Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-52/2025 05.08.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Allahverdili Şəkər Rəhman qızının katibliyi, şikayət vermiş şəxs X21 və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X8 iştirakları ilə, X9 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X21 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X21 şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən “X36 Mərkəzi” X26 02 may 2025-ci il tarixli, 3-17-9-5/2-1181/2025 nömrəli məktub ünvanlanaraq X4 140 gün sosial məzuniyyət ödənişini ala bilməməsi ilə bağlı müraciətinə aydınlıq gətirilməsi xahiş edilmişdir. X4 Xidmətə müraciəti 140 gün sosial məzuniyyət ödənişini ala bilməməsi ilə bağlı olduğu halda, X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyində görə barəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilərək 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət təyin edilmişdir. Bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməyəcəyi, əks təqdirdə isə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməli olduğu qeyd edilmişdir. Həmin qərar 23 iyun 2025-ci il tarixdə tərəfindən qəbul edilmişdir. Hesab edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən barəsində qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə ona görə razı deyil ki, X1 Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə müraciətinin 140 gün sosial məzuniyyət ödənişini ala bilməməsi ilə bağlı olduğu halda, Xidmət əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulalaraq xitam verdildiyini əsas gətirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul etmişdir. Həmçinin “Naxçıvan Muxtar Respublikasının X3 Birliyi” X33 Müşahidə Şurasının 30 may 2025-ci il tarixli, 07 nömrəli əmri ilə 30 may 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “X39 Mərkəzi” X33 direktoru vəzifəsindən azad edildiyindən və haliyədə vəzifəli şəxs olmadığından 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarda qeyd edilən törədilmiş hüquqpozmanın 20 gün müddətində aradan qaldırılması səlahiyyəti xaricindədir. Məhkəmə iclasında iştirak etmiş şikayət verən şəxs X21 şikayət ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat vermiş, izahatında həmçinin bildirmişdir ki, Nazirlər Kabinetinin 28 fevral 2025-ci il tarixli qərarı ilə kənd-həkim ambulator tibb məntəqələri X12 Etmə Birliyi X33 tabeliyindən alınaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilmişdir. Bu zaman işçilərin yerdəyişməsi üçün onların əmək müqavilələrinə xitam verilməsi və onlarla yeni əmək müqavilələri bağlanması zərurəti yaranmışdır. Həmin müddətdə analıq məzuniyyətində olan işçiləri özləri çağırmış, danışıq aparmışlar. Həmkarlar İttifaqı Komitəsinə məktub yazılmış, həmin işçilərin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi ilə bağlı münasibət bildirilməsi xahiş edilmiş, cavab məktubunda yalnız Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işdən çıxarılma müavinətləri və xəbərdarlıq müddəti əvəzinə əlavə müavinətlərin ödənilməsi şərti ilə yol verilə biləcəyi qeyd edilmiş, həmin işçilərə kompensasiya ödənişi edilmişdir. X13 analıq məzuniyyəti pulunu ala bilməməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə müraciət etmiş, lakin Xidmət tərəfindən aparılmış araşdırma zamanı digər pozuntu, yəni X4 əmək müqaviləsinə düzgün xitam verilməməsi halı araşdırılmışdır. Həmin dövrdə Həmkarlar İttifaqı Komitəsinə məktub yazılaraq 385 nəfərin iş yeri dəyişdirilmişdir. 2 nəfər həmin vaxt analıq məzuniyyətində olmuşdur. Bu səbəbdən özləri ərizə yaza bilməmişlər. Həmkarlar İttifaqı Komitəsinə məktub yazılmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə riayət edilməklə iş yerləri dəyişdirilmişdir. Hazırda da həmin şəxslər Səhiyyə Nazirliyi tabeliyində işləyirlər. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X6 əmək müqaviləsinə düzgün xitam verilmədiyini bildirmiş, bu səbəbdən 29 may 2025-ci il tarixli, MN 21006331 nömrəli protokol tərtib edilmiş, 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 1500 manat məbləğində şərti cərimə edilmiş, pozuntunun aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilmişdir. Lakin, o, 20 may 2025-ci il tarixli, 07 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə müraciət etmiş, Xidmət tərəfindən müəyyən edilmiş müddətdə pozuntunun aradan qaldırılması imkanının səlahiyyətləri xaricində olduğunu bildirmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi tarixdə, eləcə də sonrakı müddətdə vəzifədə olmadığı üçün sözügedən inzibati xətanın subyekti deyil. İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X22 izahatında bildirmişdir ki, vətəndaş X4 01 may 2025-ci il tarixli müraciəti Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətində araşdırılarkən X5 analıq məzuniyyətində olmasına baxmayaraq, X21 tərəfindən işdən azad edildiyi, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verildiyi halları aşkar edilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuşdur. X2 İlqar Şamil oğlu tərəfindən 06 yanvar 2025-ci il tarixdə analıq məzuniyyətinə buraxılmışdır. X21 tərəfindən şəxsin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bununla da əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. AR Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən şəxslər göstərilmişdir ki, bu siyahıya hamilə və 3 yaşınadək uşağı olan qadınlar da daxildir. Bu səbəbdən X4 əmək müqaviləsinə xitam verilə bilməzdi. Yalnız AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilə bilərdi, lakin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmiş və əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bununla bağlı 29 may 2025-ci il tarixdə protokol tərtib edilmiş, həmin protokol əsasında 10 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, X14 inzibati cərimə şərti olaraq tətbiq edilmiş, pozuntunun aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilmişdir. 20 gün müddətdə X21 pozuntunu aradan qaldıra bilmədiyi üçün cərimə qərarı qüvvəyə minmişdir. X21 30 may 2025-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir ki, həmin gündə də şəxs işdə hesab edilir, halbuki müvafiq protokol 29 may 2025-ci il tarixdə qəbul edilmişdir. Yəni həmin tarixdə X23 vəzifəli şəxs statusunda olmuşdur. Hesab edir ki, qərar əsaslıdır, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin 10 iyun 2025-ci il tarixli, MN ******* "İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29 may 2025-ci il tarixli, MN 21006331 nömrəli protokoldan görünür ki, X36 X29 Şəxsin direktoru Vəliyev İlqar barəsində, vətəndaş T.Həsənovanın xx.xx.2025-ci il tarixli müraciəti X18 Xidmətində araşdırılarkən müəssisə tərəfindən təqdim olunan xx.xx.2025, xx.xx.2025ci il tarixli məlumat və sənədlərdən T.Həsənovanın sosial (analıq) məzuniyyətində olmasına baxmayaraq, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi, son haqq hesabının gecikdirilərək ödənildiyi müəyyən edilmiş, nəticədə X21 tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəisi X19 tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X4 xx.xx.2025-ci il tarixli müraciəti X18 Xidmətində araşdırılarkən müəssisə tərəfindən təqdim olunan xx.xx.2025, xx.xx.2025-ci il tarixli məlumat və sənədlərdən və T.Həsənovanın xx.xx.2025-ci il tarixli izahatından T.Həsənovanın sosial (analıq) məzuniyyətində olmasına baxmayaraq, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi, son haqq hesabının gecikdirilərək ödənildiyinin aşkar edildiyi əsas gətirilərək X9 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və şərti olaraq 1500 manat məbləğində cərimə tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən olunmuşdur. 20 may 2025-ci il tarixli, 07 nömrəli əmrdən görünür ki, X21 30 may 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “X36 Mərkəzi” publik hüquqi şəxsdə direktor vəzifəsindən azad edilmişdir. “X36 Mərkəzi” X33 Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı 07 aprel 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Naxçıvan Muxtar Respublikasının X3 Birliyi” X33 Müşahidə Şurasının xx.xx.2025-ci il tarixli qərarına əsasən “X36 Mərkəzi” X33 yeni ştat cədvəli təsdiq olunmuşdur. Yeni ştat cədvəlinə uyğun olaraq işçiləri yerləşdirən zaman bəzi əməkdaşların əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi zərurəti yaranmışdır. Həmin şəxslərin (X15, X16, X10, X7) ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi ilə bağlı münasibət bildirilməsi xahiş edilmişdir. 13 yanvar 2025-ci il tarixli, 30 nömrəli əmrdən görünür ki, “X36 Mərkəzi” X33 tabeliyində fəaliyyət göstərən Gənzə kənd hakim ambulatoriyasında sahə tibb bacısı vəzifəsində işləyən X13 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək doğuşdan əvvəl və sonrakı analıq məzuniyyətinə buraxılması əmr edilmişdir. 07 aprel 2025-ci il tarixli, 495 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edilməsi ilə əlaqədar olaraq X7 xx.xx.2025-ci il tarixdən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləvğ edilməsi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının 1 misli və 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli miqdarında işdən çıxarma müavinəti ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən 29 may 2025ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, X21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İnzibati tənbeh vermə haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* saylı qərara əsasən vətəndaş X4 xx.xx.2025-ci il tarixli müraciəti X18 Xidmətində araşdırılarkən müəssisə tərəfindən təqdim olunan xx.xx.2025, xx.xx.2025-ci il tarixli məlumat və sənədlərdən T.Həsənovanın sosial (analıq) məzuniyyətində olmasına baxmayaraq, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi, son haqq hesabının gecikdirilərək ödənildiyinin aşkar edildiyi əsas gətirilərək X9 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və şərti olaraq 1500 manat məbləğində cərimə tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iş materallarından aydın olur ki, 29 may 2025-ci il tarixli, MN 21006331 nömrəli protokola əsasən 10 iyun 2025-ci il tarixli qərarla X14 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və ona hüquqpozmanı 20 gün ərzində aradan qaldırmaq tələbi irəli sürülmüşdür. Lakin, X21 30 may 2025-ci il tarixli, 07 nömrəli əmrlə “X36 Mərkəzi” X33 direktoru vəzifəsindən azad azad edilmişdir. Qərarın qəbul edildiyi tarixdə, yəni 10 iyun 2025-ci il tarixdə X21 artıq vəzifəli şəxs olmamış və hüquq pozuntusunu aradan qaldırmaq imkanından məhrum olmuşdur. Bu vəziyyətdə şəxsə qarşı məsuliyyətin saxlanılması hüquqi baxımdan əsassız hesab edilməlidir. İnzibati xətalara görə məsuliyyətin əsas prinsiplərindən biri ondan ibarətdir ki, şəxs törətdiyi əmələ görə yalnız səlahiyyətləri daxilində cavabdeh ola bilər. Hüquq pozuntusunun aradan qaldırılması mümkün olmadığı halda inzibati məsuliyyətin saxlanılması ədalət prinsipinə zidd hesab olunmalıdır. Göründüyü kimi barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs- X21 qərarın qəbul edildiyi vaxtda, eləcə də hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş 20 gün müddətdə müvafiq vəzifədə olmamışdır. Bununla, məhkəmə hesab edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə əsassız qərar qəbul edilmişdir. Belə ki, müvafiq hallar araşdırılmamış, 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarın qəbul edilməsi zamanı hüquqpozmanın subyekti olan şəxsin- X9 faktiki olaraq artıq həmin vəzifədə olmaması halı nəzərə alınmamış, qərarın icrası isə həmin şəxsin səlahiyyəti çərçivəsində olmamışdır. Eyni zamanda inzibati xəta ilə bağlı sübutların yetərincə qiymətləndirilməsi və əmək münasibətlərinin hüquqi təhlili tam şəkildə araşdırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin səlahiyyətli şəxsi iş üzrə zəruri faktları tam araşdırmadığından İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsində nəzərdə tutulan hal mövcuddur: səlahiyyətli vəzifəli şəxs olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin vəzifəli şəxsi gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Ona görə də şikayət verən şəxs X9 şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən X21 barəsində qəbul edilmiş 10 iyun 2025-ci il tarixli MN ******* saylı “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” qərar ləğv edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən iş yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(089)-52/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-52/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver