Məhkəmə qərarları › İş №3(089)-56/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-56/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-56/2025 01.09.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Allahverdili Şəkər Rəhman qızının katibliyi, şikayət vermiş şəxs X2 vəkili Vəkil iştirakı ilə, X2 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin MN ******* nömrəli, 04 avqust 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 1500.00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarla tanış olduqdan sonra ona aydın olmuşdur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən 1500.00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir: Maddə 469-1. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasma, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasma görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İlk olaraq qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Barəsində qəbul edilən inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, inzibati xəta faktı 24 iyul 2025-ci il tarixdə aşkar edilmiş və həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, 23 iyul 2025-ci il tarixdə "Paşa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti” ilə aralarında bağlanmış PH**********-nömrəli sığorta müqaviləsi əsasında işçisi olan 6 nəfəri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təmin etmişdir. Yuxarıda qeyd edilən xüsusatlardan aydın görünməkdədir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən və həmin protokol üzrə inzibati tənbeh tətbiq etmə haqqında müvafiq qərar qəbul edilən zaman xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə onun işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təmin etdirdiyinə dair Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yamnda X6 Xidmətinə elektron qaydada ünvanladığı xx.xx.2025ci il tarixli məktub diqqətdən yayınmış və nəticə etibarilə əsassız olaraq inzibati tənbeh tədbirinə məruz qalmışdır. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Qeyd olunan maddənin təfsirindən aydın görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb olunmasının yəni inzibati xəta faktının aşkar edilməsinin ilkin mərhələsi kimi inzibati xəta haqqında protokol tərtib edilən, eləcə də şəxsin barəsində inzibati tənbeh növü tətbiq olunan zaman şəxsin inzibati xətanın törədilməsində təqsiri müəyyən olunmalı, sübuta yetirilməlidir. Göründüyü kimi barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı onun işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təmin etdiyinə dair müvafiq sığortacı-Paşa Həyat ASC ilə bağlanmış xx.xx.2025-ci il tarixli, PH**********-nömrəli sığorta müqaviləsi barədə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktub-məlumat nəzərdən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X3 və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X5 və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında iştirak etmiş şikayət verən şəxs X2 vəkili Vəkil şikayət ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat vermiş, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, şikayət verən şəxs X2 vəkili Vəkil izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 04 avqust 2025-ci il tarixli, MN ******* saylı "İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 24 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən ƏƏSMN-ə məxsus MEİS-də aparılmış monitorinq zamanı işəgötürən X5 tərəfindən 6 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması halları müəyyən edilmiş, nəticədə X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, tərtib edilmiş 24 iyul 2025-ci il tarixli, ******* nömrəli protokola əsasən X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 23 iyul 2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, X5 tərəfindən İcbari Sığorta Bürosuna 501.60 manat məbləğində sığorta ödənişi edilmişdir. X5 tərəfindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə elektron formada göndərilən 23 iyul 2025-ci il tarixli məktubdan görünür ki, 23 iyul 2025-ci il tarixdə HF********** saylı faktura əsasında 6 nəfər işçi üçün 501.6 manat sığorta haqqı ödənildiyi bildirilmiş, nəzərə alınması xahiş edilmişdir. X5 ilə "xxxx" Sığorta Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası haqqında 23 iyul 2025-ci il tarixli, PH********** nömrəli sığorta müqaviləsindən görünür ki, X2 ödəyəcəyi sığorta haqqı 501.6 manat, ödəniş üçün son tarix 23 iyul 2025-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 469-1-ci maddəsinə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə –vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. (Qeyd: Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.) Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 04 avqust 2025-ci il tarixli, MN ******* saylı qərara əsasən 24 iyul 2025-ci il tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən ƏƏSMN-ə məxsus MEİS-də aparılmış monitorinq zamanı işəgötürən X5 tərəfindən 6 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması hallarının müəyyən edildiyi əsas gətirilərək X2 Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş, 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmçinin araşdırma zamanı müəyyən olundu ki, X5 tərəfindən 23 iyul 2025-ci il tarixdə HF********** saylı faktura əsasında 6 nəfər işçi üçün 501.6 manat sığorta haqqı ödənilmiş, X5 tərəfindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə elektron formada məktub göndərilərək sığorta haqqının ödənildiyi bildirilmiş, nəzərə alınması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibai tənbeh tədbiri tətbiq edilmiş şəxs, X5 iş materiallarına əlavə edilmiş 23 iyul 2025-ci il tarixli, ********** nömrəli qəbzdən göründüyü kimi 23 iyul 2025-ci il tarixdə 501.60 manat məbləğində sığorta ödənişi etmiş, həmçinin bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə elektron qaydada məktub ünvanlamışdır. Şəxsin barəsində protokol tərtib edilən zaman, yəni 24 iyul 2025-ci il tarixdə (həmçinin inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi 04 avqust 2025-ci il tarixdə) artıq sığorta haqqı ödənilmişdir. Məhkəmə qeyd edir ki, protokolun tərtib olunduğu tarix sığorta ödənişindən sonra olduğuna görə inzibati xətanın mövcudluğu faktiki olaraq yox idi. X5 əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi ortada hər hansı inzibati xəta mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından şikayət təmin edilməli, səlahiyyətli orqan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim əvəzi: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar