Məhkəmə qərarları › İş №3(089)-58/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-58/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-58/2023 07.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxx 1986cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, müvəqqəti işsiz, ünvan 1 ünvanında yaşayan. barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 22 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2023-cü il tarixində Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn, Azərbaycan Respublikasının vətəndaşı, 10.01,1986-cı il təvəllüdlü, pasport N°C00644766 olan (verilmə tarixi xx.xx.2015-ci il, AR DİN) Şəxs, özü ilə gətirdiyi əl yüklərini sərnişin keçid xəttində olan olan “Hi scan 1000100T-2is” markalı rentgen yük yoxlama qurğusundan keçirdiyi zaman, qurğunun müşahidə monitorunda mobil telefona bənzər təsvirin görünməsi səbəbindən Şəxs məxsus kiçik həcimli əl çantasına gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı Şəxs məxsus kiçik həcimli əl çantasından gömrük nəzarətinə bəyan olunmayan ağ rəngli gutuları ilə birlikdə 2 ədəd tünd bənövşəyi rəngli, 128 GB yaddaşlı, “İphone 14 pro” (İMEİ: **********91688, İMEİ2: **********89272 və İMEİ:**********11854, İMEİ2: **********83355) markalı mobil telefon aşkar edilmiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələndə özü ilə gətirdiyi əl yüklərini sərnişin keçid xəttində olan olan “Hi scan 1000100T-2is” markalı rentgen yük yoxlama qurğusundan keçirdiyi zaman, qurğunun müşahidə monitorunda mobil telefona bənzər təsvirin görünməsi səbəbindən ona məxsus kiçik həcimli əl çantasına gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı ona məxsus kiçik həcimli əl çantasından gömrük nəzarətinə bəyan olunmayan ağ rəngli qutuları ilə birlikdə 2 ədəd tünd bənövşəyi rəngli, 128 GB yaddaşlı, “İphone 14 pro” (İMEİ: **********91688, İMEİ2: **********89272 və İMEİ:**********11854, İMEİ2: **********83355) markalı mobil telefon aşkar edilmiş, protokol əsasında qablaşdırılaraq götürülmüşdür. O, 4 avqust 2023-cü il tarixində Təhqiqat şöbəsinə gedərək ailəvi probleminin olduğu üçün təcili sürətdə Gəncə səhərinə getməli olduğunu və Bakı şəhərinə gedən avtobusa bilet aldığını, avtobusa yubanacağını bildirərək tam və dolğun izahat verməkdən imtina etmişdir. Sonra Şəxs barəsində icraat aparılan şəxs qismində tam və dolğun izahat verməsi üçün 7 avqust 2023-cü il tarixli 3-33-1200/2-R000033/1-10/2023 nömrəli (Post göndərişinin verilməsi haqqında xəbərnamə materiala əlavə edildi) və 14 avqust 2023-cü il tarixli 3-33-1200/2-R-000034/1-10/2023 nömrəli məktublarla Naxçıvan Baş Gömrük İdarəsinə çağrılmış, lakin o, heç bir rəsmi məlumat vermədən çağrış üzrə gəlməmişdir. İstifadəsində olan +994 55 *** ** ** mobil telefon nömrəsi ilə xx.xx.2023-cü il tarixdə əlaqə saxlanılmış və Şəxs hazırda qeyd edilən həmin ünvanda yaşadığını, onun ünvanına ünvanlanmış çağırış məktublarını qəbul etdiyini, lakin maddi vəziyyətinin və səhhətinin yaxşı olmaması ilə əlaqədar olaraq çağırış üzrə qələ bilməyəcəyini, işlə bağlı tərtib olunmuş protokol və digər sənədlərin sürətini qeyd edilən həmin ünvana göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ona məxsus telefonlar müsadirə edilməmişdən əvvəl onun mülkiyyətində olan telefonları gömrükdə anbarda saxlanılmış sonradan özünə qaytarılmışdır və bu səbəbə görə Culfa” gömrük postundan keçərkən onun mülkiyyətində olan mobil telefonlar bəyan olunmuş kimi qəbul edilməli idi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X6 izahatında bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin böyük inspektoru vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə “Culfa” gömrük postunda sərnişin giriş zalında “Hi scan” markalı rentgen yük yoxlama qurğusu ilə əl yüklərinin yoxlanılması postunda xidmətdə olarkən saat 22:35-də “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikasının vətəndaşı Gəncə şəhər sakini Şəxs əl yükləri “Hi scan” markalı rentgen qurğusundan keçən zaman müşahidə monitorunda mobil telefona bənzər təsvirlər gördüm və bu barədə “Culfa” gömrük postunun sərnişin giriş zalında xidmətdə olan Skanlaşdırma şöbəsinin böyük inspektoru X10 məlumat vermiş, onun iştirakı ilə X12 və “Culfa” gömrük postunun böyük inspektoru X4 tərəfindən Şəxs gətirdiyi iki ədəd qara rəngli polietilen torbalardakı yüklərə gömrük yoxlanışı edildi, lakın mobil telefona bənzər təsvirləri əks etdirən heç nə aşkar edilmədi. Sonradan onlara mobil telefona bənzər təsvirlərin göründüyü Şəxs məxsus kiçik həcmli əl çantası iki ədəd qara rəngli polietilen torbalardakı yüklərlə birlikdə rentgen qurğusundan çıxan kimi Şəxs tərəfindən götürüldüyündən və gömrük yoxlamasına təqdim edilmədiyindən həmin kiçik həcmli əl çantasına gömrük yoxlaması keçirilməyib. Daha sonra “Culfa” gömrük postunun böyük inspektoru X1 diqqəti nəticəsində Şəxs məxsus kiçik həcmli əl çantasından gömrük nəzarətinə bəyan olunmamış 2 ədəd “İphone 14 pro 128gb” markalı mobil telefon aşkarlandı və götürülərək qablaşdırıldı. Daha sonra bu barədə protokol tərtib edildi, protokolu imzalamışlar. Məhkəmə iclasında iştirak etmiş şahid X12 izahatında bildirmişdir ki, Naxçıvan Baş Gömrük idarəsinin Skanlaşdırma şöbəsinin böyük inspektoru vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə “Culfa” gömrük postunun sərnişin giriş zalında “Hi scan” markalı rentgen yük yoxlama qurğusu ilə əl yüklərinin yoxlanılması postunda xidmətdə olarkən gecə saatlarında Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən avtobusun sərnişini Gəncə şəhər sakini Şəxs əl yüklərinə Hİ-Scan rentgen qurğusundan keçən zaman mobil telefonlara bənzər təsvirlərin görülməsi səbəbindən gömrük yoxlanışı keçirmək qərarına gəlmişlər. Yoxlama keçirilməzdən əvvəl Şəxs əl yüklərində qanunla qadağan olunmuş və ya bəyan etməli olduğu hər hansı əşya və ya predmetın olub olmamasını soruşmuş və Şəxs əl yüklərində qanunla qadağan olunmuş və ya bəyan etməli olduğu heç nəyin olmadığını demişdir. Sonra Baş idarənin Skanlaşdırma şöbəsinin böyük inspektoru X5 və sərnişin müayinə postunda xidmətdə olan “Culfa” gömrük postunun böyük inspektoru X2 iştirakı ilə gömrük yoxlaması zamanı Şəxs gömrük yoxlanışına təqdim etdiyi iki ədəd qara rəngli sellofan torbalarda mobil telefonlara bənzər təsvirləri əks etdirən və qanunla qadağan olunmuş və ya bəyan olunmalı nəsə aşkar edilmədi. Lakin “Culfa” gömrük postunun böyük inspektoru X2 Şəxs hərəkətlərindən şübhələnməsi və diqqəti sayəsində Şəxs iki ədəd qara rəngli sellofan torbalardakı yüklərlə birlikdə Hİ-Scan rentgen qurğusundan çıxan kımı götürdüyü, gömrük yoxlamasına təqdim etmədiyi kiçik həcmli əl çantasına gömrük yoxlaması keçirildi və yoxlama zamanı Şəxs kiçik həcmli əl çantasından ağ rəngli qutuları ilə birlikdə 2 ədəd “İphone 14 pro 128 Gb” markalı mobil telefon aşkarlandı və protokol əsasında götürülərək qablaşdırıldı, protokol tərtib edilmiş, protokolu imzalamışlar. Məhkəmə iclasında iştirak etmiş şahid X7 izahatında bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda baş müfəttiş vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə sərnişin giriş zalında xidmətdə olarkən Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən avtobusla Naxçıvan Muxtar Respublikası ərazisinə gələn sərnişinlərin bəyan etməli mallarının olduğu təqdirdə sərnişinlərin həmin malları bəyannamə köşkündə bəyan etməklərinə köməklik göstərmək üçün bəyannamə köşkünün yaxınlığında dayandığını, təxminən saat 22:35-də ad soyadını sonradan Şəxs olduğunu bildiyim sərnişinin bəyannamə köşkü yaxınlığında ona yaxınlaşdığını görmüş və o,Şəxs ondan bəyan etməsinə köməklik göstərmək məqsədi ilə bəyan etməli olduğu nəyininsə olub-olmamasını soruşmuş, Şəxs bəyan etməli olduğu heç nəyin olmadığını bildirmişdir. Daha sonra Şəxs yükləri Hİ-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvirlərin görülməsi səbəbindən kiçik həcmli əl çantasına “Culfa” gömrük postunun böyük inspektoru X4 tərəfindən gömrük yoxlanışı keçirildi və Şəxs kiçik həcmli əl çantasından 2 ədəd “iphone 14 pro 128 Gb” markalı mobil telefon aşkarlandı və protokol əsasında götürülərək qablaşdırıldı, protokolu imzalamışlar. Məhkəmə iclasında iştirak etmiş şahid X4 izahatında bildirmişdir ki, gömrük xidməti mayoru X4, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun böyük inspektoru vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə sərnişin giriş zalında sərnişin müayinə postunda xidmətdə olarkən saat 22:35-də “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikasının vətəndaşı Gəncə şəhər sakini C00644766 nömrəli pasportun sahibi Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman Naxçıvan Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin böyük inspektoru X6 tərəfindən mobil telefonlara bənzər şübhəli təsvirlərin görülməsi səbəbindən əl yüklərinə gömrük yoxlaması keçirmək qərarına gəlindiyini, daha sonra o və Skanlaşdırma şöbəsinin böyük inspektoru X12 tərəfindən Şəxs Hİ-Scan rentgen qurğusundan keçəndən sonra Əliyev İmranın tələbi ilə götürüb gömrük yoxlanışına təqdim etdiyi iki ədəd qara rəngli sellofan torbada olan əl yükünə gömrük yoxlanışı edildi və həmin əl yüklərində mobil telefon və qanunla qadağan olunmuş və ya bəyan olunmalı nəsə aşkar edilmədi. Lakin Şəxs həyəcanlı halı və Hİ-Scan rentgen qurğusunun müşahidə monitorundakı görüntülər onda şübhə yaratdığından Şəxs kiçik həcimli əl çantasına gömrük yoxlanışı etmiş, gömrük yoxlaması zamanı Şəxs kiçik həcmli əl çantasından 2 ədəd “İphone 14 pro” markalı mobil telefon aşkarlamışdır. Daha sonra aparılmış yoxlamaya və aşkar olunmuş iki ədəd mobil telefonun götürülərək qablaşdırılmasına dair yoxlama protokolu tərtib etmiş və Şəxs həmin protokolu imzalamaqdan imtina etdi. İş materiallarına əlavə edilmiş yoxlanılma,əşya və sənədlərin götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1986-cı il təvəllüdlü, pasport nömrəsi C00644766 olan (verilmə tarixi xx.xx.2015-ci il AR DİN) Şəxs özü ilə gətirdiyi əl yükünü sərnişin keçid xəttində olan “Hi scan” markalı rentgen yük yoxlama qurğusundan keçirdiyi zaman müşahidə manitorunda mobil telefon təsvirinin görünməsi səbəbindən Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1986-cı il təvəllüdlü, pasport nömrəsi C00644766 olan (verilmə tarixi xx.xx.2015-ci il AR DİN) Şəxs məxsus olan əl yükün də 1 ədəd ağ rəngli qutuda İphone 14 pro128 X16 (imei **********91688, imei2 **********89272) 1 ədəd ağ rəngli qutuda İphone 14 pro 128 Gb(İmei **********11854, imei2 **********83355) olan mobil telefonlar və qutuları aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 07 avqust 2023-cü il tarixli, 772 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2 ədəd tünd bənövşəyi rəngli, 128 GB yaddaşlı, “İphone 14 pro” (İMEİ: **********91688, İMEİ2: **********89272 və İMEİ:**********11854, İMEİ2: **********83355) markalı mobil telefon istifadəyə yaralıdır. Ekspertizaya təqdim edilmiş 2 ədəd tünd bənövşəyi rəngli, 128 GB yaddaşlı, “İphone 14 pro” (İMEİ: **********91688, İMEİ2: **********89272 və İMEİ:**********11854, İMEİ2: **********83355) markalı mobil telefon ümumi orta bazar qiyməti təxminən 4150.00 manat müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “ İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübut, ağ rəngli qutusu ilə birlikdə 1 ədəd “İphone 14 pro 128X16” (İmei: **********91688, İmei: **********89272) markalı və ağ rəngli qutusu ilə birlikdə 1 ədəd “İphone 14 pro 128gb (İmei:**********11854, İmei: **********83355) markalı, ümumilikdə 2 (iki) ədəd mobil telefon Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs 4150.00 (dörd min yüz əlli) manat məbləğində malın dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 1660 (bir min altı yüz altmış) manat cərimə edilsin. Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübut, ağ rəngli qutusu ilə birlikdə 1 ədəd “İphone 14 pro 128X16” (İmei: **********91688, İmei: **********89272) markalı və ağ rəngli qutusu ilə birlikdə 1 ədəd “İphone 14 pro 128gb (İmei:**********11854, İmei: **********83355) markalı, ümumilikdə 2 (iki) ədəd mobil telefon qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim əvəzi:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar