Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-54/2025 14.08.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Culfa Rayon Polis Şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs:- xx xxxxxxxx 1998-ci il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs 17 iyul 2025-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı ünvanda atası Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, sonuncunu itələyərək beton örtüklü yerə yıxmış, bədəninə xəsarət yetirmişdir. Barəsində 14 avqust 2025-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilmişdir. Culfa rayon polis şöbəsinin istintaq və təhqiqat qrupunun müstəntiqi, polis kapitanı X5 08 avqust 2025-ci il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti Culfa Rayon Polis X2 bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilmiş, izahatında bildirmişdir ki, təxminən 7 il olar ki, atası və anası boşanmışdır. Boşandıqdan sonra anası, bacısı və o birlikdə Türkiyəyə getmiş, orada yaşamağa başlamışlar. Təxminən 1 il olar ki, anası ilə o Türkiyədən qayıdıb gəlmişlər, o öz ailəsini Türkiyəyə göndərmiş, özü Bakı şəhərinə işləməyə getmişdir. Anası Şahid isə atası ilə birlikdə yaşamağa başlamış, bu müddət ərzində atasının evə baxmağı, vaxtlı-vaxtında komunalları ödəməyi, evə ərzaq alması üçün pul göndərsə də, atasının həmin pulları topazda xərcləməyi səbəbindən anası ilə aralarında yenidən sözlü mübahisələr baş verməyə başlamışdır. Anası zəng etmiş, bu barədə ona məlumat vermiş və o, 15 iyul 2025-ci il tarixdə Culfa şəhərinə gəlmişdir. Valideynləri ilə yaşadığı 2 gün ərzində atasının etdiyi hərəkətlərə şahidlik etmiş, həqiqətən də evə baxmadığını görmüş, anası Şahid ilə buna görə mübahisələr etmiş, evdən çıxarmaq istədiyini, ona qarşı nalayiq ifadələr işlətdiyini görmüşdür. Onun arvadı Mizgin Çelik anası ilə atasının münasibətini görümüş, o, Bakı şəhərində olan zaman küsərək övladları ilə birlikdə Türkiyəyə getmişdir. O, Culfa şəhərinə gələndən sonra alası Zərərçəkmiş şəxs arvadı ilə əlaqəsinin olduğunu və onunla telefon vasitəsilə danışdığını görmüş, o atasının pis niyyətlə danışmağını nəzərdə tutmadığını və onun nəvələri üçün əlaqə saxladığını bilmiş, atasına əlaqəni kəsməsini əvvəlcədən bildirmişdir. Buna görə 17 iyul 2025-ci il tarixdə səhər saat 08:00 radələrində atası Zərərçəkmiş şəxsla aralarında sözlü mübahisə baş vermiş, atası həmin vaxt evdən çıxıb bazara işə getmiş, günorta saat 13:00 radələrində atası Zərərçəkmiş şəxs evə gəlmiş, ona və anasına qarşı nalayiq ifadələr işlətdiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı o atası Zərərçəkmiş şəxs sinəsindən geri itələmiş və atası Zərərçəkmiş şəxs beton örtüyün üzərinə yıxılmış, bundan sonra ona əlini vurmamış və ya başqa formada xəsarət yetirməmişdir. Anası Şahid onu götürüb evə aparmış, bundan sonra atası polisə müraciət elmişdir. Mübahisə zamanı o, atası və anasından başqa orada kimsə olmamış, mübahisə zamanı atası Zərərçəkmiş şəxs onu və anasını vuraraq xəsarət yetirməmişdir. Hərəkətlərindən peşmandır. Ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, təxminən 8 il olar ki, o və keçmiş arvadı Şahid aralarında olan fikir ayrılıqlarına və mübahisələrə görə məhkəmə qaydasında boşanmışlar, Boşandıqdan sonra arvadı uşaqları ilə birlikdə Türkiyədə yaşamış, təxminən 1 il olar ki X3yıdıb gəlmiş, yaşamağa yeri olmadığı üçün onun evinə gəlmiş və uşaqlarda gələndə yaşamağa yeri olmadığından onun evində yaşamaq islədiyini ona bildirmişdir. O da insanlıq etmiş, yaşadığı mənzildə yaşamağına icazə vermiş, bundan sonra Şahid onunla mübahisə edərək onu evdən çıxarmaq istəyib evi özünə mülk elməyə çalışmış, buna görə məhkəməyə müraciət elmiş, onu da məhkəməyə dəvət etmişlər və o evində keçmiş arvadı Şahid yaşamağını istəmədiyini bildirmişdir. Bundan sonra Şahid mənzilindən çıxmasını tələb elmiş, lakin neçə müddətdir ki, o, evindən çıxmasını tələb etsə də, Şahid mənzilindən çıxmamışdır. Oğlu Şəxs Bakı şəhərindən gəlmiş, onlarla birlikdə yaşamış, mənzil üstündə olan mübahisələr yenə də davam etmişdir. Buna görə 17 iyul 2025-ci il tarixdə səhər saat 08:00 radələrində oğlu Şəxs və arvadı Şahid ilə aralarında sözlü mübahisə baş vermiş, o həmin vaxt evdən çıxıb, bazara işə getmiş, günorta saat 13:00 radələrində evə gəlmiş və həmin vaxt yenə oğlu Şəxsla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı oğlu Şəxs onu itələmiş, beton örtüyün üzərinə yıxmış və üz nahiyyəsi beton örtüyə çırpılaraq müxtəlif bədən xəsarətləri almış, bu zaman keçmiş arvadı Şahid onları aralaşdırmışdır. Bundan sonra o polisə müraciət etmişdir. Oğlu Şəxsi hərəkətlərinə görə bağışlamır, qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş şahid X9 izahatında bildirmişdir ki, Culfa şəhərində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə rəsmi nikahları pozulsa da bir evdə yaşamışlar. Aralarında problemlər olmuşdur. 17 iyul 2025-ci il tarixdə səhər saat 08:00 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs onunla və oğlu Şəxsla aralarında sözlü mübahisə baş vermiş, Zərərçəkmiş şəxs həmin vaxt evdən çıxıb, bazara işə getmiş, günorta saat 13:00 radələrində evə gəlmiş və həmin vaxt yenə oğlu Şəxsla aralarında mübahisə yaranmışdır. Bir-birilərinin yaxasından yapışmışlar, daha sonra Şəxs yerə yıxılmışdır. Şəxs Zərərçəkmiş şəxs yerə yıxmağının şahidi olmuşdur. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon Polis Şöbəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, ünvan 2 ünvanında Zərərçəkmiş şəxs və Şəxs arasında ailə münasibələri zəminində mübahisə baş vermiş, Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmiş, sonuncunun şikayəti əsasında hadisə yerinə getmişlər, tərəflər Şöbəyə dəvət edilmiş, İstintaq və Təhqiqat Qrupunda araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş, protokol tərtib edilərək toplanmış material Culfa Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi, orqanın nümayəndəsini, şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından, məhkəmə tibbi ekspertizasının 18 iyul 2025-ci il tarixli, 166 saylı rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər- Sol qaş, sol alt göz qapağı, başın sağ alın nahiyyələrinin və döş qəfəsin arxa sağ səthinin qançırları, sağ dirsək oynağı, sağ bazu, qarın nahiyyələrinin, çiyin qurşağının və döş qəfəsin arxa sağ səthinin sıyrıqları, bərk küt əşya təsirindən törənmişdir, eləcə də digər şəxs tərəfindən itələnərək arxası üstə yıxılması nəticəsində törənmələri inkar olunmur, xəsarətllərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər inzibati xəta törətməməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(089)-54/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-54/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver