Məhkəmə qərarları › İş №3(089)-39/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-39/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-39/2022 15.12.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs:-xx xxxxx 1979-cu il tarixdə Culfa rayonunun Camaldın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq atası, müvəqqəti işsiz, Culfa rayonunun Camaldın kəndində qeydiyyatda olan barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 15 dekabr 2022-ci il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 010746 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Culfa Rayon Məhkəməsinin 2(089)-42/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi 08 iyul 2021-ci il tarixdə icraata qəbul edilmişdir. İcra sənədində Culfa Rayon Məhkəməsinin 2(089)-42/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq müəyyən edilmiş, ödənilmiş və ödənilməmiş aliment məbləği nəzərə alınaraq 07 iyul 2021-ci il tarixdən hesablanmaqla 09 mart 2010-cu il tarixdə doğulmuş X6 və 17 avqust 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində aliment alınıb X2 verilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 08 iyul 2021-ci il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs alimentin ödənilməsindən yayınmış, 3500 manat aliment borcu var. Borclu Şəxs tələbin təmin olunması və bölməyə gəlməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs tələbi təmin etməmiş, bölməyə gəlməkdən yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs axtarışının elan edilməsi barədə 11 fevral 2022-ci il tarixli qərar qəbul edilmiş, Z.Abbasov 07 dekabr 2022-ci il tarixdə Culfa rayon Polis şöbəsinin əməkdaşı tərəfindən Culfa rayon İcra və Probasiya bölməsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin 2(089)-42/2021 nömrəli, 07 fevral 2021-ci il tarixli qətnaməsi ilə 09 mart 2010-cu il tarixdə doğulmuş X6 və 17 avqust 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində aliment alınıb X2 verilməsi qət edilmiş və icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi icraata qəbul edilmiş, icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş ona göndərilmiş, tələblərin icrasının könüllü təmin edilməsi təklif edilmiş, tələblər könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Tələbkara müxtəlif vaxtlarda aliment ödəmiş, lakin alimenti ödəməsi barədə təqdim ediləsi sübutu yoxdur. Hazırda 3500 manat aliment borcu var. Borcu ödəməyə maddi imkanı yoxdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında həmçinin onu da bildirmişdir ki, alimenti vaxtında ödəmədiyindən ölkədən getmək hüququ məhdudlaşdırılmış, axtarışı barədə qərar qəbul edilmişdir. Bakı şəhərində yaşayır, Culfa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və Culfa rayon İcra və Probasiya Bölməsinə təhvil verilmişdir. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən R.Seyidlinin aliment borcunun, kredit və pul borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 12 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 14 dekabr 2022-ci il, saat 17:05-dən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar