Məhkəmə qərarları › İş №3(089)-51/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-51/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-51/2025 05.08.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, X4 DİNin BDYPİ-nin X6 tərəfindən qəbul edilmiş 06 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş DİN-nin BDYPİ X3 06 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, tır sürücüsü kimi çalışır. 06 iyun 2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli, 035611 saylı Beynəlxalq qaimə sənədində də qeyd olunmuş ümumi çəkisi 25900 kq olan yük tırın yük daşıma hissəsində olmaqla Qaradağ rayonu Səngəçal qəsəbəsi istiqamətində hərəkət halında ikən elektron cərimə bildirişi gəlmişdir. Bu zaman nəqliyyat vasitəsinin sürücüsü X8 olmuşdur. Sözügedən sürücü cərimənin gəlmə səbəbini öyrənmək üçün ilk polis postuna yaxınlaşdığı zaman avtomobil yolu üçün müəyyən olunmuş 40 tonluq kütlə parametrini aşdığı bildirilmiş, bu barədə sistem üzərindən onun barəsində həmin tarixli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş, bunun üzərinə terminalda polis əməkdaşlarının da iştirakı ilə tırın çəkisi ölçüldükdə ümumi çəkinin 39440 kq olması faktı təsdiqlənmişdir (bu barədə tərəzi çeki mövcuddur, ki çekin verilmə saatı Qərarın çıxarılmasından sonrakı zamana təsadüf edir). Lakin bu faktın mövcudluğuna baxmayaraq DİN BDYPİ X3 səhv ölçümünün nəticələri bərpa edilməklə adına vurulmuş cərimə elektron sistemdən silinməmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Sözügedən xx.xx.2025-ci il tarixli Qərarla xx.xx.2025-ci il tarixdə tanış olmuş və AR İXM-nin 126-cı maddəsində təsbit olunmuş şikayətvermə müddətini ötürmədiyini nəzərə alaraq səlahiyyətli qurumun elektron qaydada tərtib olunmuş protokol və Qərarı ilə razılaşmadığını bəyan edir, həmin Qərarın qəbul edilməsində sistem xətasının olduğunu, inzibati orqan, habelə onun tabeçiliyində fəaliyyət göstərən elektron sistem tərəfindən edilmiş “səhvliyin” vətəndaşın əleyhinə olan halla nəticələnməsinin yolverilməz olduğunu, məhz bu səbəbdən də sözügedən Qərarın ləğv edilməsinin yeganə düzgün həll yolu olduğunu bəyan edir və Qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət edir. Məhkəmənin iclasının yeri və vaxtı barədə şikayətçi X7 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq X7 və həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, işə şikayətçi X4 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, X7 06 iyun 2025-ci il tarixdə saat 17:07-də idarə etdiyi “MERCEDES BENZ ACTROS 1844 YÜK” markalı “**-CA-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan X4 şikayətə əlavə etdiyi Agro terminal Lokbatan tərəzi xidmətinin qəbzində göstərilmişdir ki, 06 iyun 2025-ci il tarixdə saat 17:54-də nəqliyyat vasitəsinin yüklə birlikdə tam çəkisi 39940 kq olmuşdur. Lakin həmin sənəddə konkret hansı markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinin sürücüsü, nəqliyyat vasitəsinin çəkildiyi avtomobil tərəzisi barədə məlumatlar qeyd edilməmişdir. İş materiallarında olan şikayətə əlavə edilmiş 035611 nömrəli beynəlxalq qaimədə 04 iyun 2025-ci il tarixdə X11 Zavodu MMC-dən X14 Bakı Ofisinə müxtəlif təyinatlı yük göndərilmiş, yükün ümumi çəkisinin 25900 kq olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, X4 şikayətə əlavə etdiyi sənəddə nəqliyyat vasitəsinin 06 iyun 2025-ci il tarixdə saat 17:54-də nəqliyyat vasitəsinin yüklə birlikdə tam çəkisinin 39940 kq olması qeyd edilsə də, konkret hansı markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinin sürücüsü, nəqliyyat vasitəsinin çəkildiyi avtomobil tərəzisi barədə məlumatlar, yəni tərəzinin markası, modeli, sertifikatının olub-olmaması, olduğu halda elektron tərəzinin hansı qurum tərəfindən yoxlanılmasının aparıldığı və s. qeyd edilməmişdir. Hətta həmin sənəddə avtomobil tərəzisinin müvafiq sertifikata (şəhadətnaməyə) malik olması göstərilsəydi belə, bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. X4 şikayətə əlavə etdiyi sənədlər sübut növü kimi qəbul edilə bilməz. İnzibati xəta hadisəsi baş verdikdən əvvəl və sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi, yəni yükə hər hansı müdaxilə edilməsi halları da istisna olunmur. X1 06 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta pozuntusunun qeydə alındığı vaxtdan təqdim etdiyi qəbzə görə “Agro terminal Lokbatan” tərəzi xidmətində ölçümün aparıldığı vaxta qədər müəyyən qədər vaxt keçmişdir. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılan çəki ölçmə nəzarət sistemi hər bir halda dəqiq və mötəbər çəki ölçmə xüsusiyyətinə malikdir, çəki ölçmə nəzarət sisteminin sertifikatı daha etibarlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 məxsus MERCEDES BENZ ACTROS 1844 YÜK” markalı “**-CA-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06 iyun 2025-ci il tarixdə saat 17:07-də X8 tərəfindən idarə edilərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmiş, bununla da X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə X4 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X5 məxsus MERCEDES BENZ ACTROS 1844 YÜK” markalı “**- CA-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06 iyun 2025-ci il tarixdə saat 17:07-də idarə edilərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularınavurduğuziyanagörə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 06 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 DİN-in BDYPİ-nin 06 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim əvəzi: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar