Məhkəmə qərarları › İş №3(089)-43/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-43/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-43/2022 26.12.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxxxx 1997ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, Duzdağ Fizioterapiya mərkəzində mühafizəçi işləyən, ünvan 1 ünvanında yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 13 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119101 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 29 noyabr 2022-ci il tarixdə, saat 19:47 radələrində X6 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən əl yükləri Hİ-Scan rentgen qurğusundan keçirilmiş, şübhəli təsvirlər olduğu üçün əl yükləri yoxlanılmış, yoxlama zamanı əl yükünün içərisində olan havalandırma qutusunun içərisində gizilədilmiş aksiz markası ilə markalanmayan 114 qutu (2280 ədəd) qara rəngli və 105 qutu (2100 ədəd) ağ rəngli olmaqla, ümumilikdə 219 qutu (4380 ədəd) “Milano” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-in 480ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, Naxçıvan şəhərində yaşayır. Duzdağ Fizioterapiya mərkəzində mühafizəçi işləyir. Ara-sıra İran islam Respublikasına gedir, evi üçün ərzaq və digər malları alır. 29 noyabr 2022-ci il tarixində ərzaq almaq məqsədi ilə Culfa gömrüyündən keçməklə İran islam Respublikasının Culfa şəhərinə getmişdir. İranın Culfa şəhərindən mağazalardan ərzaq, 21 blok və 9 qutu “Milano” markalı siqaret almışdır. Aldığı siqaretləri havalandırma qutusunun içərisində gizlətmiş və əl yüklərinin yanına qoymuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Culfa gömrüyündən ölkəyə giriş etmiş, pasportuna möhür vurulmuşdur. Əl yükləri manitordan keçirilən zaman monitorda oturan gömrük əməkdaşı ondan əl yüklərində siqaret olubolmamasını soruşmuş, siqaret olduğunu demişdir. Gömrük əməkdaşı əl yüklərinə yoxlama keçirəcəyini bildirmiş, yoxlama zamanı əl yüklərin yanında olan havalandırma qutusunun içərisində gizlətdiyi 21 blok və 9 qutu “Milano” markalı siqaretlər aşkar edilmiş və götürülmüşdür. Tərtib edilmiş protokolu imza etməsə siqaretləri ona qaytaralar deyə imza etməmişdir. 10 qutudan çox siqaret gətirilməsinin qadağan olmasını bilmiş, hərəkətlərindən peşmandır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 izahatında bildirmişdir ki, X5 inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə sərnişin giriş zalında xidmətdə olmüşdur. Saat 19:47 radələrində X6 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan şəhər sakini Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman əl yüklərində şübhəli təsvirlər müşahidə edilmiş, əl yüklərinə gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, həmin vaxt gömrük ərazisində olan Şahid1 Şahid2 hal şahidi kimi dəvət etmişdir. Hal şahidlərinə Şəxs əl yüklərinə gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Əvvəlcə hal şahidlərinə Şəxs təqdim etmiş, əl yüklərinin onun olduğunu bildirmişdir. Şəxs əl yüklərində qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmamasını soruşmuş, o, əl yüklərində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Əl çantasına yoxlama keçirməyə başlamış. Yoxlama zamanı əl yüklərinin içərisində olan havalandırma qutusunun içərisində gizlədilmiş aksiz markası ilə markalanmayan 114 qutu qara rəngli və 105 qutu ağ rəngli olmaqla, ümumilikdə 219 qutu “Milano” markalı siqaretlər hal şahidləri Şahid1 və Şahid2 iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, özü və 2 hal şahidi protokolu imzalamışlar. Şəxs protokolu imzalamaqdan imtina etmişdir. Şahid3 izahatında onu da bildirmişdir ki, Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman əl yüklərində siqaret olub-olmamasını ondan soruşmamış, Şəxs əl yüklərində siqaret olmasını deməmiş, siqaretlər əl yüklərinə baxış keçirilən zaman aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, hazırda işsizdir. X4 ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 29 noyabr 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində olmuşdur. Dilarə adlı gömrük əməkdaşı onu çağırmış və X6 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn bir vətəndaşın əl yüklərinə yoxlama keçirəcəyini və onun da orada hal şahidi kimi iştirak etməsini xahiş etmiş, o da etiraz etməmişdir. Daha sonra Rəfael adlı şəxs hal şahidi qismində çağırılmışdır. Dilarə xanım Şəxs təqdim etmiş, əl yüklərinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Dilarə xanım onlara hüquq və vəzifələrini izah etmiş və əl yüklərinin yoxlamağa başlamışdır. Yoxlama zamanı əl yüklərinin içərisində olan havalandırma qutusunun içərisində gizlədilmiş aksiz markası ilə markalanmayan 114 qutu qara rəngli və 105 qutu ağ rəngli “Milano markalı siqaretlər aşkar edilmişdir. Protokol tərtib edilmiş, protokolu imzalamışlar. Şəxs protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 29 noyabr 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:47 radələrində X6 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Azərbayacan Respublikası vətəndaşı, xx.xx.2018-ci il tarixdə DİN tərəfindən verilmiş CO2081909 nömrəli pasportun sahibi, xx.xx.1997-ci il təvəllüdlü Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvir olduğu üçün əl yüklərinə baxış keçirilmiş, baxış zamanı əl yüklərinin içərisində olan havalandırma qutusunun içərisində gizlətdiyi aksiz markası ilə markalanmayan 114 qutu (2280 ədəd) qara rəngli və 105 qutu (2100 ədəd) ağ rəngli olmaqla, ümumilikdə 219 qutu (4380 ədəd) “Milano markalı siqaretlər aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. 12 dekabr 2022-ci il tarixli, 363 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza təqdim edilmiş üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı vəziyyətdə (daşınma, saxlanma zamanı fiziki aşınmaya məruz qalmamış, səthləri bütöv və əzilmə, kəsilmə hallan müşahidə olunmamış) siqaretlərin topdan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 394 manat müəyyən edilir. O cümlədən, bir qutu (20 ədəd) qara rəngli “Milano” markalı nazik siqaretin topdansatış qiyməti- 1,8 manat, 114 qutu -(1,8 manat x 114) = 205 manat; bir qutu (20 ədəd) ağ rəngli “Milano” markalı nazik siqaretin topdansatış qiyməti - 1,8 manat, 105 qutu - (1,8 manat x 105) = 189 manat müəyyən edilir. Tədqiqata 2 qutu sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Naxçıvan Gömrük Baş idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 113 qutu qara rəngli və 104 qutu ağ rəngli olmaqla, ümumilikdə 217 qutu (4340 ədəd) “Milano markalı siqaretlər müsadirə edilməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin- 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 113 qutu (2260 ədəd) qara rəngli (1 qutunun topdansatış qiyməti 1.8 manat) və 104 qutu (2080 ədəd) ağ rəngli (1 qutunun topdansatış qiyməti 1.8 manat) “Milano” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar