Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-48/2023 20.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxx 1967-ci il tarixdə Ordubad rayonunun Vənənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Ordubad rayonunun Vənənd kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Culfa Rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş 20 iyul 2023-cü il tarixli, 002042 nömrəli “inzibati xəta haqqında” protokol toplanmış materiallarla birlikdə baxılması üçün Culfa Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilir. Ordubad rayonunun Vənənd kəndində yaşayır, ticarətlə məşğul olur. Təsərrüfatında olan məhsulları Culfa şəhərində olan bazarda satır. 20 iyul 2023-cü il tarixdə kənd təsərrüfatı məhsulları satmaq məqsədilə Culfa şəhərinə gəlmiş, özünə məxsus olan 69BE925 dövlət nömrə nişanlı, Vaz 2104 markalı nəqliyyat vasitəsini hər zaman saxladığı yerdə saxlamışdır. Polis əməkdaşı ona uca səslə nəqliyyat vasitəsini saxladığı yerdən çıxarmağı və unuvermağın qarşısında saxlamağı demiş, polis əməkdaşına “gedin durma qaydalarını pozan maşınları çıxardın, mən sonra çıxardacağam” demiş, polis əməkdaşı ona “birinci sən çıxardascaqsan, sonra başqaları çıxaracaq” demiş, polis əməkdaşı ilə mübahisə etmiş, polis əməkdaşına pulla paqon almısınız, paqonlarınızı sökəcəyəm demiş, polis əməkdaşının tələbinə əhəmiyyət verməmiş, nəqliyyat vasitəsini saxladığı yerdən çıxarmamış, polis əməkdaşları onu Polis Şöbəsinə gətirmişlər. Şəxs izahatında onu da bildirmişdir ki, hərəkətlərindən peşmandır, səhv edib. Ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, 20 iyul 2023-cü il tarixdə Culfa şəhərində, bazar adlanan ərazidə xidmətdə olmuşdur. Bazarın qarşısında durma qaydalarını pozan sürücülərə nəqliyyat vasitələrini lazım olan yerdə saxlamağı bildirmişlər. 69BE925 dövlət nömrə nişanlı, Vaz 2104 markalı nəqliyyat vasitəsinin sahibi Şəxs nəqliyyat vasitəsini saxladığı yerdən çıxarmağı, ticarət mərkəzinin qarşısında saxlamağı demiş, Şəxs qanuni tələbə əhəmiyyət verməmiş, nəqliyyat vasitəsini çıxarmayacağını bildirmiş, həmçinin onlara “sizin paqonlarınızı sökəcəyəm, siz kimsiniz mənə göstəriş verisiniz, pulla paqon almısınız. Mən sizin kimi rəisləri işdən çıxartmışam” demişdir. Baş verənlərlə bağlı məruzə etmiş, C.X4 dəvət edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid2 Şahid1lə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid4 izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır, Culfa şəhərində yerləşən kənd təsərrüfatı məhsulları satılan bazarda nəzarətçi işləyir. Səhər saatlarında polis əməkdaşları bazarın qarşısında durma qaydalarını pozan sürücüləri intizama dəvət etmişlər. Ordubad rayon sakini Şəxs polis əməkdaşlarının tələblərinə əhəmiyyət verməmiş, səs-küy salmış, polis əməkdaşları ilə kobur davranmış, nəqliyyat vasitəsini saxladığı yerdən çıxarmayacağını bildirmiş, pils əməkdaşlarına sizin paqonlarınızı soyacağam, siz pul verib paqon almısınız demişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin ifadəsini dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında 002042 nömrəli protokolla, özünün və şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı inzibati qaydada həbs edilməlidir. Məhkəmə Şəxs peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 8 gün müddətinə inzibati qaydada həbs edilsin Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 20 iyul 2023-cü il, saat 19:05 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-48/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-48/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver