Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-37/2025 17.06.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx.xx.1983-cü il tarixdə Şərur rayonunun Ələkli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 27 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 10 may 2025-ci il tarixdə saat 00:50-də “Culfa” gömrük postu vasitəsilə Naxçıvan-Bakı istiqamətində “MDF” yükü ilə daxili daşınma üzrə hərəkət edərkən idarə etdiyi 99JO696/99ZK131 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi ətraflı baxış keçirilməsi üçün X-Ray rentgen qurğusuna yoxlamadan keçməyə göndərilmiş, yoxlama zamanı şübhəli təsvirlər aşkar edildiyindən, gömrük yoxlaması həyata keçirilmiş və dartıcının yan dolablarında nəqliyyat vasitəsinə aid əşyaların altında gizlədilmiş halda 26 kq (980 ədəd) yerqazan avadanlığının hissələri aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun böyük inspektoru vəzifəsində çalışır. 10 may 2025-ci il tarixində iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 99JO696/99ZK131 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinə X-Ray rentgen qurğusunda şübhəli təsvirlər görünməsi səbəbindən yoxlama keçirmiş, yoxlama keçirməzdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlamanı videoçəkiliş vasitəsi ilə qeydə alması üçün gömrük əməkdaşı Əlini dəvət etdikdən sonra yoxlamaya başlamışdır. Yoxlamaya başlamazdan əvvəl sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan olunmalı hər hansı predmetin olub-olmadığını soruşmuş, sürücü ona nəqliyyat vasitəsində 1 blok siqaretdən və 30 kq qarışıq ərzaqdan əlavə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir predmetin olmadığını bildirmişdir. Yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin dartıcısının yan dolablarında nəqliyyat vasitəsinə aid əşyaların altında gizlədilmiş halda 26 kq (980 ədəd) yerqazan avadanlığının hissələrini aşkar etmişdir. Sonda yoxlamanın aparılması və aşkarlanan hissələrin qablaşdırılaraq götürülməsi barədə protokol tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 da Şahid2 ilə eyni məzmunda izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 10 may 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 10 may 2025-ci il tarixdə “Culfa” gömrük postu vasitəsilə Naxçıvan-Bakı istiqamətində daxili daşınma üzrə hərəkət edən “MDF” yükü daşıyan Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2024-cü il tarixdə verilmiş C05032126 nömrəli pasportun sahibi, xx.xx.1983-cü il təvəllüdlü Şəxs idarə etdiyi 99JO696/99ZK131 dövlət qeydiyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə ətraflı baxış keçirilməsi üçün X-Ray rentgen qurğusuna yoxlamadan keçməyə göndərilmiş, yoxlama zamanı şübhəli təsvirlər aşkar edildiyindən, “Culfa” gömrük postunun inspektoru Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin dartıcının yan dolablarında nəqliyyat vasitəsinə aid əşyaların altında gizlədilmiş halda 26 kq (980 ədəd) yerqazan avadanlığının hissələri aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş X1 tərəfindən verilmiş 21 may 2025-ci il tarixli, NQM 0xx-xx/2025 nömrəli hesabatdan görünür ki, qiymətləndirmə prosesi zamanı 26 kq (980 ədəd) yerqazan avadanlığın hissələri yükünün “qara bazarda” topdan və pərakəndə satış qiymətləri üzrə araşdırmalar aparılmışdır. Bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullar üzrə keyfiyyət və digər standartlar araşdırma predmetinə daxil edilməmişdir. Ekspertizaya təqdim edilən 26 kq (980 ədəd) yerqazan avadanlığın hissələri yükünün aşkar olunduğu tarixə ayrı-ayrılıqda və ümumilikdə dəyəri aşağıdakı kimidir: “26 kq yerqazan avadanlığın hissələri” yükünün 1 kiloqramının bazar dəyəri 50 manat, ümumi bazar dəyəri- 1300.00 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi məbləğində cərimə edilməli, inzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 26 kq (980 ədəd) yerqazan avadanlığının hissələri qərar qanuni qüvvəyə mindikdən sonra gömrük rəsmiləşdirilməsi aparılaraq Şəxs geri qaytarılmalıdır. Belə ki, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda – inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin- 1300 (bir min üç yüz) manatın 40 (qırx) faizi məbləğində, yəni 520 (beş yüz iyirmi) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 26 kq (980 ədəd) yerqazan avadanlığının hissələri qərar qanuni qüvvəyə mindikdən sonra gömrük rəsmiləşdirilməsi aparılaraq Şəxs geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-37/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-37/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver