Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-38/2023 20.04.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-01 avqust 1972ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, orta təhsilli, evli, 3 uşaq atası, sürücü işləyən, Culfa rayonunun Bənəniyar kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 515.0.2-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 09 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə 008310 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 07 aprel 2023-cü il tarixdə Culfa rayonunun Bənəniyar kəndində yaşadığı fərdi yaşayış evində dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilən qaydasını pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Culfa rayonunun Bənəniyar kəndində yaşayır, sürücü işləyir, həmçinin dini ibadətlə məşğul olur. 01 aprel 2023-cü il tarixdə oğlu Əbdullah hərbi xidmətdən qayıtmışdır. Oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonlarından olan dindan dostları oğlunu görmək üçün gəlmək istədiklərini bildirmişlər. Onlarla danışmış, onları 07 aprel 2023-cü il tarixdə birlikdə iftar süfrəsinə dəvət etmiş, həmçinin iftar süfrəsindən sonra dini söhbətlər edəcəklərini onlara bildirmişdir. 07 aprel 2023-cü il tarixdə saat 19 radələrində işdən evə qayıtmış, dindan doslarının avtomobillərinin yaşadığı evin yanında olduğunu görmüşdür. Evə daxil olan zaman dostlarının evdə olmadığını görmüş, oğlu qonaqların namaz qılmaq üçün məscidə getdiklərini bildirmiş, təxminən 35-40 dəqiqə sonra dostları evə gəlmişlər. Təxminən 14-15 nəfərə qonağı olmuşdur. İftar süfrəsində yemək yemiş, çay içmişlər. Çay içdikdən sonra Quran, əhli-beyt, mömünlərin şəfaəti və digət dini mövzularda söhbət etmişlər. Yaşadığı evdə olan yığıncaq təxminən iki saat davam etmiş, bundan sonra polis əməkdaşları gəlmiş, yığıncaq yekunlaşmışdır. Şəxs izahatında onu da bildirmişdir ki, dindan dostlarından bəzilərini Kərbala və Məşhəd ziyarətində olan zaman tanımışdır. Əvvəllər evində belə dini mərasim keçirməmişdir. Hərəkətlərindən peşmandır. Məhkəmə iclasında iştirak etmiş X2 izahatında bildirmişdir ki, Dini Qurunlarla iş üzrə Dövlət Agentliyində işləyir. Culfa rayonunu Bənəniyar kəndində Şəxs tərəfindən fərdi yaşayış evində keçirilən dini mərasimlə bağlı agentliyə Culfa rayon Polis şöbəsi tərəfindən məlumat verilmişdir. Müəyyən edilmişdir ki, Şəxs iftar süfrəsi adı ilə dindan dostlarını evinə dəvət etmiş, iftar süfrəsindən sonra dəvət edilmiş şəxslər dini mövzuda söhbətlər etmişlər. Şəxs dini yığıncaq keçirməklə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Şəxs 07 aprel 2023-cü il tarixdə Culfa rayonunun Bənəniyar kəndində yerləşən fərdi yaşayış evində dini yığıncaq keçirməsi məhkəmə iclasında şahid qismində dindirilmiş X3, X4, Şahid2, X5, X7 və X6 ifadələrində göstərdikəri ilə bir daha sübuta yetir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün izahatı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 07 aprel 2023-cü il tarixdə iftar süfrəsi adı ilə dindar dostalarını yaşadığı evə dəvət etmiş, dini yığıcan keçirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, İXM-in 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinməli, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Qanunun 6-1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir; Qanunun 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İXM-də və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 1500 manat məblğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-38/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-38/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver