Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-34/2024 26.07.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs:-16 avqust 1987-ci il tarixdə Culfa rayonunun Ərəfsə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ərəfsə Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Culfa rayonunun Ərəfsə kəndində yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Culfa rayonu Ərəfsə bələdiyyəsinin 17 iyun 2024-cü il tarixli, 05 nömrəli qərarını “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə inzibati nəzarəti həyata keçirən orqana təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 09 iyul 2024-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, Culfa rayon Ərəfsə bələdiyyəsinin sədri vəzifəsində işləyir. Həqiqətən də Ərəfsə bələdiyyəsinin 17 iyun 2024-cü il tarixli, 05 nömrəli qərarı ilə Culfa rayonunun Ərəfsə kənd sakinləri Nizami İbrahimova 0.02 ha torpaq sahəsi, Natiq Rzayevə 0.20 ha torpaq sahəsi, Şirxan Hacıyevə 0.30 ha torpaq sahəsi, Yusif Rzayevə 0.20 ha torpaq sahəsi, Etibar Hacıyevə 0.02 ha torpaq sahəsi icarəyə verilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə, yəni 5 iş günü müddətində bələdiyyə qərarının surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana təqdim etməli olduğu halda, 02 iyul 2024-cü il tarixdə təqdim etmiş, bununla da qanunun tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında həmçinin “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr tərəfindən qəbul edilmiş aktların bir surətinin həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməli olmaları barədə onlara əvvəlcədən xəbərdarlıq edildiyini, hərəkətindən peşman olduğunu, bir daha inzibati xəta törətməyəcəyini bildirmiş, ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Naxçıvan MR Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi X2 məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktubla müraciət etmiş, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə R.Mirzəyevin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı ilə, 09 iyul 2024-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol və protokola əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Culfa rayonu Ərəfsə bələdiyyəsinin 17 iyun 2024-cü il tarixli, 05 nömrəli qərarını “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə inzibati nəzarəti həyata keçirən orqana təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, özünün səmimi etirafı ilə tam sübuta yetmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.0, 5.0.1 və 5.0.2-ci maddələrinə görə bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda, hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda inzibati nəzarət icraatı başlanılır. Həmin Qanununun 6.1-ci maddəsinə görə Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növünü tətbiq edərkən belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı aşağı həddə inzibati qaydada cərimə edilməlidir. Şəxs peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 400 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-34/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-34/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver