Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-38/2025 03.06.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx xxxxxxxx 2006-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Culfa Rayon Polis X5 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 09 may 2025-ci il tarixdə Xanəgah kəndi istiqamətində avtomobilində dostları ilə birlikdə gedərkən avtomobildə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 03 iyun 2025-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında MN ******* nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. 19 yaşı var, lakin Naxçıvan şəhər 1 N«-li tam orta məktəbin 11-ci sinif şagirdidir. 09 may 2025-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Mercedes-190” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı X4, dostları Şahid1, Şahid2, X2 ilə birlikdə Şahid1 Saltaq kəndində yaşayan babasıgilə qonaq getmişlər. Orada ət alıb kabab çəkib yemiş, bundan sonra Əlincə qalasına getmişlər. Samirlə Elcan avtomobildə gözləmiş, digərləri ilə birlikdə qalaya qalxmış, özü yarı yoldan geri qayıtmış, Samir və Elcanla birlikdə su almaq üçün Əlincə kəndinə getmişlər. Əlincə kəndində marketin qarşısında avtomobili saxlamış, marketə getmiş, özü və qardaşı Samir su almış və Əlincə qalasına digərlərini götürmək üçün qayıtmışlar. Əlincə qalasından Məmmədlə Aydını götürdükdən sonra Polis Bölməsindən aşağıya doğru enmişlər, həmin vaxt avtomobildə musiqinin səsini çox vermiş, avtomobili özü idarə etmiş, yanında Məmməd oturmuş, digərləri isə arxada oturmuşdur. Avtomobillə yolda olan zaman bir neçə qız yolun sağ tərəfi ilə onlarla eyni istiqamətdə hərəkətdə olmuşlar. Bu vaxt sonradan adının Şahid3 olduğunu öyrəndiyi qız yolun hərəkət hissəsində addımlamış, əks istiqamətdən avtomobil gəldiyindən özü avtomobili sol tərəflik sürə bilməmiş, bu səbəbdən avtomobillə həmin qıza biraz yaxın keçmiş, lakin, avtomobil qıza toxunmamışdır. Qızın yanından keçən zaman Elcan qışqırmış, onlar da Elcana qışqırmamasını demişlər. Onlardan irəlidə olan 3 nələr oğlan ona avtomobili döndərib onun yanına getməsini istəmiş, biraz irəlidən avtomobili döndərib geri, həmin oğlanların yanına qayıtmış, avtomobildən düşüb həmin oğlanlarla görüşmüşlər. Oğlanlardan biri onlara qızların qorxduğunu demiş, o da ona qəsdlə nəsə etmədiyini bildirmişdir. Daha sonra Naxçıvan şəhərinə getmişlər. Avtomobildə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur, lakin həmin vaxt o və digər yanında olan dostları tərəfindən Özləm adlı qızın qolundan və ya saçından tutmamış, ona hər hansı xəsarət yetirilməmişdir. Hərəkətlərindən peşmandır, ona köməklik edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 09 may 2025-ci il tarixdə Xanəgah kəndi istiqamətində avtomobili ilə dostları ilə birgə gedərkən avtomobildə ucadan səs-küy salaraq ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 izahatları ilə də öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, 09 may 2025-ci il tarixdə Elmir və digər dostları ilə birlikdə avtomobillə Saltaq kəndinə, babasıgilin evinə qonaq getmişlər, orada kabab çəkib yemişlər, daha sonra Əlincə qalasına, oradan da Xanəgah pirinə getmək üçün yola düşmüşlər. Pirə gedən zaman yolun kənarında duran oğlanlar avtomobili saxlamış, qızların mahnının səsindən narahat olduqlarını bildirmişlər, oğlanlarla söhbət etmiş və görüşüb yollarına davam etmişlər. O və orada olan digərləri heç kimin saçından və ya qolundan tutmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı, inzibati xəta haqqında MN ******* nömrəli protokolla, şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati cərimə tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs hərəkətlərindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 100 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-38/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-38/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver