Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 3(089)-49/2025 15.09.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən, Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu, X1 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 10 iyun 2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və şikayətə əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdim X1 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 10 iyun 2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və şikayətə əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 443/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qərarı ilə aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. İş materiallarını araşdırarkən məlum olmuşdur ki, Culfa Rayon Məhkəməsinin 3(089)- 52/2025 nömrəli, 05 avqust 2025-ci il tarixli qərarı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə göndərilməsi qərara alınmışdır. X3 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət üzrə Culfa Rayon Məhkəməsinin ləğv edilməmiş qərarı var. Belə ki, həmin qərarla X1 barəsində olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işin yenidən baxılması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qaytarılması qərara alınmışdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, eyni şikayət üzrə Culfa Rayon Məhkəməsinin ləğv edilməmiş qərarı olduğundan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-49/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №3(089)-49/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver