Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-40/2024 29.08.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx xxx 1986-cı il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 avqust 2024cü il tarixdə saat 18:40 radələrində Culfa şəhəri, C.Məmmədquluzadə küçəsində, X5 ərazisində fəaliyyət göstərən çayxanada ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 29 avqust 2024-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. Culfa şəhərində yaşayır, Culfa şəhəri, C.Məmmədquluzadə küçəsində, Gömrük Postunun ərazisində fəaliyyət göstərən çayxananı işlədir. 28 avqust 2024-cü il tarixdə saat təxminən 17 radələrində Culfa şəhərində olan yeməkxanada spirtli içki qəbul etmiş, çayxanaya gəlmiş, dostu Şirazi ilə domino oyunu oynamış, oyunu bitirdikdən sonra çayxanada olan stolların üzərində olan nərd taxtalarını və domino daşlarını yığışdırmağa başlamışdır. Nərd oyunu taxtasını bükmüş, şkafın üstünə atmış, nərd taxtası pəncərəyə dəymiş, pəncərənin şüşəsi qırılmış, həmçinin səs-küy salaraq ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt çayxanada Şahid1, yaxınlıqda isə polis əməkdaşı olmuşdur. Polis əməkdaşı ona yaxınlaşmış, ictimai qaydanı pozmamasını bildirmiş və onu Polis Şöbəsinə dəvət etmişdir. Hərəkətlərindən peşmandır, iki azyaşlı uşağı var, bunların nəzərə alınmasını, ona köməklik edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 28 avqust 2024-cü il tarixdə saat 18:40 radələrində Culfa şəhəri, C.Məmmədquluzadə küçəsində, Gömrük Postunun ərazisində fəaliyyət göstərən çayxanada ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və X3 izahatları ilə də öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, 28 avqust 2024-cü il tarixdə saat 18:40 radələrində Culfa şəhəri, C.Məmmədquluzadə küçəsində, Gömrük Postunun ərazisində fəaliyyət göstərən çayxanada olmuş, Şəxsla domino oyunu oynamış, oyunu başa çatdırdıqdan sonra Şəxs stolların üzərində olan nərd oyunu taxtalarını, dominoları yığışdırmağa başlamışdır. Şəxs bir stolun üzərində olan nərd oyunu taxtasını bükmüş, ucadan nalayiq ifadələr işlədərək nərd oyunu taxtasını şkafın üzərinə atmış, nərd taxtası pəncərənin şüşəsinə dəymiş, şüşə qırılaraq yerə tökülmüşdür. Yaxınlıqda olan polis əməkdaşı Şəxs yaxınlaşmış, ona ictimai qaydanı pozmamasını bildirmiş və onu Polis Şöbəsinə dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı, inzibati xəta haqqında ******* nömrəli protokolla, şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati cərimə tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs hərəkətlərindən peşman olmasını, iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 100 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-40/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-40/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver