Məhkəmə qərarları › İş №3(089)-48/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-48/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-48/2025 18.07.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 01 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Culfa Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən daxil olmuş əməliyyat məlumatı əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixində saat 13:50-də “Culfa” gömrük postunun qapısına yaxın ərazidə, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Culfa rayon sakini, xx.xx.2033-cü il tarixinədək etibarlılıq müddəti olan AA4962624 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, xx.xx.1988-ci il təvəllüdlü X4 idarə etdiyi 72A306 dövlət qeydiyyat nişanlı, “Dismantled” markalı, “LU6HDMZ7X00010088” şassi nömrəli motoroller tipli motosikl nəqliyyat vasitəsi saxlanılaraq “Culfa” gömrük postunun ərazisində yerləşən anbara gətirilərək yoxlanılmış və yoxlama zamanı həmin motosikl nəqliyyat vasitəsinin yük bölməsindən gömrük sərhədini keçən müxtəlif şəxslərə paylanaraq şəxsi istifadə adı altında bəyan olunaraq gömrük nəzarətindən keçirilmiş kommersiya məqsədli 4 ədəd açıq mavi rəngli, 5 ədəd yaşıl rəngli, 1 ədəd tünd mavi rəngli olmaqla ümumilikdə 10 ədəd tək təkərli əl arabaları aşkar edilərək götürülmüşdür. Aparılan araşdırma zamanı 72A306 dövlət qeydiyyat nişanlı “Dismantled” markalı motoroller tipli nəqliyyat vasitəsinin sürücüsü Bilal Hüseynovun izahatı alınmış, həmin şəxs izahatında, nəqliyyat vasitəsinin yük bölməsində olan 10 ədəd əl arabalarının ona aid olmadığını və həmin arabaların Culfa şəhər sakini İlqar adlı şəxsə məxsus olduğunu bildirmişdir. Qeyd olunan predmetlərin ümumi orta bazar dəyəri 650 manat müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 04 iyun 2025-ci il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən daxil olmuş əməliyyat məlumatı əsasında “Culfa” gömrük postunun qapısına yaxın ərazidə, Azərbaycan Respublikasının vətəndaşı X4 idarə etdiyi 72A306 dövlət qeydiyyat nişanlı, “Dismantled” markalı motoroller tipli nəqliyyat vasitəsi onun tərəfindən saxlanılmış, “Culfa” gömrük postunun ərazisində yerləşən anbara gətirilərək yoxlanılmış və yoxlama zamanı həmin motosikl nəqliyyat vasitəsinin yük bölməsindən gömrük sərhədini keçən müxtəlif şəxslərə paylanaraq şəxsi istifadə adı altında bəyan olunaraq gömrük nəzarətindən keçirilmiş kommersiya məqsədli 4 ədəd açıq mavi rəngli, 5 ədəd yaşıl rəngli, 1 ədəd tünd mavi rəngli olmaqla ümumilikdə 10 ədəd təkərli əl arabalarını aşkar etmişdir. Daha sonra yoxlama və götürmə barədə protokol tərtib etmiş və iştirakşılar tərəfindən imzalanmışdır. X6 nəqliyyat vasitəsində olan əl arabalarının “İlqar” adlı şəxsə aid olduğunu, həmin şəxsin tapşırığı əsasında həmin arabaları Culfa bazarına aparacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid1 ilə eyni məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 iyun 2025-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, yoxlama zamanı X4 idarə etdiyi 72A306 dövlət qeydiyyat nişanlı, “Dismantlet” markalı, “LU6HDMZ7X00010088” şassi nömrəli, motoroller tipli nəqliyyat vasitəsi saxlanılaraq “Culfa” gömrük postunun ərazisində yerləşən anbarda iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Barəsində müvafiq hərəkət aparılan şəxs X6 motosiklda gömrük sərhəddindən Bakı-Naxçıvan istiqamətində hərəkət edən İran İslam Respublikasına məxsus avtobusların sərnişinlərinə paylanılıb gətirilərək, “Culfa” gömrük postunun qapısına yaxın ərazidə “İlqar” adlı şəxs tərəfindən yığıldığını və həmin şəxsin ondan arabaları yığıldığı yerdən müəyyən pul müqabilində Culfa bazarına aparmağını istədiyini bildirmişdir. Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin yük bölməsindən 4 ədəd açıq mavi rəngli, 5 ədəd yaşıl rəngli, 1 ədəd tünd mavi rəngli olmaqla ümumilikdə 10 ədəd tək təkərli əl arabaları aşkar edilmişdir. - 13 iyun 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsində verdiyi izahatından görünür ki, əməlini etiraf edərək peşman olduğunu bildirmişdir. - X1 tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli, NQM 011-06/25 nömrəli hesabatdan görünür ki, qiymətləndirmə prosesi zamanı 4 ədəd açıq mavi rəngli, 5 ədəd yaşıl rəngli, 1 ədəd tünd mavi rəngli olmaqla, ümumilikdə 10 ədəd tək təkərli əl arabalarının “qara bazarda” topdan və pərakəndə satış qiymətləri üzrə araşdırmalar aparılmışdır. Bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullar üzrə keyfiyyət və digər standartlar araşdırma predmetinə daxil edilməmişdir. Ekspertizaya təqdim edilən 4 ədəd açıq mavi rəngli, 5 ədəd yaşıl rəngli, 1 ədəd tünd mavi rəngli olmaqla, ümumilikdə 10 ədəd tək təkərli əl arabalarının dəyəri aşağıdakı kimidir: “Tək təkərli əl arabalarının” bir ədədinin bazar dəyəri 65 manat, ümumi bazar dəyəri- 10 ədəd- 650 manat təşkil edir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin 30 iyun 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, vətəndaş Şəxs barəsində İXM-in 503-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, şahidlərin izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə iş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 25, 40, 43, 53,105, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri- 650 (altı yüz əlli) manat məbləğinin 40 faizi, yəni 260 (iki yüz altmış) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun ərazisində saxlanılan 10 ədəd tək təkərli əl arabası qərar qüvvəsini aldıqdan sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar