Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-34/2022 17.11.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1-xx xxxx 1963-cü il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, müvəqqəti işsiz, Culfa rayonunun Yaycı kəndində yaşayan- barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 barəsində 01 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119087 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 01 oktyabr 2022-ci il tarixdə, saat 21:18 radələrində X12 vasitəsilə Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası ərazisindən keçməklə, Bakı şəhərinə gedən 85AE355 nömrəli avtobusun sərnişini, Azərbaycan Respublikası vətəndaşı, Culfa rayonunun Yaycı kənd sakini X1 əl yükləri Hİ-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvirlər olduğu üçün əl yükləri yoxlanılmış, yoxlama zamanı çamadan tipli əl yükünün içərisindən 12 ədəd İPHONE 14 pro 256 GB (İMEİ: **********00836, **********01995, **********06252, **********66345, **********18857, **********60991, **********98467, **********041653, **********38635, **********94615, **********45270, **********82504) və 1 ədəd İPHONE 14 pro MAX 256 GB (İMEİ: **********73846) markalı mobil telefonların qutuları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasınının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsi X10 baş müfəttişi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmüşdur. Saat 21:20 radələrində postun böyük inspektoru ona yaxınlaşmış, X12 vasitəsilə Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası ərazisindən keçməklə Bakı şəhərinə gedən 85AE355 nömrəli avtobusun sərnişini, Azərbaycan Respublikasının vətəndaşı, Culfa rayonunun Yaycı kənd sakini Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçirilən zaman şübhəli təsvirlər müşahidə etdiyini, əl yüklərinə gömrük yoxlaması keçirmək istədiyini, onun da orada iştirak etməsini xahiş etmişdir. Gömrük ərazisində yük boşaltmağa gəlmiş Şahid3 və Şahid2 da hal şahidi kimi dəvət edilmişdir. Şahid1 hal şahidlərinə Şəxs əl çantasına gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Əvvəlcə hal şahidlərinə Şəxs təqdim edilmiş, əl çantasının onun olduğu bildirilmişdir. Şəxs əl çantasında qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuş, o, əl yüklərində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Şahid1 əl çantasına yoxlama keçirməyə başlamış. Yoxlama zamanı çamadan tipli əl yükünün içərisindəki qara rəngli selofan torbanın içərisindən 12 ədəd 256GB-lıq “İPHONE” 14 pro və 1 ədəd “İPHONE” 14 pro MAX 256 GB markalı telefonların qutuları aşkarlanmış, Şəxs həmin qutuların kimə məxsus olduğu və hara apardığı soruşulmuş, Şəxs Hadi adlı bir iranlı alverçinin ona zəng vurduğunu, Bakıya telefon qutusu aparmaq lazım olduğunu, 13 qutu göndərəcəyini, əvəzində isə 30 manat pul verəcəyini dediyini, iranlı ilə razılaşdığını, iranlıya qutuları Naxçıvana göndərməsini dediyini, iranlının telefon qutularını Naxçıvana göndərdiyini, qutuları Bakıya aparmaq üçün əl yükünə qoyduğunu bildirmişdir. Həmin gün Bakıya gedən avtobusun digər sərnişini X5 gömrük nəzarətinə bəyan etdiyi yeni, qeydiyyatsız və gömrük rəsmiləşməsinə dair heç bir sənədi olmayan, hətta ölkəyə qutusuz olaraq gətirildiyi bildirilən “İPHONE 14 Pro” markalı mobil telefona məxsus qutunun Şəxs əl yükündən aşkarlanan telefon qutularından birinin İMEİ kodu və seria nömrəsi ilə eyni olması aşkar olmuşdur. Aşkar olunmuş “İPHONE” markalı mobil telefonlara məxsus qutular gömrük əməkdaşı Şahid1 tərəfindən onun, Şahid3 və Şahid2 iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 izahatında bildirmişdir ki, hazırda işsizdir. X8 ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 01 oktyabr 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində olmuşdur. Yük boşaltdığı zaman Rövşən adlı gömrük əməkdaşı onu çağırmış və X12 vasitəsilə Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası ərazisindən keçməklə Bakı şəhərinə gedən bir vətəndaşın əl yüklərinə yoxlama keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Daha sonra onunla birlikdə fəhləlik edən Şahid2 adlı şəxsi də oraya hal şahidi qismində çağırmış, əl yüklərinə yoxlama keçiriləcək yerə getmişlər. Rövşən müəllim Şəxs təqdim etmiş, əl yüklərinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Rövşən müəllim onlara hüquq və vəzifələrini izah etmiş və əl yüklərinin yoxlamağa başlamışdır. Yoxlama zamanı əl yüklərinin içərisində qara rəngli selofan torbanın içərisindən 12 ədəd 256GB-lıq “İPHONE” 14 pro və 1 ədəd “İPHONE” 14 pro MAX 256 GB markalı telefonların qutuları aşkar edilmişdir. Aşkar olunmuş telfon qutuları barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 01 noyabr 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 21:18 radələrində X12 vasitəsilə Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası ərazisindən keçməklə Bakı şəhərinə gedən Azərbayacan Respublikası vətəndaşı, xx.xx.2019-cu il tarixdə DİN tərəfindən verilmiş C02803810 nömrəli pasportun sahibi, xx.xx.1963-cü il təvəllüdlü Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman əl çantasında şübhəli təsvir olduğu üçün əl çantasına baxış keçirilmiş, baxış zamanı əl yüklərinin içərisində qara rəngli selofan torbanın içərisindən 12 ədəd 256GB-lıq “İPHONE” 14 pro və 1 ədəd “İPHONE” 14 pro MAX 256 GB markalı telefonların qutuları aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 31 oktyabr 2022-ci il tarixli, 294 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən telefon qutularının topdan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 68 (altmış səkkiz) manat, o cümlədən: bir ədəd İPHONE 14 pro markalı 256 GB yaddaşlı telefona məxsus qutunun topdansatış qiyməti- 5,00 manat, 12 qutu - 5x12 = 60,00 (altmış) manat; bir ədəd İPHONE 14 pro Max markalı 256 GB yaddaşlı telefona məxsus qutunun topdansatış qiyməti 8,00 manat müəyyən edilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 12 ədəd İPHONE 14 pro 256 GB (İMEİ: **********00836, **********01995, **********06252, **********66345, **********18857, **********60991, **********98467, **********041653, **********38635, **********94615, **********45270, **********82504) və 1 ədəd İPHONE 14 pro MAX 256 GB (İMEİ: **********73846) markalı mobil telefonların qutuları müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 12 ədəd İPHONE 14 pro 256 GB (İMEİ: **********00836, **********01995, **********06252, **********66345, **********18857, **********60991, **********98467, **********041653, **********38635, **********94615, **********45270, **********82504) (1 ədəd qutunun qiyməti 5 manat) və 1 ədəd İPHONE 14 pro MAX 256 GB (İMEİ: **********73846) (1 ədəd qutunun qiyməti 8 manat) markalı mobil telefonların qutuları müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №3(089)-34/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-34/2022
17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver