Məhkəmə qərarları › İş №3(089)-41/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-41/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-41/2022 26.12.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxxx 1995-ci il tarixdə Babək rayonunun Qahab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, ünvan 1 ünvanında yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 13 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119103 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 29 noyabr 2022-ci il tarixdə, saat 19:22 radələrində X5 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən əl yükləri Hİ-Scan rentgen qurğusundan keçirilən zaman şübhəli təsvirlər olduğu üçün əl yükləri yoxlanılmış, yoxlama zamanı əl yükünün içərisində olan yuyucu vasitəyə məxsus qutunun içərisində gizilədilmiş aksiz markası ilə markalanmayan 50 qutu (1000 ədəd) ağ rəngli və 140 qutu (2800 ədəd) qara rəngli olmaqla, ümumilikdə 190 qutu (3800 ədəd) “Milano” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş Şəxs izahatında bildrimişdir ki, Babək rayonunun Qahab kəndində yaşayır. Hazırda işləmir. Hərdən İran islam Respublikasına gedir, evi üçün ərzaq, yuyucu vasitə və digər malları alır. 29 noyabr 2022-ci il tarixində siqaret və ərzaq almaq məqsədi ilə Culfa gömrüyündən keçməklə İran islam Respublikasının Culfa şəhərinə getmişdir. İranın Culfa şəhərində olan mağazalardan ərzaq və 19 blok siqaret almış, aldığı siqaretlərin 14 blokunu yuycu vasitəyə məxsus qutunun içərisində, qalan 5 blok isə aldığı əl yüklərinin içərisində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə Culfa gömrüyündən ölkəyə giriş etmiş, pasportuna peçat vurulmuşdur. Əl yükləri manitordan keçiriləndən sonra monitorda oturan gömrük əməkdaşı ona əl yüklərində şübhəli təsvirlər gördüyünü və əl yüklərində siaret olub-olmamasını soruşmuş, əl yüklərində siqaret olduğunu bildirmişdir. Gömrük əməkdaşı əl yüklərinə baxış keçiriləcəyini bildirmiş, yoxlama zamanı əl yüklərində olan əşyaların arasında və yuyucu vasitə qutusuun içərisində olan 19 blok “Milano” markalı siqaretlər aşkar edilmiş və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 izahatında bildirmişdir ki, X4 inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə sərnişin giriş zalında xidmətdə olmuşdur. Saat 19:22 radələrində X5 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, Babək rayonunun Qahab kənd sakini Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman əl çantasında şübhəli təsvirlər müşahidə edilmiş, əl çantasına gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, həmin vaxt gömrük ərazisində olan Şahid1 və Şahid2 hal şahidi kimi dəvət etmişdir. Hal şahidlərinə Şəxs əl yüklərinə gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Şəxs əl yüklərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuş, o, əl yüklərində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Əl çantasına yoxlama keçirməyə başlamış. Yoxlama zamanı əl yüklərində olan yuyucu vasitəyə məxsus qutuda gizlətdiyi aksiz markası ilə markalanmayan 50 qutu (1000 ədəd) ağ rəngli və 140 qutu (2800 ədəd) qara rəngli olmaqla, ümumilikdə 190 qutu (3800 ədəd) “Milano” markalı siqaretlər Şahid1 və Şahid2 iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair protokol tərtib etmiş, özü və 2 hal şahidi protokolu imzalamışlar. Şəxs protokolu imzalamaqdan imtina etmişdir. Şahid3 izahatında onu da bildirmişdir ki, Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman əl yüklərində siqaret olub-olmamasını ondan soruşmamış, Şəxs əl yüklərində siqaret olmasını deməmiş, siqaretlər əl yüklərinə baxış keçirilən zaman aşkar edilmiş, Şəxs siqareti satmaq üçün aldığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, hazırda işsizdir. X3 ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 29 noyabr 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində olmuşdur. Dilarə adlı gömrük əməkdaşı onu çağırmış və X5 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn bir vətəndaşın əl yüklərinə yoxlama keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, o da etiraz etməmişdir. Mahir adlı şəxsi də oraya hal şahidi qismində çağırmışdır. Dilarə xanım Şəxs təqdim etmiş, əl yüklərinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Dilarə xanım onlara hüquq və vəzifələrini izah etmiş və əl yüklərinin yoxlamağa başlamışdır. Yoxlama zamanı əl yüklərinin içərisində yuyucu vasitəyə aid qutuda gizlədilmiş aksiz markası ilə markalanmayan 50 qutu ağ rəngli və 140 qutu qara rəngli “Milano” markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Şəxs protokolu imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 29 noyabr 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:22 radələrində X5 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Azərbayacan Respublikası vətəndaşı, xx.xx.2020-ci il tarixdə DİN tərəfindən verilmiş CO2932911 nömrəli pasportun sahibi, xx.xx.1995-ci il təvəllüdlü Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvir olduğu üçün əl yüklərinə baxış keçirilmiş, baxış zamanı əl yüklərinin içərisində yuyucu vasitəyə məxsus qutuda gizilədilmiş aksiz markası ilə markalanmayan 50 qutu (1000 ədəd) ağ rəngli və 140 qutu (2800 ədəd) qara rəngli olmaqla, ümumilikdə 190 qutu (3800 ədəd) “Milano” markalı siqaretlər aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. 12 dekabr 2022-ci il tarixli, 364 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza təqdim edilmiş üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı vəziyyətdə (daşınma, saxlanma zamanı fiziki aşınmaya məruz qalmamış, səthləri bütöv və əzilmə, kəsilmə hallan müşahidə olunmamış) siqaretlərin topdan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 342 manat müəyyən edilir. O cümlədən, bir qutu (20 ədəd) qara rəngli “Milano” markalı nazik siqaretin topdansatış qiyməti- 1,8 manat, 140 qutu -(1,8 manat x 140) = 252 manat; bir qutu (20 ədəd) ağ rəngli “Milano ” markalı nazik siqaretin topdansatış qiyməti - 1,8 manat, 50 qutu -(1,8 manat x 50) = 90 manat müəyyən edilir. Tədqiqata 2 qutu sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 49 qutu ağ rəngli, 139 qutu qara rəngli “Milano” markalı siqaretlər müsadirə edilməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin- 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 49 qutu (980 ədəd) ağ rəngli (1 qutunun topdansatış qiyməti 1.8 manat) və 139 qutu (2780 ədəd) qarğ rəngli (1 qutunun topdansatış qiyməti 1.8 manat) “Milano” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar