bir ədəd dəmir qapını görmüş, qapı işlənmiş, bəzi yerləri əzilmiş və paslı olmuş, qapının istifadəyə yararlı, lazımsız olduğunu, metal kimi sata biləcəyini düşünmüş, qapını olduğu yerdən götürmüş və Culfa gömrüyünə gedən yolda yerləşən həyətdə metal yığan qanşusu Vüqar gilə getrimişdir. Vüqar qapını tərəzidə çəkmiş, 42 kq olmuş, qarşılığında ona 8 manat 20 qəpik pul vermiş, həmin pulla özünə pizza və qazlı içki almışdır. Hərəkətlərindən çox peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Culfa şəhəri, məhəllə 1, döngə 1 ünvanında yerləşən “Qapıcıq-Culfa” yeməkxanası ona məxsusdur. Yeməkxana 15 fevral 2023-cü il tarixdən fəaliyyət göstərir. Həmçinin yeməkxanın həyətində təmir işləri görülür. Bu səbəbdən də yeməkxanaya aid bəzi əşyalar, tikinti materialları yeməkxanın həyətində olur. Həmin gün bir ədəd dəmir qapını yeməkxananın çöl tərəfindən hasara söykəmişdir. 16 fevral 2023-cü il tarixdə səhər işə gələn zaman dəmir qapının yerində olmadığını görmüş, bu barədə Culfa Rayon Polis Şöbəsinə məlumat vermiş, sonra qapının Şəxs tərəfindən oğurlanması məlum olmuşdur. Oğurlanmış dəmir qapı ona qaytarılmış, S.Növruzlu ondan üzr istəmiş, onunla barışmışdır. Şəxs tələbi, şikayəti yoxdur, ona kömək edilməsini məhkəmədən xahiş edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin, zərər çəkmiş şəxsin izahatları və digər sənədlərlə sübuta yetirilir. İş materiallarına əlavə olunmuş- 17 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, HK-1-28/23 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət cəlb edilməsi üçün qərarın surəti Culfa rayon X8 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2023-cü il tarixli, 225 nömrəli rəyində qeyd edilmişdir ki, 01 ədəd eni 0.90 metr, uzunluğu 1.87 metr olan istifadə olunmuş dəmir materialdan hazırlanmış qapının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 65 manatdır. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs 15 fevral 2023-cü il tarixdə Culfa şəhəri, məhəllə 1, döngə 1 ünvanında yerləşən “Qapıcıq-Culfa” yeməkxanasının həyətindən, Zərərçəkmiş şəxs məxsus bir ədəd dəmir qapını oğurlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət etmiş, ona dəymiş zərərin ödənildiriyin, Şəxs onunla barışdığını, Şəxs tələbinin, şikayətinin olmadığını bildirmiş, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs vurulmuş ziyanı tamailə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar