Məhkəmə qərarları › İş №3(089)-37/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-37/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-37/2022 02.12.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-01 avqust 1987-ci il tarixdə Culfa rayon Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, satıcı işləyən, Culfa rayon Yaycı kəndində yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 21 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119093 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 15 noyabr 2022-ci il tarixdə, saat 00:42 radələrində X13 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, Culfa rayonunun Yaycı kənd sakini Şəxs əl yükləri Hİ-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvirlər olduğu üçün əl yükləri yoxlanılmış, yoxlama zamanı əl yükünün içərisində çərəzin alt hissəsində gizilədilmiş aksiz markası ilə markalanmayan 40 qutu (800 ədəd) ağ rəngli və 40 qutu (800 ədəd) qara rəngli “Milano” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-in 480ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildrimişdir ki, Culfa rayonunun Yaycı kəndində yaşayır. Kirayə olaraq götürdüyü mağazada satıcı işləyir. xx.xx.2022-ci il tarixdə X9 keçərək İranın Culfa şəhərinə getmişdir. Mağazadan evi üçün müəyyən ərzaq məhsulları və 9 blok Milano siqareti almışdır. Aldığı siqaretlərin 8 blokunu qablaşmasından çıxarmış, qutular şəklində ərzaq məhsulları olan əl yüklərinin içərisində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə Culfa gömrüyündən ölkəyə giriş edərkən, gömrük nəzarəti zamanı bir nəfər gömrük əməkdaşı ondan əl yüklərində siqaret olub-olmadığını soruşmuş, 1 blok Milano markalı siqaret olduğunu bildirmişdir. Əl yükləri manitordan keçirilən zaman monitorda oturan gömrük əməkdaşı ona əl yüklərində şübhəli təsvirlər gördüyünü və əl yüklərinə yoxlama keçirəcəyini bildirmiş, yoxlama zamanı əl yüklərində olan əşyaların arasında gizlətdiyi 40 qutu (800 ədəd) ağ rəngli və 40 qutu (800 ədəd) qara rəngli “Milano” markalı siqaretlər aşkar edilmiş və götürülmüşdür. Hərəkətlərindən çox peşmandır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsi X11 baş müfəttişi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmüşdur. Saat 00:42 radələrində X13 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, Culfa rayonunun Yaycı kənd sakini Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman əl çantasında şübhəli təsvirlər müşahidə edilmiş, əl çantasına gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, həmkarı X11 inspektoru gömrük xidməti baş leytenantı X2 və gömrük ərazisində olan Şahid2 və X3 hal şahidi kimi dəvət etmişdir. Hal şahidlərinə Şəxs əl çantasına gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Əvvəlcə hal şahidlərinə Şəxs təqdim etmiş, əl yüklərinin onun olduğunu bildirmişdir. Şəxs əl çantasında qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuş, o, əl yüklərində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Əl çantasına yoxlama keçirməyə başlamış. Yoxlama zamanı əl yüklərində olan əşyaların arasında gizlətdiyi 40 qutu (800 ədəd) ağ rəngli və 40 qutu (800 ədəd) qara rəngli “Milano” markalı siqaretləri aşkar olmuşdur. Aşkar olunmuş 40 qutu (800 ədəd) ağ rəngli və 40 qutu (800 ədəd) qara rəngli “Milano” markalı siqaretlər gömrük əməkdaşı Vüqar Heydərov və hal şahidləri Şahid2 və Anar Abdullayevin iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, gömrük əməkdaşı Vüqar Heydərov və 2 hal şahidi ilə birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, hazırda işsizdir. X8 ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 15 noyabr 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində olmuşdur. Elnur adlı gömrük əməkdaşı onu çağırmış və X13 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn bir vətəndaşın əl yüklərinə yoxlama keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, o da etiraz etməmişdir. Daha sonra onunla birlikdə fəhləlik edən Anar adlı şəxsi də oraya hal şahidi qismində çağırmış, əl yüklərinə yoxlama keçiriləcək yerə getmişlər. Elnur müəllim Şəxs təqdim etmiş, əl yüklərinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Elnur müəllim onlara hüquq və vəzifələrini izah etmiş və əl yüklərinin yoxlamağa başlamışdır. Yoxlama zamanı əl yüklərinin içərisində çərəzin alt hissəsində gizilədilmiş aksiz markası ilə markalanmayan 40 qutu (800 ədəd) ağ rəngli və 40 qutu (800 ədəd) qara rəngli “Milano” markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X5 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş- 15 noyabr 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:42 radələrində X13 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Azərbayacan Respublikası vətəndaşı, xx.xx.2018-ci il tarixdə DİN tərəfindən verilmiş C01847452 nömrəli pasportun sahibi, xx.xx.1987-ci il təvəllüdlü Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvir olduğu üçün əl yüklərinə baxış keçirilmiş, baxış zamanı əl yüklərinin içərisində çərəzin alt hissəsində gizilədilmiş aksiz markası ilə markalanmayan 40 qutu (800 ədəd) ağ rəngli və 40 qutu (800 ədəd) qara rəngli “Milano” markalı siqaretlər aşkarlanmışdır. 21 noyabr 2022-ci il tarixli, 337 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza təqdim edilmiş üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı vəziyyətdə (daşınma, saxlanma zamanı fiziki aşınmaya məruz qalmamış, səthləri bütöv və əzilmə, kəsilmə hallan müşahidə olunmamış) siqaretlərin topdan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 144,00 (bır yüz qırx dörd ) manat müəyyən edilir. O cümlədən, bir qutu (20 ədəd) ağ rəngli “Milano” markalı nazik siqaretin topdansatış qiyməti- 1,8 manat, 40 qutu - 1,8 manat x 40 qutu = 72 (yetmiş iki) manat, bir qutu (20 ədəd) qara rəngli “Milano” markalı nazik siqaretin topdansatış qiyməti - 1,8 manat, 40 qutu - 1,8 manat x 40 qutu = 72 manat müəyyən edilir. Tədqiqat 2 qutu sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 39 qutu (780 ədəd) ağ rəngli və 39 qutu (780 ədəd) qara rəngli “Milano” markalı siqaretlər müsadirə edilməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 39 qutu (780 ədəd) ağ rəngli (1 qutunun topdansatış qiyməti 1.8 manat) və 39 qutu (780 ədəd) qara rəngli (1 qutunun topdansatış qiyməti 1.8 manat) “Milano” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar