Məhkəmə qərarları › İş №3(089)-49/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-49/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-49/2023 31.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs:-xx xxxxxx 1970-ci il tarixdə Culfa rayonunun Saltaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Culfa rayonunun Saltaq kəndində qeydiyyatda olan və yaşayan- barəsində Naxçıvan MR DİN-nin DYP idarəsindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 01 fevral 2023-cü il tarixdə Mercedes Benz E230 minik markalı, 68BG466 nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Şəxs barəsində 01 fevral 2023-cü il tarixdə İXP5202525 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, TP5540478 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmiş, tərtib olunmuş inzibati xəta haqqında İXP ******* nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Q.Əsgərliyə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş 19 iyul 2023-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər sübutlarla təsdiqini tapır. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Q.Əsgərli 40 manat cəriməni və 24 manat dəbbə pulunu 31 iyul 2023-cü il tarixədək ödəməmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində düzgün olaraq Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakitə edərək belə nəticəyə gəlir ki, Q.Əsgərli Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirli bilinməli, onun nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Q.Əsgərliyə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, icraatı rədd edən halları müəyyən etməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 115-ci maddələrini rəhbər tutararaq məhkəmə qəraraaldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, onun nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar