Məhkəmə qərarları › İş №3(089)-46/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-46/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-46/2023 23.06.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Şahid2 iştirakı ilə, Şəxs-xx xxxxxx 1964-cü il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, təqaüdçü, İİ qrup əlil, Culfa rayonunun Yaycı kəndində yaşayan- barəsində Culfa rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 06 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında Şahid2 məxsus Samsung Galaxy A 32 markalı mobil telefonu oğurlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin, şahidin, özünün izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Yaycı kəndində yaşayır, işləmir, İİ qrup əlildir. 06 iyun 2023-cü il tarixdə, saat 15 radələrində Culfa şəhər sakini Şahid1lə “Akifin Əfqanın” kafesi adlanan kafedə yeyib-içən zaman bir nəfər iranlı ilə tanış olmuş, həmin şəxsi əyləşdikləri masaya dəvət etmişlər. Söhbət əsnasında həmin şəxsin Təbriz şəhərində yaşaması, adının Məhəmmədrza olmasını bilmişlər. Məhəmmədrza onlarla birlikdə yemək yemiş, içki içmişdir. Kafedən çıxdıqdan sonra mağazadan spirti içki, kola almış və bilikdə Məhəmmədin tək yaşadığı evə getmişlər. Evdə olduqları müddətdə Məhəmmədrza cibindən bir ədəd telefon çıxarmış və stolun üərinə qoymuşdur. Bir az sonra Məhəmməd yorğun olduğunu bildirmiş, divanda uzanmış, Məhəmmədrza isə paltarlarını yumağa başlamış, sonra hamamda yuyunmuşdur. Məhəmmədin sərxoş vəziyyətdə yatmasından, iranlının hamamda yuyunmasından istifadə etmiş, stolun üzərində olan telefonu götürmüş və cibinə qoymuşdur. Məqsədi sonra telefonu satmaq olmuşdur. İranlı hamamdan çıxandan sonra yenə də birlikdə spirtli içki qəbul etmişlər. İranlı həmin müddətdə telefonuna diqqət etməmiş, telefonu onun götürməsini bulməmişdir. İçki içdikdən sonra birlikdə evdən çıxmış, Culfa şəhərində gəzməyə başlamışlar. Bir az gəzdikdən sonra özü taksi ilə Yaycı kəndinə, Məhəmmədrza isə Gömrük postu ərazisində saxladığı yük maşınının yanına getmişdir. 07 iyun 2023-cü il tarixdə bilet almış və Bakı şəhərinə getmiş, telefoni satmaq məqsədilə üzərində aparmışdır. Bir gün sonra polis əməkdaşları ona zəng etmiş, telefonu götürübgötürmədiyini soruşmuş, telefoni götürdüyü etiraf etmiş, Culfa şəhərinə qayıtmış və telefonu polis şöbəsinə təhvil vermişdir. Şəxs izahatında onu da bildirmişdir ki, telefonu stolun üzərindən götürməsi barədə Məhəmmədrzanın və Məhəmmədin məlumatı olmamışdır. Hərəkətlərindən çox peşmandır. İşləmir, İİ qrup əlildir. Məhəmmədrzadan üzr istəmiş, onunla barışmış, telefonu qaytarmışdır. Ona göməklik edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Şahid2 ifadəsində bildirmişdir ki, telefonu Şəxs tərəfindən oğurlanmış, geri qaytarılmışdır. Şəxs ondan dəfələrlə üzr istəmiş, onunla barışmışdır. Şəxs bağışlayır, ondan tələbi, şikayəti yoxdur. Ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, Şəxs keçmiş arvadının əmisidir. 06 iyun 2023-cü il tarixdə, saat 15 radələrində Şəxslə “Akifin Əfqanın” kafesi adlanan kafedə yeyib-içmişlər. Kafedə olan zaman bir nəfər iranlı ilə tanış olmuş, həmin şəxsi əyləşdikləri masaya dəvət etmişlər. Söhbət əsnasında şəxsin Təbriz şəhərində yaşaması, adının Məhəmmədrza olmasını bilmişlər. Məhəmmədrza onlarla birlikdə yemək yemiş, içki içmişdir. Kafedə olan zaman Məhəmmədrza bir neçə gündür ki, Culfa şəhərində olduğunu, yuyunmadığını bildirmişdir. Kafedən çıxdıqdan sonra mağazadan spirti içki, kola almış və bilikdə onun tək yaşadığı evə getmişlər. Evdə üçü birlikdə içki içmiş, həmin vaxt yorğun olduğundan divanda uzanmışdır. Məhəmmədrza isə paltarlarını yumağa başlamış, sonra hamamda yuyunmuşdur. Əsgər isə tək içki içməyə davam etmişdir. Bundan sonra yatdığından onların nə etdiklərini bilməmiş, onlar evdən çıxan zaman yuxudan ayılmış, qapını bağlamış və evdən çıxmış, birlikdə Culfa şəhərində bir az gəzmişlər. Əsgər kəndə gedəcəyini bildirmiş, bir avtomobillə Yaycı kəndinə, iranlı gömrük postunda olan avtomobilinin yanına, özü isə evə getmişdir. Səhərisi gün Məhəmmədrza ona zəng etmiş, telefonunu tapa bilmədiyini bildirmiş, ona telefon barədə məlumatının olmadığını demişdir. Sonra telefonun Əsgər tərəfindən oğurlanması məlum olmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin, zərər çəkmiş şəxsin, şahidin izahatları və digər sənədlərlə sübuta yetirilir. İş materiallarına əlavə olunmuş- 23 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, HK-1-89/23 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət cəlb edilməsi üçün qərarın surəti Culfa rayon X3 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 572 nömrəli rəyində qeyd edilmişdir ki, 01 ədəd istifadə olunmuş qara rəngli, 4GB RAM, 64 GB daxili yaddaşlı, Samsung Galaxy A32 markalı mobil telefonunun 2023-cü ilin iyun ayına orta bazar qiyməti 280 manat həcmində müəyyən olunur. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs 06 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında, Şahid2 məxsus Samsung Galaxy A 32 markalı mobil telefonu oğurlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şahid2 ərizə ilə məhkəməyə müraciət etmiş, ona dəymiş zərərin ödənildiriyin, Şəxs ondan dəfələrlə üzr istədiyini, onunla barışdığını, Şəxs tələbinin, şikayətinin olmadığını bildirmiş, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar