Məhkəmə qərarları › İş №3(089)-61/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-61/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-61/2023 07.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi Coşqun Əsgərlinin iştirakı ilə, borclu Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1979-cu ildə Culfa rayon Xoşkeşin kəndində doğulmuş, evli, üç uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, hazırda işsiz, Culfa rayon Xoşkeşin kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 07 sentyabr 2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 013177 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı, Abşeron Rayon Məhkəməsinin e-16(012)-178/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu xx.xx.1979-cu ildə Culfa rayon Xoşkeşin kəndində doğulmuş, Culfa rayon Xoşkeşin kəndində qeydiyyatda olan Şəxs yekun məhkəmə qətnaməsi çıxarılanadək, xx.xx.2008-ci ildə doğulmuş X9, xx.xx.2011-ci idə doğulmuş X6 və xx.xx.2013-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, bir uşağa görə 180 manat olmaqla, hər ay cəmi 540 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir . Məhkəmə iclasında iştirak edən Culfa Rayon İcra və Probasiya rəisi Əsgərli Coşqun təqdimatı müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı, Abşeron Rayon Məhkəməsinin e-16(012)-178/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu xx.xx.1979-cu ildə Culfa rayon Xoşkeşin kəndində doğulmuş, Culfa rayon Xoşkeşin kəndində qeydiyyatda olan Şəxs yekun məhkəmə qətnaməsi çıxarılanadək, xx.xx.2008-ci ildə doğulmuş X9, xx.xx.2011-ci idə doğulmuş X6 və xx.xx.2013-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, bir uşağa görə 180 manat olmaqla, hər ay cəmi 540 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Şəxs göndərilmişdir. Borcluya icraata başlamaq haqqında qərarın surəti və bildiriş çatdırılsa da, ona tərəfimizdən edilmiş çoxsaylı xəbərdarlıqlara baxmayaraq bölməyə gəlməkdən boyun qaçırmışdır.xx.xx.2023-cü il tarixə borclu Şəxs tələbkar X8 1620 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs tələbin təmin olunması barədə dəfələrlə xəbərdarlıq olunmuş, tələbin təmin edilməsi üçün müddət müəyyən edilmiş, Lakin borclu Şəxs tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin e-16(012)- 178/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, ondan xx.xx.2008-ci ildə doğulmuş X9, xx.xx.2011-ci idə doğulmuş X6 və xx.xx.2013-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, bir uşağa görə 180 manat olmaqla, hər ay cəmi 540 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməsi qət edilmişdir.X2 1620 manat məbləğində aliment borcu yaranmışdır. Heç yerdə işləmədiyindən aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs aliment borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 15 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. X1 təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 07 sentyabr 2023-cü il, saat 18:00-dan hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar