Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-55/2025 25.08.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx.xx.1978-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 05 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 30 iyun 2025-ci il tarixdə saat 17:47-də “Culfa” gömrük postu vasitəsilə Naxçıvan-Bakı istiqamətində “dəmir qırıntısı” yükü ilə daxili daşınma üzrə hərəkət edərkən idarə etdiyi 99CA545/99ZA901 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi daxil olmuş əməliyyat məlumatı əsasında gömrük nəzarət xəttində videoçəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsindəki “mineral su (sirab)” yükünün içərisində gizlədilmiş, gömrük nəzarətinə bəyan edilməyən 2 ədəd “KATALLİA 0.75L” markalı qırmızı şərab, 36 ədəd “OSCAR 1L”, 35 ədəd yaşıl rəngli “ORGANİC 1L, 27 ədəd göy rəngli N1 ORGANİC 1L” markalı olmaqla, ümumilikdə 100 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası olan spirtli içkilər aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun böyük inspektoru vəzifəsində çalışır. 30 iyun 2025-ci il tarixində gündəlik iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunun çıxış istiqamətində yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən Baş İdarənin Skanlaşdırma şöbəsinin “Culfa” gömrük postunda xidmət edən əməkdaşları ona zəng etmiş, rentgen yoxlamasından keçən Azərbaycan Respublikasına məxsus 99CA545/99ZA901 dövlət qeydiyyat nişanlı “DAF” markalı yük nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərin arasında şübhəli təsvirlər göründüyünü və həmin yük nəqliyyat vasitəsinə yoxlama keçirilməli olduğunu bildirmişlər. O həmin yük nəqliyyat vasitəsinə yaxınlaşmış və bu zaman sürücüsünün Azərbaycan Respublikasının vətəndaşı Şəxs adlı şəxs olduğu məlum olmuşdur. O Həmin yük nəqliyyat vasitəsinə yoxlama keçirmək üçün anbara aparmış, daha sonra yoxlamada iştirak etməsi və yoxlamanı videoçəkiliş vasitəsilə qeydə alması üçün postun əməkdaşı Şahid1 dəvət etmişdir. Rəşad tərəfindən videoçəkiliş aparılmaqla keçirdiyi yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsindəki “mineral su (sirab) yükünün içərisində gizlədilmiş 2 ədəd “KATALLİA 0.75L” markalı qırmızı şərab, 36 ədəd “OSCAR 1L”, 35 ədəd yaşıl rəngli “ORGANİC 1L, 27 ədəd göy rəngli N1 ORGANİC 1L” markalı olmaqla, ümumilikdə 100 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmış spirtli içkilər aşkar etmişdir. Yoxlama bitdikdən sonra protokol tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 da Şahid2 ilə eyni məzmunda izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 30 iyun 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 30 iyun 2025-ci il tarixdə “Culfa” gömrük postu vasitəsilə Naxçıvan-Bakı istiqamətində daxili daşınma üzrə hərəkət edən “mineral su (sirab) yükü aparan Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2019-cu il tarixdə verilmiş C02492549 nömrəli pasportun sahibi, xx.xx.1978-ci il təvəllüdlü Şəxs idarə etdiyi 99CA545/99ZA901 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi daxil olmuş əməliyyat məlumatı əsasında ətraflı baxış keçirilməsi üçün X-Ray rentgen qurğusuna yoxlamadan keçməyə göndərilmiş, yoxlama zamanı şübhəli təsvirlər aşkar edildiyindən, “Culfa” gömrük postunun inspektoru Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin qoşqu hissəsindəki “mineral su (sirab)” yükünün içərisində gizlədilmiş, gömrük nəzarətinə bəyan edilməyən 2 ədəd “KATALLİA 0.75L” markalı qırmızı şərab, 36 ədəd “OSCAR 1L”, 35 ədəd yaşıl rəngli “ORGANİC 1L, 27 ədəd göy rəngli N1 ORGANİC 1L” markalı olmaqla, ümumilikdə 100 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası olan spirtli içkilər aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçüngömrük ərazisinə gətirilən1,5litr alkoqollu içki (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş X2 tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, NQM 012-07/25 nömrəli hesabatdan görünür ki, qiymətləndirmə prosesi zamanı Naxçıvan Muxtar Respublikasının ərazisində qanunsuz yolla daxil olmuş spirtli içki məhsullarının “qara bazarda” topdan və pərakəndə satış qiymətləri üzrə araşdırmalar aparılmışdır. Bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullar üzrə keyfiyyət və digər standartlar araşdırma predmetinə daxil edilməmişdir. Ekspertizaya təqdim edilən 2 ədəd “KATALLİA 0.75L” markalı qırmızı şərab, 36 ədəd “OSCAR 1L”, 35 ədəd yaşıl rəngli “ORGANİC 1L, 27 ədəd göy rəngli N1 ORGANİC 1L” markalı olmaqla, ümumilikdə 100 ədəd Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmış spirtli içkilərin aşkar olunduğu tarixə ayrı-ayrılıqda və ümumilikdə dəyəri aşağıdakı kimidir: “Katallia markalı qırmızı şərab 0.75L” markalı spirtli içkinin bir ədədinin bazar dəyəri 8 manat, ümumi bazar dəyəri- 2 ədəd- 16.00 manat; “Oscar arağ 1L” markalı spirtli içkinin bir ədədinin bazar dəyəri 11 manat, ümumi bazar dəyəri- 36 ədəd- 396.00 manat; “Organic yaşıl rəngli 1L” markalı spirtli içkinin bir ədədinin bazar dəyəri 12.50 manat, ümumi bazar dəyəri- 35 ədəd- 437.50; “N1 Organic göy rəngli 1L” markalı spirtli içkinin bir ədədinin bazar dəyəri 12.50 manat, ümumi bazar dəyəri- 27 ədəd- 337.50 manat, ümumi orta bazar dəyəri – 1187.00 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 100 ədəd spirtli içki müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, 2 ədəd “KATALLİA 0.75L” markalı qırmızı şərab (bir ədədinin qiyməti 8 manat), 36 ədəd “OSCAR 1L” markalı (bir ədədinin qiyməti 11 manat), 35 ədəd yaşıl rəngli “ORGANİC 1L” markalı (bir ədədinin qiyməti 12.50 manat), 27 ədəd göy rəngli “N1 ORGANİC 1L” markalı (bir ədədinin qiyməti 12.50 manat) spirtli içki müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim əvəzi: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(089)-55/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-55/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver