Məhkəmə qərarları › İş №3(089)-53/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-53/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-53/2024 09.10.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- 09 avqust 1993-cü il tarixdə Babək rayonunun Çeşməbasar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 4 uşaq anası, işsiz, inzibati məsuliyyətə cəlb edilməmiş, Culfa rayonunun Qızılca kəndində yaşayan-barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 07 oktyabr 2024-cü il tarixdə Culfa rayon Polis şöbəsinin Cinayət Axtarışı bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Şahid1 Culfa rayon Qızılca kəndində yaşadığı evin həyətindəki qaraja Şəxs tərəfindən əvvəlcədən yerləşdirdiyi və Şahid1 Qızılca kəndində yerləşən evinin qarajına baxış keçirilən zaman qarajdakı boya qabının altına qoyulmuş 1 ədəd sellofana bükülmüş büküm aşkar edilərək götürülmüş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, Şahid1 onun keçmiş baldızıdır. Onu 2008-ci ildə keçmiş həyat yoldaşı X6 ilə evlənən zaman tanımışdır. Bu evlilikdən 2 qız, 2 oğlan övladı doğulmuş, 2016-cı ildə Şükür Əhmədovla aralarında olan nikah pozulmuşdur. Uşaqlar Culfa rayon Məhkəməsinin qərarı ilə onun himayəsinə verilmişdir. Bundan sonra o uşaqları ilə birlikdə Babək rayonunun Çeşməbasar kəndində atasına məxsus evdə yaşamışdır. 2023-cü ilin mart ayında o Türkiyə Respublikasında olan zaman keçmiş qayınanası X5, keçmiş baldızı Şahid1 ilə birlikdə 2 övladını ondan və ailəsindən xəbərsiz Culfa rayonunun Qızılca kəndinə aparmışlar. 2024cü ilin avqust ayının 5-də böyük qızı Əhmədli İlknur və oğlu Şahid3 onun yaşadığı İqdır şəhərinə gəlmişlər. Təxminən 3 gün sonra qızı İlknurun telefonu olduğunu görmüş, telefona baxmış, qızının “Gmail” adresində Hüseyn Məmmədov adını görmüşdür. X4 kəndində molla olduğunu öyrənmişdir. Zeynəblə bu məsələyə görə mübahisə etmiş və and içərək, özünə söz vermişdir ki, Şahid1 məsuliyyətə cəlb etdirəcək. Təxminən 6 ay əvvəl tanıdığı Türkiyə Respublikasının vətəndaşı Cem Şair adlı şəxsdən xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərində Sabir küçəsində sellofan torbaya bükülü olan marixuana adlı narkotik maddəni almış və bunun qarşılığında ona heç nə verməmişdir. O narkotik vasitəni Cem Şairdən aldıqdan sonra Cem Şair oradan Türkiyə Respublikasına getmək üçün yola düşmüş, özü isə yaşadığı Babək rayonunun Çeşməbasar kəndinə getmişdir. Təxminən saat 20:00 radələrində taksi sifariş etmiş, Culfa rayonunun Qızılca kəndinə yola düşmüş, Zeynəb və ailəsinin toy mərasimində olduğunu bildiyi üçün həmin günü seçmişdir. Qızılca kəndinə çatdıqdan sonra Zeynəbin evinin yerləşdiyi həyətə, sonra isə həyətdəki qaraja daxil olmuş, orada üzərində olan, sellofana bükülmüş narkotik maddə marixuananı boya qabının altına qoymuş və oradan ayrılmışdır. Bir gün sonra yəni, xx.xx.2024-cü il tarixdə Culfa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, Şahid1 evinin yerləşdiyi həyətdəki qarajda narkotik maddə saxladığı barədə məlumat vermişdir. Şəxs izahatında həmçinin hərəkətindən çox peşiman olduğunu, əvvəllər inzibati xəta törətmədiyini, 4 uşağının olmasını bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 ifadəsində bildirmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında Culfa rayon Qızılca kəndində qeydiyyatda olan və yaşayan 1994-cü il təvəllüdlü Şahid1 Culfa rayonunun Qızılca kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən qaraj hissəsinə baxış keçirilmiş, keçirilən baxış zamanı qarajda boya qabının altında 01 ədəd şəffaf sellofana bükülü vəziyyətdə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, götürülmüş kütlənin Şahid1 məxsus olub-olmadığı soruşulmuş, lakin Şahid1 cavabında həmin kütlədən xəbərinin olmadığını və özünə məxsus olmadığını bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin narkotik vasitə olan bükümü oraya Şəxs qoymuşdur. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 Şahid2 ilə eyni məzmunda izahat vermişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli, 1217 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “İştirak etdi: imza Şahid3; Təqdim etdi: imza R.Həbibov; Təhvil aldı: imza E.Məmmədov” ad, soyad və imzalar (03 İmza) olan VƏ Üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN CULFA RAYON POLİS ŞÖBƏSİ ZƏRFLƏR ÜÇÜN” dairəvi möhür əksi vurulmuş ağ dördkünc kağız parçası 02 yerdən yapışdırılmış vəziyyətdə 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 1,237 qram olan yaşılımtıl rəngli, spesifk iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərasizində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (İ siyahı İ bənd sıra №146) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.1-ci maddəsinə görə narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin l siyahısının l bəndinin 146-cı sırasında qurudulmuş marixuana narkotik vasitəsi qeyd edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İ siyahıya əsasən narkotik vasitə olan qurudulmuş marixuananın 5 qramadək olan miqdarı az miqdara aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, X3 az miqdarında qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə X2 inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır . İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, dörd uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iş üzrə maddi sübutun taleyi ilə bağı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Culfa rayon Polis Şöbəsində saxlanılan 1.187 qram qurudulmuş marixuana narkotik vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materialları əlavə edilmiş tutma barədə protokoldan müəyyən olunur ki, Şəxs 07 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 oktyabr 2024-cü il tarixdə, saat 16:00-da azad edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Culfa rayon Polis Şöbəsində saxlanılan 1.187 qram qurudulmuş marixuana narkotik vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar