Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-6/2024 26.02.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxxx 1980-ci il tarixdə Culfa rayonunun Ərəzin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Culfa rayonunun Ərəzin kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Culfa Rayon Polis Şöbəsinin sahə rəisi X8 tərəfindən tərtib edilmiş 26 fevral 2024-cü il tarixli, ******* nömrəli “inzibati xəta haqqında” protokol, inzibati xəta haqqında iş üzrə toplanmış material ilə birlikdə baxılması üçün Culfa Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilir. Culfa rayonunun Ərəzin kəndində yaşayır, qaynaqçı işləyir. 25 fevral 2024-cü il tarixdə, saat 19 radələrində Culfa rayonunun Ərəzin kənd mərkəzində özünə məxsus olan ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yolun sağ tərəfində dayanmış Ford markalı nəqliyyat vasitəsini arxadan vurmuş, nəqliyyat vasitəsindən enmiş, Ford markalı nəqliyyat vasitəsinə baxan zaman polis əməkdaşı ona yaxınlaşmış, adını, soyadını soruşmuş, ad və soyadını polis əməkdaşına deməkdən imtina etmiş və polis əməkdaşı ilə əl, qol hərəkətləri ilə mübahisə etmiş, onun tələbinə əhəmiyyət verməmişdir. Polis əməkdaşını təhqir etməmiş, vurmamışdır. 25 fevral 2024-cü il tarixdə sərxoşluq vəziyyəti yoxlanılmış, 26 fevral 2024-cü il tarixdə Polis Şöbəsinə dəvət edilmişdir. Şəxs izahatında onu da bildirmişdir ki, hərəkətlərindən çox peşmandır, iki yetkinlik yaşına çatmayan uşağı var, əvvəllər inzibati xəta törətməmişdir, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 25 fevral 2024-cü il tarixdə, saat 19:15 radələrində Culfa rayonunun Ərəzin kəndinin mərkəzində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında dindirilmiş şahidlər X4 və X1 izahatları ilə də öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, 25 fevral 2024-cü il tarixdə, saat təxminən 19:30 radələrində Ərəzin kəndinin mərkəzində, ərzaq mağazasının qarşısında olan zaman həmkəndlisi Şəxs Niva markalı nəqliyyat vasitəsilə orada dayandığını görmüşdür. Hicran nəqliyyat vasitəsilə gedən zaman onu da aparmasını demiş, Hicran etiraz etməmişdir. Nəqliyyat vasitəsinə əyləşmiş, təxminən 400- 500 metr getdikdən sonra Hicran yolun kənarında dayanmış Ford markalı nəqliyyat vasitəsinin sol tərəfindən arxadan vurmuşdur. Nəqliyyat vasitəsindən yerə enmək istəmiş, lakin qapı açılmamışdır. Hicran qapını açmış, yeri enmişdir. Nəqliyyat vasitəsindən yerə enən zaman Hicranın polis əməkdaşı ilə mübahisə etdiyini görmüşdür. Polis əməkhaqqı ondan ad və soyadını soruşmuş, Hicran isə deməkdən imtina etmişdir. X5 izahatında onu da bildirmişdir ki, Şəxs polis əməkdaşını təhqir etməsini, vurmasını görməmiş, sadəcə əl qol hərəkətləri ilə mübahisə etdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X3 şahid X5 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş- Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 25 fevral 2024-cü il tarixdə, saat 20:10-da sərxoşluq vəziyyəti alkotestr vasitəsilə yoxlanılmış, sərxoşluğun dərəcəsinin 0.09 promil olması müəyyən edilmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”nın 2-ci maddəsinin 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında ******* nömrəli protokolla, özünün və şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı inzibati qaydada cərimə edilməlidir. Məhkəmə Şəxs peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 200 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-6/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-6/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver