Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-5/2022 10.03.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxxx 1986-ci il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, müvəqqəti işsiz, inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında yaşayan. barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 09 mart 2022-ci il tarixdə, saat 10:10 radələrində Culfa şəhərində yerləşən “Naz Lifan” avtomobil təmiri sexinin qarşısında olan bardurun dibində olan şəffaf sellofana bükülmüş vəziyyətdə aşkar edib götürdüyü şəxsi istehlak miqdarında olan 0.102 qram metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamış, Şəxs Culfa Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərində saxladığı metamfetamin psixotrop maddə aşkar edilərək götürülmüş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır, işləmir. 09 mart 2022-ci il tarixdə, sat 10:10 radələrində özünə məxsus olan Vaz 21074 markalı, 72BD901 dövlət nömrə nişanlı avtomobili təmir məqsədilə Culfa şəhərində yerləşən “Naz Lifan” avtomobil təmiri sexinə aparmış, təmir sexində avtomobil çox olduğundan gözləməli olmuşdur. Sexin qarşısında siqaret çəkən zaman bardurun dibində olan sellofan büküm onun diqqətini cəlb etmiş, bükümü götürmüş, baxmış, bükümün içərisində şəffaf, kristal şəklində narkotik maddə olduğunu görmüş, bükümü əynində olan gödəkcənin cibinə qoymuşdur. Əvvəllər həmin maddədən istifadə etmiş, tək olan zaman istifadə edəcəyini düşünmüşdür. Üzərində narkotik vasitə olduğundan həyəcanlı olmuş, özünü narahat hiss etmişdir. Avtomobilinə əyləşmiş, oradan uşaqlaşmaq istəmiş, lakin həmin vaxt iki mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşı olduqlarını, özünü şübhəli apardığını bildirmiş, Culfa Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində iki nəfər şəxsin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, əynində olan gödəkcənin sol cibində olan büküm aşkar edilib götürülmüş, elektron tərəzidə çəkilmiş, bükümün çəkisi 0.26 qram olmuşdur. Büküm qablaşdırılmış, möhürlənmiş, protokolu imzaları ilə təsdiq etmişlər. Şəxs izahatında həmçinin hərəkətindən çox peşiman olduğunu, əvvəllər inzibati xəta törətmədiyini bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 və Şahid1 ifadələrində 09 mart 2022-ci il tarixdə, saat təxminən 10:30-11 radələrində Culfa Rayon Polis Şöbəsinə dəvət edildiklərini, onların iştirakı ilə Şəxs üzərində şəxsi axtarış aparıldığını, Şəxs cibindən bir ədəd büküm aşkar edildiyini, bükümün açıldığını, bükümün içərisində şəffaf kristal şəklində kütlə olduğunu, həmin bükümün elektron tərəzidə çəkildiyini, 0.26 qram olduğunu, qablaşdırıldığını və götürüldüyünü, protokolu imzaları ilə təsdiq etdiklərini bildirmişlər. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli, 66 saylı arayışından müəyyən olunur ki, tədqiqata təqdim olunmuş “ünvan 3 ünvanında yaşayan Şəxs üzərinə baxış keçirildi...” sözləri və imzalar məzmunlu mətni olan təqdim olunmuş bir ədəd kağız zərfin içərisindəki, təmiz çəkisi 0.102 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət olan maddə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (İ siyahı, İİ bənd, sıra 27) daxil olan metamfetamindir. Tədqiqata 0.05 qram istifadə edildi, qalan 0.052 qram. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2-ci maddəsinə görə psixotrop maddələr BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısının 27-cı bəndində metamfetamin psixotrop maddəsi qeyd edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahıya əsasən psixotrop maddə olan metamfetaminin 0.15 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs əldə etdiyi şəxsi istehlak miqdarında metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Y.Budaqov adına Naxçıvan MR X1 09 mart 2022-ci il tarixli, 152 nömrəli məktubunda Şəxs narkomaniyaya görə məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. Məhkəmə iş üzrə maddi sübutun taleyi ilə bağı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində saxlanılan 0.052 qram metamfetamin psixotrop maddəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbsin müddətinə daxil edilir. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 09 mart 2022-ci il, saat 10:30 dəqiqədən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. Həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 09 mart 2022-ci il, saat 09:30-dan hesablansın. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0.052 qram metamfetamin psixotrop maddəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-5/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-5/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver