Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-60/2023 15.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, tərcüməçi X2 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abolfazl oğlunun-xx xxxxx 1967-ci il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində doğulmuş, İİR vətəndaşı, evli, sürücü işləyən, İran İslam Respublikasının Mərənd şəhəri, İrtiqai məhəlləsi, Rəcai küçəsi ev 24 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Abolfazl oğlunun barəsində 28 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 20 avqust 2023-cü il tarixdə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına PVC yükü apararkən idarə etdiyi 97AA717/97AA718 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı gömrük nəzarətindən gizlədilmiş, yük nəqliyyat vasitəsinin kabin hissəsində sağ və sol divar örtüyünün arxasındakı boşluqdan 290 qutu (5800 ədəd), nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfdən orta hissəsində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş dolabında olan salfetka qutusunun içərisindən 17 qutu (340 ədəd), həmin dolabda kağıza bükülmüş halda 3 qutu (60 ədəd) və dolabın içərisində gizlədilmiş gizli saxlanc yerindən 140 qutu (2800 ədəd) olmaqla, ümumilikdə 450 qutu (9000 ədəd) aksiz markası olmayan ‘PalİMall” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasınının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abolfazl oğluna rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, 04 sentyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abolfazl oğlunun iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 izahatında bildirmişdir ki, X7 böyük inspektoru vəzifəsində işləyir. 20 avqust 2023-cü il tarixdə xidmətdə olmuşdur. Axşam saatlarında tranzit giriş istiqamətində Cömrük Postu vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, İİR vətəndaşı Şəxs Abolfazl oğlunun idarə etdiyi 97AA717/97AA718 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, Şəxs Abolfazl oğlundan nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuş, o, nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Nəqliyyat vasitəsində daşınan yükə, nəqliyyat vasitəsinə tam və ətraflı baxış keçirəcəyindən, böyük inspektor Fariz Məmmədovu və sürücü İİR vətəndaşı olduğundan tərcüməçini dəvət etmiş, onların iştirakı ilə video çəkiliş vasitəsilə nəqliyyat vasitəsinə baxış keçirməyə başlamış, yoxlama zamanı gömrük nəzarətindən gizlədilmiş, yük nəqliyyat vasitəsinin kabin hissəsində sağ və sol divar örtüyünün arxasındakı boşluqdan 290 qutu (5800 ədəd), nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfdən orta hissəsində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş dolabında olan salfetka qutusunun içərisindən 17 qutu (340 ədəd), həmin dolabda kağıza bükülmüş halda 3 qutu (60 ədəd) və dolabın içərisində gizlədilmiş gizli saxlanc yerindən 140 qutu (2800 ədəd) olmaqla, ümumilikdə 450 qutu (9000 ədəd) aksiz markası olmayan ‘PalİMall” siqaretlər aşkarlanmış, aşkar olunmuş siqaretlər özü, F.Məmmədov və sürücünün iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, özü, sürücü, F.Məmmədov və tərcüməçi protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 şahid X4 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs Abolfazl oğlu tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 20 avqust 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 20 avqust 2023-cü il tarixdə X10 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına yük aparan İİR vətəndaşı Şəxs Abolfazl oğlunun idarə etdiyi 97AA717/97AA718 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı gömrük nəzarətindən gizlədilmiş, yük nəqliyyat vasitəsinin kabin hissəsində sağ və sol divar örtüyünün arxasındakı boşluqdan 290 qutu (5800 ədəd), nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfin orta hissəsində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş dolabında olan salfetka qutusunun içərisindən 17 qutu (340 ədəd), həmin dolabda kağıza bükülmüş halda 3 qutu (60 ədəd) və dolabın içərisində gizlədilmiş gizli saxlanc yerindən 140 qutu (2800 ədəd) olmaqla, ümumilikdə 450 qutu (9000 ədəd) aksiz markası olmayan ‘PalİMall” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 28 avqust 2023-cü il tarixli, 828 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 450 (9000 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış “Pall Mall” markalı siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri 540 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Abolfazl oğlu Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 450 (9000 ədəd) üzərində “Palİ Mall” yazısı olan siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs Abolfazl oğluna inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs Abolfazl oğlunun şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Abolfazl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “Palİ Mall” yazısı olan 450 qutu (9000 ədəd) siqaret (1 qutunun qiyməti 1.20 manat) müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-60/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-60/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver