Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-43/2023 31.05.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxx 1977-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq atası, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Culfa rayonunun Yaycı kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Culfa Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli, 002019 nömrəli “inzibati xəta haqqında” protokol, inzibati xəta haqqında iş üzrə toplanmış material ilə birlikdə baxılması üçün Culfa Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilir. Culfa rayonunun Yaycı kəndində yaşayır, işləmir. 30 may 2023-cü il tarixdə, saat təxminən 17-18 radələrində qardaşına məxsus olan nəqliyyat vasitəsini oğlu Sahil idarə etmiş, Culfa rayonunun Yaycı kəndində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları nəqliyyat vasitəsini saxlamışlar. Oğlu tələb etdiyindən polis əməkdaşı Şahid1 xahişi ilə nəqliyyat vasitəsinin saxlandığı yerə getmiş, polis əməkdaşı ona oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsini, nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmalı olduğunu bildirmiş, lakin polisin tələbinə əhəmiyyət verməmiş, nəqliyyat vasitəsinə aid olan sənədləri polis əməkdaşına təqdim etməmiş, hadisə yerindən uzaqlaşmışdır. Polis Şöbəsinə dəvət olunmuş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs izhatında onu da bildirmişdir ki, inzibati qaydada tutlarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, iş materialları ilə tanış olmuş, təzyiq və təsirə məruz qalmamışdır. Qardaşına məxsus olan nəqliyyat vasitəsini özü, oğlu idarə edir, nəqliyyat vasitəsinə aid olan sənədlər onda olur. Hərəkətlərindən peşmandır, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 30 may 2023-cü il tarixdə, saat 17:30 radələrində Culfa rayonunun Yaycı kəndində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 izahatları ilə də öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Culfa rayon Polis Şöbəsinin DYPQ-nin baş dövlət avtomobil müfəttişi Şahid1 izahatında bildirmişdir ki, 30 may 2023-cü il tarixdə, saat 17:30 radələrində həmkarı Şahid2 ilə birlikdə xidmətdə olmuş, Culfa rayonunun Yaycı kənd sakini X2 idarə etdiyi ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onun tərəfindən saxlanılmış, S.Cəfərlinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi müəyyən olunmuş, S.Cəfərlinin xahişi ilə atası Şəxs nəqliyyat vasitəsinin saxlanıldığı yerə dəvət etmiş, Şəxs hadisə yerinə gəlmiş, ona qarşı kobudluq etmiş, onlarla mübahisə etmiş, nəqliyyat vasitəsinin sənədlərini təqdim etməkdən imtina etmiş, oğlunun nəqliyyat vasitəsinin saxlanıldığı yerdən uzaqlaşmasına şərait yaratmışdir. Dəfələrlə Şəxs nizam-intizama dəvət etmiş, o, nəqliyyat vasitəsinin sənədlərini təqdim etməkdən imtina etmiş, səs-küy salmış və hadisə yerindən uzaqlaşmışdır. Şəxs Culfa Rayon Polis şöbəsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 izahatında verdiyi xüsusatları təkrar etməklə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş- 0560 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 may 2023-cü il tarixdə, saat 22:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin ifadəsini dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında 002019 nömrəli protokolla, özünün və şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı inzibati qaydada cərimə edilməlidir. Məhkəmə Şəxs peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edilənlərdən belə nəticəyə gəlir ki, Şəxs tətbiq edilən inzibati cərmənin həddi 150 manatdan çox ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 150 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-43/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-43/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver