Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-54/2023 28.08.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 qızının iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxx 1974-cü il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan. barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 2 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 01 avqust 2023-cü il tarixdə idarə etdiyi 90FJ262/99ZF247 dövlət nömrə nişanlı “DAF XF480” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən, nəqliyyat vasitəsi Culfa Gömrük postunda yoxlanılmış, nəqliyyat vasitəsinin yataq yerinin döşəməsinin altından 51 ədəd rezin şlamq, 25 ədəd enjektor iynəsi, 40 ədəd forsunka iynəsi, 9 dəst paylayıcının salnikləri olmaqla avtomobil ehtiyat hissələri aşkar edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır, 30 ildir ki, sürücü işləyir. Əsasən Bakı-Naxçıvan və əks istiqamətində yük daşımaları ilə məşğul olur. Halhazırda 90FJ262 nömrəli yük nəqliyyat vasitəsində sürücü olaraq işləyir.xx.xx.2023-cü il tarixində həmin nəqliyyat vasitəsi ilə Bakı şəhərindən yük gətirmək üçün yola düşmüş, səhər saatlarında İran İslam Respublikasına oradan da Bakı şəhərinə getmək üçün “Culfa” gömrük postuna ölkədən çıxış üçün yaxınlaşmışdır. İdarə etdiyi yük nəqliyyat vasitəsini qeydiyyata aldırdıqdan sonra gömrük əməkdaşları yoxlama üçün nəqliyyat vasitəmə yaxınlaşmış, ondan nəqliyyat vasitəsində bəyan edilməli və ya qadağan olunmuş hər hansı bir pretmet olub-olmadığını soruşduqda o, heçnə olmadığını bildirmişdir. Sonra videoçəkiliş aparılmaqla Culfa Gömrük buraxılış məntəqəsində iki nəfər hal şahdinin iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirilmiş və nəqliyyat vasitəsinin yataq yerinin döşəməsinin altından 51 ədəd rezin şlamq, 25 ədəd enjektor iynəsi, 40 ədəd forsunka iynəsi, 9 dəst paylayıcının salnikləri olmaqla avtomobil ehtiyat hissələri aşkar edilib götürülmüş, bu barədə protokol tərtib edilmiş, protokolu imzalamışlar. Şəxs izahatında onu da bildirmişdir ki, malların gömrük nəzarətindən gizlədilməklə keçirməyin qadağan olduğunu əvvəlcədən bilmiş, ehtiyat hissələrin gömrük nəzarətindən keçirmək üçün nəqliyyat vasitəsində gizlətmişdir. Hərəkətlərindən çox peşmandır, aşağı həddə cərimə edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 izahatında bildirmişdir ki, təxminən 18 il müddətdir ki, gömrük orqanlarında xidmət edir. Hal-hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun böyük inspektoru vəzifəsində çalışır. Gömrük xidməti mayoru xüsusi rütbəsi daşıyır. xx.xx.2023-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq xidmətdə olarkən “Culfa” gömrük postunun yük nəqliyyat vasitələrinin müayinəsi postuna ölkədən çıxış istiqamətində hərəkət edən Azərbaycan Respublikasına məxsus bir yük nəqliyyat vasitəsi yaxınlaşdıqda o, sürücüyə yaxınlaşıb biraz söhbət etmiş, sonra ona məlum olmuş ki, Azərbaycan vətəndaşı olan Şəxs adlı sürücü idarə etdiyi 90FJ262/99ZF247 qeydiyyat nişanlı “DAF XF480” markalı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının ərazisindən İran İslam Respublikasına ordan da Bakı şəhərinə getmək istəyir.H.Kəngərli sürücü ilə biraz söhbət etdikdən sonra sürücünün hərəkət və davranışları onda şübhə yaratdığı üçün o, həmin yük nəqliyyat vasitəsini əsaslı yoxlama qərarı almışdır. Yoxlamada iştirak etməsi və videoçəkiliş aparması üçün həmin vaxt xidmətdə olan gömrük əməkdaşı Novruzov Şaiqi dəvət etmiş, yoxlama başlamazdan əvvəl sürücüyə hüquq və vəzifələri barədə məlumat vermiş, idarə etdiyi yük nəqliyyat vasitəsində gömrüyə bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet olub-olmadığını soruşmuşdur. Sürücü bəyan etməli və ya gizlədilmiş heçnə olmadığını bildirdikdən sonra o, həmin yük nəqliyyat vasitəsini videoçəkiliş aparılmaqla yoxlama zamanı nəqliyyat vasitəsinin kəbinində yatağın alt hissəsində gizlədilmiş 2 ədəd politelen torbanın içində 51 ədəd rezin salnik, 25 enjektor iynəsi, 40 farsunka iynəsi və 9 dəst paylayıcının salnikləri olmaqla avtomabil ehtiyyat hissələri aşkar etmişdir. Daha sonra yoxlama barədə müvafiq protokol tərtib edilmiş və şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak etmiş şahid X3 izahatında bildirmişdir ki, təxminən 12 il müddətdir ki, gömrük orqanlarında xidmət edir. Hal-hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun baş inspektoru vəzifəsində çalışır. Gömrük xidməti mayoru xüsusi rütbəsi daşıyır. xx.xx.2023-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq xidmətdə olarkən onunla eyni növbədə çıxış istiqamətində yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmət aparan gömrük əməkdaşı Kəngərli Hidayət ona yaxınlaşaraq İran İslam Respublikasına ölkədən çıxış istiqamətində hərəkət edən bir yük nəqliyyat vasitəsini əsaslı yoxlama qərarına gəldiyini və yoxlamada onun da iştirak etməyini, həmçinin yoxlama zamanı videoçəkiliş aparmağı üçün ona kömək etməyini xahiş etdikdən sonra onlar Hidayətlə birlikdə yoxlama aparılacaq yük nəqliyyat vasitəsinin yanına yaxınlaşaraq, Hidayət sürücünü ona təqdim etmiş, bu zaman sürücünün Azərbaycan Respublikası vətəndaşı olduğu və ad soyadının isə Şəxs olduğu ona məlum olmuşdu. Daha sonra Hidayət yoxlamaya başlamış və o da həmin yoxlamanı mobil telefonun kamerası vasitəsi ilə videoçəkiliş aparmaqla qeydiyyata almişdır. Hidayət ilk əvvəl sürücüdən idarə etdiyi nəqliyyat vasitəsinə qadağan olunmuş hər hansı bir predmetin olubolmadığını soruşduqda sürücü qadağan olunmuş heçnə olmadığını bildirdikdən sonra Hidayət Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 90FJ262/99ZF247 dövlət qeydiyyat nişanlı, “DAF XF480” markalı yük nəqliyyat vasitəsinin kəbinində yatağın alt hissəsində gizlədilmiş 51 ədəd rezin salnik, 25 enjektor iynəsi, 40 farsunka iynəsi və 9 dəst paylayıcının salnikləri olmaqla avtomabil ehtiyyat hissələri aşkar edilmişdir. Daha sonra müvafiq protokol tərtib edilmiş və Şəxs tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs idarə etdiyi 90FJ262/99ZF247 qeydiyyat nişanlı “DAF XF480” markalı yük nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin yataq yerinin döşəməsinin altından 51 ədəd rezin şlanq, 25 ədəd enjektor iynəsi, 40 ədəd forsunka iynəsi, 9 dəst paylayıcının salnikləri olmaqla avtomobil ehtiyat hissələri aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 14 avqust 2023-cü il tarixli, 759 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 51 ədəd rezin salnik, 25 enjektor iynəsi, 40 farsunka iynəsi və 9 dəst paylayıcının salnikləri olmaqla avtomabil ehtiyyat hissələri istifadəyə yaralıdır, ümumi orta bazar qiyməti təxminən 4345.00 manat müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “ İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübut, 51 ədəd rezin şlanq, 25 ədəd enjektor iynəsi, 40 ədəd forsunka iynəsi, 9 dəst paylayıcının salnikləri olmaqla avtomobil ehtiyat hissələri Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs 4345 (dörd min üç yüz qırx beş) manat məbləğində malın dəyərinin 50 (əlli) faizi məbləğində, yəni 2172.50 (iki min yüz yetmiş iki manat əlli qəpik) manat cərimə edilsin. Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübut, 51 ədəd rezin salniq, 25 ədəd enjektor iynəsi, 40 ədəd farsunka iynəsi, 9 dəst paylayıcının salnikləri olmaqla avtomobil ehtiyat hissələri qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim əvəzi:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(089)-54/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-54/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver