Məhkəmə qərarları › İş №3(089)-53/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-53/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-53/2023 17.08.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru Vüsal Kərimovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxsxx.xx.1962- ci ildə Culfa rayon Kırna kəndində doğulmuş, Culfa rayon Kıma kəndində qeydiyyatda olan və yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 17 avqust 2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 013176 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Tələbkarlar "xxxx" ASC-nin və "xxxx" ASC-nin Şəxs qarşı pul tələblərinə dair Culfa Rayon Notariat Ofisinin 8i-196 nömrəli, xx.xx.2022-ci il tarixli və Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-82/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə 11907.67 manat əsas borc, 0.02 manat məbləğində cərimə peniya və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11932.63, manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə və Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-82/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli xx.xx.1962-ci ildə Culfa rayon Kırna kəndində doğulmuş, Culfa rayon Kırna kəndində qeydiyyatda olan Şəxs 513.81 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X2" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru Vüsal Kərimov təqdimatı müdafiə edərək izahatında bildirmişdir ki, Culfa Rayon Notariat Ofisinin 8i-196 nömrəli, xx.xx.2022-ci il tarixli və Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-82/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə 11907.67 manat əsas borc, 0.02 manat məbləğində cərimə peniya və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11932.63, manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə və Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-82/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 513.81 manat pul vəsaitinin "X2" ASC-nin xeyrinə tutularaq icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədləri 06.01. 2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlrdə icraata qəbul edilmişdir Qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs kreditin ödənilməsindən yayınmış, 11932.63 manat "xxxx" ASC-yə, "X2" ASC-yə 513.81 manat borcu var. Borclu Şəxs tələbin təmin olunması barədə dəfələrlə xəbərdarlıq olunmuş, tələbin təmin edilməsi üçün müddət müəyyən edilmiş, Lakin borclu Şəxs tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Culfa Rayon Notariat Ofisinin 8i-196 nömrəli, xx.xx.2022-ci il tarixli və Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-82/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə 11907.67 manat əsas borc, 0.02 manat məbləğində cərimə peniya və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11932.63, manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə və Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-82/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi 06.01. 2023-cü il tarixdə icraata qəbul edilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 06 yanvar 2023-cü il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi təklif edilmiş. İcra sənədləri icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icraata başlamaq haqqında qərarların surəti, tələbin könüllü icrası barədə bildirişlər ona göndərilmiş, tələbin icrasının könüllü təmin edilməsi təklif edilmiş, tələblər könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Tələbkara kredit borcunu ödəməmiş, hazırda 11932.63 manat "xxxx" ASC-yə və 513.81 manat "X2" ASC-yə borcu var. İşləmir, qazancı yoxdur. Uşaqları onu maraqlandırır, lakin maddi imkanı olmadığından kredit borcunu ödəyə bilmir. İcra məmuru tərəfindən dəfələrlə icra bölməsinə dəvət edilmiş, kredit borcunun ödənilməsi üçün bir neçə dəfə ona vaxt müəyyən edilmiş, lakin kredit borcunu ödəməmişdir. Kredit borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs kredit borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 10 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 17 avqust 2023-cü il, saat 17:30-dan hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar