Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-4/2022 30.03.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, şikayət verən şəxs X9 və Culfa rayon İcra hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Culfa rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdirinin 15 dekabr 2021-ci il tarixli, 008143 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 15 dekabr 2021-ci il tarixdə Culfa rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən 008143 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş, o, 500 manat məbləğində cərimə edilmişdir. X2 rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdirinin 15 dekabr 2021-ci il tarixli, 008143 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermiş, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 24 oktyabr 2005-ci il tarixli, 148 nömrəli sərəncamı ilə Culfa şəhəri, E.Nağıyev küçəsində yerləşən, sahəsi 545 kv.m və dəyəri 73218450 manat olan mehmanxana binasına dair Culfa şəhəri Araz mehmanxanası kollektivi tərfindən vəkil edilmiş mərhum atası X4 Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə verilməsi qərara alınmışdır. Sərəncama əsasən Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 25 oktyabr 2005-ci il tarixli, 000230 nömrəli şəhadətnamə verilmiş, şəhadətnamədə Araz Mehmanxanasının binasının Ə.Qafarovun toxunulmaz mülkiyyəti olması qeyd edilmişdir. Atası Ə.Qafarov 2011-ci ildə vəfat etmiş, Culfa Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(089)-33/2019 nömrəli qətnaməsi ilə onun və anasının mirası qəbul etməsi faktı müəyyən edilmiş, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələlər üzrə Dövlət Komitəsi tərəfindən mülkiyyət hüququ qeydiyyata alınməş, 17.05.2019-cu il tarixdə ******* nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən daşınmaz əmlakın növü qeyri yaşayış binası və məqsədli təyinatlı sahibkarlıq fəaliyəti qeyd olunmuşdur. Araz Əli tam ortaqlı firmasının təsisçilərinin 10 aprel 2002-ci il tarixli ümumi yığıncağının qərarı ilə Araz Əli tam ortaqlı firmasının qəbul edilmiş nizamnaməsi Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən 20 may 2002-ci il tarixdə 1202- 04/02 nömrəli şəhadətnamə ilə təsdiq olunmuş, firmanın ünvanı ünvan 1amnaməyə əsasən mehmanxana xidmətinin həyata keçirilməsi, ictimai iaşə xidməti, avtodayanacaqlarn təşkili, xarici iqtisadi əlaqələr kimi fəailiyyət növləri ilə məşqul ola bilər. Culfa rayon İcra Hakimiyyətinin nümayəndəsi firmanın fəaliyyət növlərinin içində ticarət sözünün olmamasını irad tutmuş, Naxçıvan MR Vergilər xidmətinə müraciət etmiş, 07 aprel 2021-ci il tarixdə Naxçıvan MR Dövlət Vergi xidməti tərəfindən yeni redaksiyada Araz-Əli tam ortaqlı firmasının nizamnaməsi təsdiq edilmiş, nizamnaməyə əsasən yuxarıda sadalanan xidmətlərə, topdan satış və pərakəndə ticarət fəaliyyət növləri də əlavə olunmuşdur. Naxçıvan MR keçmiş Dövlət əmlak komitəsi Dövlət Əmlakının texniki invetarlaşdırma şöbəsi tərəfindən Culfa Araz mehmanxanasının binasına aid texniki pasport verilmiş, texniki pasport komitənin 14 mart 1997-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Texniki pasportda binanın həyətyanı sahəsi və sahədə hamam, tualet, qazanxana, yanğın hovuzunun olması qeyd edilmişdir. Culfa şəhər İcra Hakimiyyəti tərəfindən 2007-ci ildə həyətyanı sahədə olan tikilirər sökülmüş, hamam və tualetin binanın içərsində quraşdırılması bildirilmiş, ham, tualet binanın içərisində quraşdırmışdır. Qeyd edilənlər Culfa şəhər icra nümayəndəsinin 23 iyul 2007-ci il tarixli təsdiq edib məktubundan da göstərilmişdir. 2021-ci il noyabr ayında Culfa şəhər İcra nümayəndəsi Emin Fərəcov, Culfa rayon Vergilər şöbəsinin rəisi Qurban Hacıyev və Culfa rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri X14 mehmanxanasının binasına gəlmiş, binada yeni fəaliyətə başlayan ərzaq mağazasının və qadın gözəllik salonunun dərhal bağlanmasını tələb etmişlər. Onlara sahibkarla aralarında 01 oktyabr 2021-ci il tarixdə Culfa rayon notariyat ofisində müqavilə bağlandığını demiş, həmin şəxslər ona cərimə olunacağını bildirmişlər. Təxminən 3-4 gün sonra 15-20 nəfərlə mehmanxana binasına gəlmiş, sahibkarlar və ondan obyektin bağlanmasını tələb etmişlər. Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova, Naxçıvan MR Prokrorluğuna, Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinə, Naxçıvan MR İqtisadiyat Nazirliyinə, Naxçıvan MR Nazirlər Kabinetinə və başqa yuxarı instansiyalara şikayət etmiş, teleqram vurmuşdur. 15 dekabr 2021-ci il tarixdə Culfa İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri David Ağayev tərəfindən barəsində Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 395.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 500 manat cərimə olunmuşdur. D.Ağayevdən cərimə edilməsinin səbəbini soruşmuş, o, binanın içərisində qeyri qanuni hamam, tualet, quraşdırıldığını, bir otağın alçıpanla iki hissəyə bölündüyünü və bir neçə otaqda balkon və otaq arasında olan arakəsmənin götürüldüyünü bildirmişdir. D.Ağayevə qeyd edilənlərin 15 il əvvəl baş verdiyini, binanın şəxsi mülkiyyət olduğunu, dövlətin verdiyi səlahiyyətlər və qanunla müəyyən edilmiş sənədlər əsasında firmanın fəaliyyət göstərdiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq Culfa Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli qərarının ləğv olunmasını xahiş edir. Azərbaycan Respublikası İXm-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında iştirak etmiş ərizəçı V.Qafarov şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, həmçinin izahatında bildirmişdir ki, 17 may 2019-cu il tarixdən Culfa şəhəri, H.Əliyev prospektin 30 ünvanında yerləşən qeyri yaşayış binasının 8/10 hissəsi onun mülkiyyətindədir. Qeyri yaşayış binasında mülkiyyətində olduğu müddətdə hər hansı bir yenidən planlaşdırma və ya yenidənqurma işləri aparmamışdır. Təxminən 15 il əvvəl qeyri yaşayış binasının ikinci mərtəbəsində balkon və otaqlar arasında olan arakəsmələr götürülmüş, birinci mərtəbədə iki otağın qapısı çölə açılmış, bina mehmanxana kimi fəaliyyət göstərmiş, ərzaq mağazası və gözəllik salonu, karqo fəaliyyəti göstərmək istəsə də buna icazə verilməmişdir. Qeyri yaşayış binası mülkiyyətində olduğu müddətdə binada təmir işləri aparmışdır ki, təmir işləri arapılması üçün icazə almamlıdır. X5 nazirliyinin əməkdaşlarının göstərişi ilə binanın yanğın təhlükəsizliyi ilə əlaqədar mövcud olan dəmir pilləkəni yararsız olduğundan onun tərəfindən sökülmüş, yenidən qurulmuş, ölçüləri dəyişdirilməmişdir. Binanın xaricində olan daş pilləkənlər yararsız olduğundan sökülmüş və yenidən qurulmuşdur. Mülkiyyətində olan əmlakdan mülkiyyətçinin istədiyi kimi istıfadə etmək hüququ vardır. Hesab edir ki, inzibati xəta törətməmişdir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə Culfa rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən 15 dekabr 2021-ci il tarixli, 008143 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Culfa rayon İcra hakimiyyətinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, X6 mülkiyyətində olan, Culfa şəhəri, H.Əliyev prospekti 30 ünvanında yerləşən qeyri yaşayış binasına baxış keçirilmiş, V.Qafarovun Culfa şəhəri, H.Əliyev prospektində yerləşən qeyri yaşayış binasında qaninsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işləri aparması müəyyən edilmiş, barəsində 03 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsi ilə 001471 nömrəli inzibati xəta haqqında protokol, 15 dekabr 2021-ci il tarixdə isə 008143 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 500 manat məbləğində cərimə edilmişdir. V.Qafarov tərəfində verilmiş şikayəti qəbul etmir, qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş- 02 dekabr 2021-ci il tarixli aktın surətindən görünür ki, Culfa şəhəri, H.Əliyev prospekti 30 ünvanında yerləşən qeyri yaşayış binasına baxış keçirilmiş, baxış zamanı özbaşına olaraq aparılmış yenidənqurma işləri nəticəsində binanın birinci mərtəbəsində olan bir otaq arakəsmə vasitəsilə bölünərək mövcud qapı bağlanmaqla əlavə otaqlar yaradılmış, bölünmə nəticəsində yaranan otaqlara yeni qapılar qoyulmuş, yeni sanitar qovşaqlar tikilmişdir. Birinci mərtəbədəki yataq otaqları eyvanlar hesabına genişləndirilmiş, otaqlara yeni qapılar qoyularaq küçə ilə birbaşa əlaqə yaradılmışdır. Binanın ikinci mərtəbəsində olan yataq otaqları da eyvanlar hesabına genişləndirilərək yeni pəncərələr qoyulmuş, bir əlavə qapı quraşdırılmış, otaqlarda ticarət xidmətinin göstərilməsi üçün divarlarda rəflər quraşdırılmış, binanın yanğın təhlükəsizliyi ilə əlaqədar mövcud olan dəmir pilləkəni sökülmüş, ölçüləri dəyişdirilmiş, yenidən quraşdırılmış, əlavə olaraq binanın xaricində tikinti işləri aparılarq yeni pilləkən sahələri yaradılmışdır. X6 barəsində 03 dekabr 2021-ci il tarixdə tərtib edilmiş 001471 nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Culfa şəhəri, H.Əliyev prospektində yerləşən qeyri yaşayış binasında qaninsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işləri aparılmışdır. X9 Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 15 dekabr 2021-ci il tarixdə qəbul edilmiş 008143 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, V.Qafaron mülkiyyətində olan tikintisinə icazə tələb olunan tikinti obyektinin funksional təyinatını dəyişdirməklə orada qanunsuz olaraq yenidənqurma işləri apardığına görə Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində “tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə” inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, X6 əməlində inibati xəta tərkibi olmadığından, Culfa rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdirinin 15 dekabr 2021-ci il tarixli, 008143 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilməli, inziati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən edilmşdir ki, Culfa şəhəri, H.Əliyev prospekti 30 ünvanında yerləşən 545.8 kv.m ümumi sahəsi olan qeyri yaşayış binasının 8/10 hissəsinin mülkiyyətçisi V.Qafarovdur. Təqdim edilmiş aktdan, V.Qafarovun məhkəmə iclasında verdiyi izahatından məlum olmuşdur ki, binanın birinci mərtəbəsində olan bir otaq arakəsmə vasitəsilə bölünərək mövcud qapı bağlanmaqla əlavə otaqlar yaradılmış, bölünmə nəticəsində yaranan otaqlara yeni qapılar qoyulmuş, yeni sanitar qovşaqlar tikilmiş, birinci mərtəbədəki yataq otaqları eyvanlar hesabına genişləndirilmiş, otaqlara yeni qapılar qoyularaq küçə ilə birbaşa əlaqə yaradılmış, binanın ikinci mərtəbəsində olan yataq otaqları eyvanlar hesabına genişləndirilmiş, yeni pəncərələr qoyulmuş, bir əlavə qapı quraşdırılmış, iki otaqda ticarət xidmətinin göstərilməsi üçün divarlarda rəflər quraşdırılmış, binanın yanğın təhlükəsizliyi ilə əlaqədar mövcud olan dəmir pilləkəni sökülmüş, yenidən quraşdırılmış, əlavə olaraq binanın xaricində olan daş pilləkənlər sökülmüş, yenisi ilə əvəz edilmişdir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, Culfa şəhəri, H.Əliyev prospekti 30 ünvanında yerləşən qeyri yaşayış sahəsi olan binada aparılan dəyişikliklər tikinti obyektinin funksional təyinatını dəyişdirmir. Həmçinin o da müəyyən edilmişdir ki, qeyri yaşayış binası V.Qafarovun mülkiyyətində olduğu müddətdə yalnız təmir işləri aparmış, yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmuş pilləkanı yeniləmiş, binanın xaricində yararsız vəziyyətdə olan daş pilləkənləri yeniləmiş, binada hər hansı bir yenidən planlaşdırma və ya yenidənqurma işləri aparılmamış, qeyd edilənlər təxminən 15 il əvvəl atası tərəfindən edilmiş, səlahiyyətli orqan tərəfindən yenidənqurma işlərinin V.Qafarov tərəfindən həyata keçirilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Binanın yanğın təhlükəsizliyi ilə əlaqədar yararsız vəziyyətdə olan dəmir pilləkən isə V.Qafarovun bildirdiyinə gödə Fövqəladə Hallar nazirliyinin əməkdaşlarının göstərişi ilə sökülmüş, yenidən quraşdırılmış, əlavə olaraq binanın xaricində yararsız vəziyyətdə olan daş pilləşənlər sökülmüş, yenidən qurulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134, 135-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: X6 Culfa rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdirinin 15 dekabr 2021-ci il tarixli, 008143 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından verdiyi şikayət təmin edilsin. Culfa rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdirinin 15 dekabr 2021-ci il tarixli, 008143 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-4/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-4/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver