Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-52/2023 14.08.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx.xx.1984-cü il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Culfa rayonunun Bənəniyar kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Culfa Rayon Polis Şöbəsinin Əlincə PBnin CA-üzrə əməliyyat müvəkkili polis kapitanı İqbal Seyidov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 008331 nömrəli “inzibati xəta haqqında” protokol, inzibati xəta haqqında iş üzrə toplanmış material ilə birlikdə baxılması üçün Culfa Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilir . Culfa rayonunun Bənəniyar kəndində yaşayır, işləmir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində Culfa Rayon Bənəniyar kəndində yerləşən çay evində ucadan səs-küy saldığını, polis əməkdaşının qanuni tələblərini yerinə yetirməkdən boyun qaçıraraq ictimai qaydanı pozmuşdur.Polis Şöbəsinə dəvət olunmuş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs izhatında onu da bildirmişdir ki, inzibati qaydada tutlarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, iş materialları ilə tanış olmuş, təzyiq və təsirə məruz qalmamışdır. Hərəkətlərindən peşmandır, iki övladının olduğunu, ailəyə yeganə qazanc gətirməsini nəzərə alaraq ona köməklik edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində Culfa Rayon Bənəniyar kəndində yerləşən çay evində ucadan səs-küy saldığını, polis əməkdaşının qanuni tələblərini yerinə yetirməkdən boyun qaçıraraq ictimai qaydanı pozmuş, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında dindirilmiş şahidlər X2 və Şahid2 izahatları ilə də öz təsdiqini tapır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında Bənəniyarda yerləşən çay evini işlətdiyini, aparılan Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində Culfa Rayon Bənəniyar kəndində yerləşən çay evində ucadan səs-küy saldığını, ətrafdakı insanları olduqlarını hiss etdiyini, bu səbəbdən də Culfa Rayon Polis Şöbəsinin Əlincə PB-nin CA-üzrə əməliyyat müvəkkili polis kapitanı İqbal Seyidova müraciət etdiyini, İ.ŞəxsSeyidovaya çay evində ucadan səs-küy salmamağını bildirsədə, Şəxs polis əməkdaşının qanuni tələblərini yerinə yetirməkdən boyun qaçıraraq ictimai qaydanı pozmuş, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığını ifadəsində bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında verdiyi xüsusatları təkrar etməklə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş- 0462 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12.08. 2023-cü il tarixdə, saat 00:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin ifadəsini dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında 008331 nömrəli protokolla, özünün və şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı inzibati qaydada cərimə edilməlidir. Məhkəmə Şəxs peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edilənlərdən belə nəticəyə gəlir ki, Şəxs tətbiq edilən inzibati cərmənin həddi 150 manatdan çox ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 150 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim əvəzi:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(089)-52/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-52/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver