Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-36/2024 12.08.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx xxxxxx 1967-ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Culfa rayonunun Bənəniyar kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Culfa Rayon Polis X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 iyul 2024-cü il tarixdə saat 17 radələrində Naxçıvan şəhəri-Göydərə kəndi sərnişin avtobusunda ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 12 avqust 2024-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. Bənəniyar kəndində yaşayır, daimi iş yeri yoxdur, gündəlik işlərdə fəhlə olaraq işləyir, qazancı ilə ailəsinin ehtiyaclarını qarşılayır. xx.xx.2024-cü il tarixdə Finca banka olan kredit borcumu ödəmək məqsədilə Naxçıvan şəhərinə getmiş, krediti ödəmiş və Naxçıvan şəhər avtovağzalınndan Culfa rayonunun Kırna kənd sakini olan Fəxri adlı şəxsin Göydərə-Naxçıvan sərnişin avtobusuna minmiş, avtobusda sağ tərəfdə yerləşən tək oturacaqlardan 4-cü oturacaqda əyləşmişdir. Qarşısında olan oturacaqda isə həmkəndlisi, tanıdığı Aylin adlı qız əyləşmişdi. Avtobus sərnişinlərlə dolu olduğundan sərnişinlərin yarısı ayaq üstə dayanmışdı. Avtobus yola çıxdıqdan sonra, Culfa rayonunun Ərəzin kəndinin ərazisindən başlayaraq qarşı oturacaqda əyləşmiş Aylin adlı xanımdan xoşu gəldiyindən əlini avtomobilin şüşəsi istiqamətində oturacağın arxasından ona tərəf keçirərək astaca sağ çiyin və boynunun arxa nahiyyəsinə toxunmuş, o arxaya dönmək istəyəndə tez əlini çəkmişdir. Bir az yola davam edəndən sonra sol əlini sərnişinlər olan tərəfdən uzatmış, Aylinin sol yan hissəsinə sürtmüş, geri dönən zaman tez əlini çəkmişdir. Aylin söz demədiyindən bir daha eyni qaydada əlini uzatmış Aylinin sol yanına sürtmüşdür. Bundan sonra Aylin narahat olaraq ayağa qalxmış, yerini dəyişmişdir. Avtobus Bənəniyar kənd mərkəzinə çatmış, dayanmış, Aylin rəfiqələri ilə avtobusdan enmiş və səs-küy salaraq ona qarşı əxlaqsız hərəkət ediyini, əlini onun bədəninin müxtəlif nahiyyələrinə sürtdüyünü demişdir. Adam çox olduğundan utanmış, elə bir şey etmədiyini, sadəcə onun yanından keçən zaman sıxlıq olduğunu, əlinin dəyə biləcəyini bildirmişdir. Aylin sonra sürücüyə yaxınlaşmış, ona qarşı əxlaqsız hərəkət etdiyini və bir daha onun kimi adamları avtobusa qoymamağı bildirmişdir. Bundan sonra yaxınlıqdakı polis əməkdaşları gəlmiş, Aylin hadisə barədə onlara bildirmiş, onu polis şöbəsinə dəvət etmişlər. Hərəkətlərindən çox peşmandır. Bir daha belə hərkətlərə yol verməyəcəyinə söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 25 iyul 2024-cü il tarixdə, saat 17 radələrində Naxçıvan şəhəri-Göydərə kənd sərnişin avtobusunda ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş şahidlər X6 və Şahid2 izahatları ilə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında iştirak etmiş X6 izahatında bildirmişdir ki, işləmir, 2022ci il tarixdə Babək rayonunun Qahab kənd sakini X3 ilə ailə qurmuş, əri Bakı şəhərində işlədiyi üçün müvəqqəti olaraq Cilfa rayonunun Bənəniyar kəndində atasının evində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində həmkəndliləri və rəfiqələri olan Özləm Nurtürk, Şahid2, Nurgül Nuri ilə birlikdə Naxçıvan şəhərinə gəzmək və yemək yemək məqsədilə getmişlər. Həmin gün saat 17:00 radələrində birlikdə Bənəniyar kəndinə gəlmələri üçün Naxçıvan şəhər avtovağzalında Göydərə-Naxçıvan marşuru ilə işləyən Fəxri adlı şəxsin avtobusuna minmişlər. Avtobusda tək stullardan birində, girişdən 3-cü oturacaqda əyləşmişdir. Arxasında olan tək oturacaqda isə həmkəndlisi Eldar adlı şəxs əyləşmişdir. Avtobusun içərisi tam sərnişinlərlə dolu vəziyyətdə olduğundan sərnişinlərin qalan hissəsi ayaq üstə dayanmışdır. Avtobus Culfa rayonunun Ərəzin kəndinin ərazisindən keçən zaman kiminsə arxadan əlini onun ciyin nahiyyəsinə toxundurdğunu hiss etmiş, diskinmiş və yuxulu olduğu üçün çiyninə toxunan şəxsin kim olmasını bilməmiş, ayaq üstə dayanan şəxslər sıx dayandığından avtobus hərəkətdə olduğu üçün kiminsə əlinin istəmədən ona dəydiyini düşünmüşdür. Bu səbəbdən ayaq üstə dayanan şəxslərə xəbərdarlıq etmiş, narahat olduğunu, biraz aralıda dayanmalarını, ona toxunmamalarını bildirmişdir. Həmin vaxt yanında ayaq üstə dayanan, tanımadığı şəxslər ondan aralanmışlar. Bir az yol getdikdən sonra hiss etmişdir ki, oturduğu yerdə sol tərəfdən arxadan kimsə əli ilə sol böyür nahiyyəsinə toxunmuş, geri dönən zaman cəld əlini çəkmişdir. Bir az sonra yənidən həmin istiqamətdə onunla eyni sırada arxa 4-cü oturacaqda əyləşmiş Eldar adlı şəxs sol tərəfdən əlini uzatmış, sol böyür nahiyyəsinə toxunmuş, əlini saxlamışdır. O an əsəbdən duruxmuş, şoka düşərək reaksiya verə bilməmiş, bir anda özünü saxlaya bilməmiş və ağlamağa başlamışdır. Bundan sonra avtobusda əyləşmiş rəfiqələrinə və həmkəndlisi X5 adlı şəxsin ona qarşı etdiyi hərəkətləri demiş, onlar isə yerini dəyişməyi bildirmişlər. Həmin vaxt ağlayaraq ərinə də zəng vurmuş, baş vermiş hadisə barədə məlumat vermiş və nə edəcəyini soruşmuşdur. Əri Yamin “camaat içində cavabını ver, qoy biabır olsun, utansın” demişdir. Oturduğu yerdən qalxmış, başqa şəxsin verdiyi digər yerdə əyləşmişdir. Bənəniyar kənd mərkəzinə çatdıqdan sonra avtobundan enmiş, Eldar adlı şəxsin etdiklərini uca səslə camaat içində demiş, sürücüyə yaxınlaşmış bir daha belə insanları marşuruta qəbul etməməsini, xanımlara sataşdığını bildirmişdir. Həmin vaxt yaxınlıqda olan polis əməkdaşları səs-küyü eşdərək gəlmiş, nə baş verdiyini soruşmuş, hadisə barədə onlara məlumat vermişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid2 şahid X6 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı, inzibati xəta haqqında ******* nömrəli protokolla, şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs hərəkətlərindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilmədi. İnzibati həbsin əvvəli qərarın elan edildiyi andan, 12 avqust 2024-cü il, saat 18:00 dəqiqədən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 12 avqust 2024-cü il, saat 18:00 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-36/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-36/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver