Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-36/2025 11.06.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Şəxs-xx xxxxxx 1967-ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, müvəqqəti işsiz, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olan və yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Culfa Rayon Polis X5 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 29 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 24 aprel 2025-ci il tarixdə yaşadığı Culfa rayonunun Bənəniyar kəndində olan yardımçı tikilidə qanunsuz ov silahı əldə edib saxlamışdır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından (AR Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbdən və ya mümkünsüzlüyü barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şəxs iş materiallarında olan izahatında bildirmişdir ki, 2010-cu il tarixdə atası X3 rəhmətə getmiş, bundan bir neçə ay sonra o evinin yardımçı tikilisində təmizlik işləri görən zaman ağ rəngli un kisəsinə bükülü vəziyyətdə olan 01 ədəd Rusiya istehsalı olan, ij-16 markalı, H3233 nömrəli, 16 kalibrli, iki lüləli yivsiz ov silahını tapmış, həmin silah atasına məxsus olmuş və onu uzun illərdir ki, bir kənarda saxladığından və heç vaxt ortalıqda görmədiyindən atasında elə bir silahın olmasını unutmuşdur. Həmin silahı tapandan sonra un kisəsi yaxşı vəziyyətdə olmadığından o, yeni bir un kisəsi tapmış, həmin silahı onun içərinə qoymuş, evin yardımçı tikilisində saxlamağa davam etmişdir. O, ov silahı saxlamağın qanunsuz olduğunu, məsuliyyətə səbəb olduğunu bilmədiyindən, həmçinin də rəhmətlik atasından qaldığından onun xatirəsini yaşatmaq üçün həmin silahı evinin yardımçı tikilisində saxlamağa davam etmişdir. Bu müddət ərzində həmin silahdan hər hansı bir formada istifadə etməmişdir. Hazırda o tək yaşayır, onda silahın olması və olduğu yer barədə ailə üzvlərindən heç kimin xəbəri olmamışdır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları onun mənzilinə gəlmiş, onda qanunsuz silahın olması barədə məlumatlarının olduğunu bildirmişlər. O bu zaman könüllü olaraq evinin yardımçı tikilisində silahın olduğunu və təqdim edə biləcəyini bildirmiş, bundan sonra polis əməkdaşları ilə birlikdə getmiş, silahı saxladığı yerdən götürmüş və polis əməkdaşlarına təqdim etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 22 aprel 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Culfa rayonunun Bənəniyar kənd sakini Şəxs məxsus yaşayış evinin yardımçı tikilisinə baxış keçirilmiş, baxış zamanı evin yardımçı tikiliyə girişdə qapı ilə üz-üzə divarın dibində ağ çuvala bükülmüş sökülü vəziyyətdə olan 01 ədəd İJ-16 markalı, 16 kalibrli, H3233-64 nömrəli, qoşa lüləli ov silahı aşkar edilərək götürülmüşdür. 20 may 2025-ci il tarixli, 483 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu – 70mm olan, “TOZ-BM” modelli, “X3233” seriya nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir – yivsiz (hamar lüləli) odlu ov silahıdır və saz vəziyyətdədir. Məhkəmə ekspertizası xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-ballistik ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 67 manatdır. 21 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Culfa Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs zavod üsulu ilə istehsal edilmiş, 16 kalbirli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-BM” modelli, “X3233” seriya nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silahını əldə edərək saxlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan ov silahı müsadirə edilməli və 100 manat məbləğində cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 67 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin silah anbarında saxlanılan zavod üsulu ilə istehsal edilmiş, 16 kalbirli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-BM” modelli, “X3233” seriya nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silahı müsadirə edilməklə Şəxs 100 manat məbləğində cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 67 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №3(089)-36/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-36/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver