Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-41/2025 11.06.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs—xx xxxxxx 1977-ci il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 11 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 17 may 2025-ci il tarixdə Culfa şəhəri, Nəsimi küçəsində saat 23:15 radələrində Zərərçəkmiş şəxs yumruqla vurmuş, yerdə sürümüş, ona qəsdən fiziki ağrı yetirmişdir. Faktla bağlı Zərərçəkmiş şəxs Culfa rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsinin İstintaq və Təhqiqat qrupunun müstəntiqi X2 tərəfindən araşdırma aparılmış və 05 iyun 2025-ci il tarixli qərar qəbul edilmiş Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Culfa rayon X4 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir.. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, 17 may 2025-ci il tarixdə özünə məxsus paltarlarını istəmək üçün qızı Minayə Qasımovanın yaşadığı evə getmiş, qapını döymüş, qızı Minayə qapını açmış və o, evə daxil olmuş, qızına “zəng et nənən Şahid2 gəlsin Kamalın evini açsın mən paltarlarımı götürüm” demiş, həmin vaxt onun həyat yoldaşı Orxan onun üzərinə gələrək ona yumruqla vurmaq istəyərkən o, onun qolundan tutub saxlamış, həmin vaxt keçmiş həyat yoldaşının ögey atası Zərərçəkmiş şəxs gəldiyini görmüş və Orxanın qolunu buraxıb çölə çıxmış, o, qapıdan çölə çıxarkən Zərərçəkmiş şəxs əlində yoğun taxta parçası ilə ona tərəf gəldiyini görmüş və çatan kimi əlindəki yoğun taxta parçası ilə onun başına vurmaq istəyərkən o, qolunu qabağa vermiş və onun zərbəsi onun sağ qolunun dirsəyini yaralamış, həmin vaxt Zərərçəkmiş şəxs tutub yerə yıxmış, həmin vaxt onun da dirsəyi yerə dəyərək yaralanmışdır. Hərəkətlərinə görə Zərərçəkmiş şəxs üzr istəmiş, onunla barışmış, bir daha belə hərəkətlərə yol verməyəcəyini, Zərərçəkmiş şəxs onu bağışladığını, hərəkətlərindən çox peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 17 may 2025-ci il tarixdə saat təxminən 23:15 radələrində həyat yoldaşı Şahid2 ilə evdə yatarkən qapının döyüldüyünü eşitmiş və gedib qapını açmış, qızı İradə Məmmədovanın əvvəlki həyat yoldaşı Şəxs ona “oğlum Kamal Qasımovun evinin açarını ver” demiş, o da ona “oğlun gəlsin, ondan sonra sənə açar verərik demiş”, daha sonra Şəxs çıxıb getmiş, bir neçə dəqiqə sonra yaşadığı binanın qarşısında yaşayan qız nəvəsinin evində səs-küy qalxdığını eşitmiş və dərhal evdən çıxmış və həmin vaxt Nərimanın qız nəvəsinin evinin içərisində səs-küy saldığını görmüş və onun qolundan yapışıb çölə çıxarmış, çölə çıxdıqdan sonra onunla dalaşmağa başlamış və bir-birilərinə yumruqla zərbələr endirmişlər, Şəxs onu yerdə sürümüşdür. Şəxs ondan üzr istəmiş, onunla barışmışdır. Hazırda Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 izahatında Şəxs və Zərərçəkmiş şəxs arasında 17 may 2025-ci il tarixdə mübahisə yaranmasını, Şəxs Zərərçəkmiş şəxs yumruqla vurmasını, yerdə sürüməsini təsdiq etmişdir. İş materiallarında olan- 05 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, HK-1-113/25 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Culfa rayon X4 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə iş üzrə icraatın iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onunla barışdığını, ondan hərəkətlərinə görə üzr istədiyini bildirmiş, Şəxs şikayətinin, tələbinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata zərər çəkmiş şəxslə barışdığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №3(089)-41/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-41/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver