Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-41/2023 01.05.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Şahid1 iştirakı ilə, Şəxs:-xx xxxx 1981-ci il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq atası, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan-barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi Şəxs 13 aprel 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 1 ünvanında Şahid1 ilə aralarında yaranmış ailə münaqişəsi zəminində Şahid1 və Şahid2 sillə və təpiklə döymüşdür. Culfa rayon polis şöbəsinin istintaq və təhqiqat qrupunun 29 aprel 2023-cü il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilmiş, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Şahid1 izahatında bildirmişdir ki, Şəxsla birgə nikahlarından iki uşaqları doğulmuşdur. Şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyindən məhkəməyə müraciət etmiş, aralarında olan nikah Culfa rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Şəxs və anasının təkidi ilə təxminən dörd aydır ki, birlikdə yaşayırlar. Şəxs vərdişindən əl çəkməmiş, yenə də spirtli işki qəbul etmişdir. Onun hərəkətləri uşaqlarına yaxşı təsir göstərmir. 13 aprel 2023-cü il tarixdə saat 15 radələrində Şəxs yemək üstündə onunla mübahisə etmiş, Şəxs onun bədəninin müxtəlif yerlərindən sillə və təpiklə vuraraq döymüşdür. Həmin vaxt evdə olan qızı Gülmira Qasımova onları aralaşdırmağa çalışmış, Şəxs qızını da sillə və təpiklə döymüş, saçından yapışmış, sonra evdən çıxıb getmişdir. 14 aprel 2023-cü il tarixdə yenidən aralarında mübahisə olmuş, Rasim onu döymək istəmişdir. 15 aprel 2023-cü il tarixdə Culfa rayon Polis Şöbəsinə müraciət etmişlər. Şəxs bağışlamır, barəsində qanuna uyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə X3 məlumat vermiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən X2 iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından, məhkəmə tibbi ekspertizasının 15 aprel 2023-cü il tarixli, 330 saylı rəyindən görünür ki, Şahid1 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. 15 aprel 2023-cü il tarixli, 331 saylı rəyindən görünür ki, X2 bədən səthi üzərində, boynun sağ yarısında sıyrıq, üst dodağın sol yarısında sıyrıq, sağ bazunun aşağı 1/3 hissəsində qançır müəyyən edilmişdir. Qançır küt əşyanın təsirindən törənmişdir. Həmçinin əl ilə vurulan yumruq zərbəsi nəticəsində yarana bilər. Sıyrıqlar iti kənarlı alət ilə, həmçinin bilavasitə insan dırnağının təsirindən yaranmağa xarakterikdir. Xəsarətlərin müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər inzibati xəta törətməməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xətanı yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. İcraatı rədd edən hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etmir, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 01 may 2023-cü il, saat 19:50-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 20 gün müddətinə inzibati qaydada həbs edilsin İnzibati həbs müddətinin əvvəli 01 may 2023-cü il, saat 19:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-41/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-41/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver